QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
Yenə ürəyim doludur, psixoloqla danışmalı olduğum mövzuları sizinlə paylaşacam. Əvvəldən xəbərdarlıq edim: yazdıqlarım əlaqəsiz görünə bilər, qarışıq düşüncələrimin məhsuludur. Nədən başlayım, bilmirəm, normalda özümdən danışmağı çox sevən biri deyiləm. Hisslərimi deyəndə çətinlik çəkirəm və sanki özümü çox önəmsəyirmiş kimi hiss edirəm, utanıram. Bunu düzgün şəkildə necə ifadə edəcəyimi bilmirəm, amma ümid edirəm, siz məni anladınız. Bu hissin yavaş-yavaş öhdəsindən gəlirəm, çünki bir şey anladım: mən onsuz da önəmliyəm. Hər birimiz öz həyatımızın baş qəhrəmanıyıq, amma eyni zamanda kiminsə həyatında yan rolda oynayırıq, bu da çox normaldır, çünki hər kəsin həyatında eyni təsirimiz ola bilməz. Bir qəhrəman hər hekayədə baş roldadıdırsa, deməli onun bir özəlliyi yoxdur.
Hamının sevimlisi olan insanlar çox vaxt məndə ikrah doğurur, bunun səbəbi hamı ilə arası yaxşı olan insanın səmimiyyətinə güvənməməyimdir (bu hamıya aid deyil, xarakteri olmayanlardan söz gedir). Hamıya eyni qədər hörmət edə bilərik, amma hamını eyni sevə bilmərik. Bunu da deyim ki, səmimiyyət mehribanlıq demək deyil, şəffaflıq, dürüstlükdür. Bəzən sözü düzgün anlamırıq və elə düşünürük ki, səmimi olmaq üçün hamıya sevgi paylamalıyıq.
Bir neçə il əvvəl özüm ilə bağlı bunu anladım: mən hamının yola gedə bilmədiyi insanları tanımağa daha çox can atıram. Kənardan baxanda bəziləri çox kobud, sevimsiz, hətta eqolu görünür, bir qismi, həqiqətən də, göründüyü kimidir. Amma digər qisim özlərinə hər adamı yaxın buraxmırlar, amma yaxınında olan insanlar onların, əslində, necə yaxşı olduqlarını bilirlər. Bu insanlara yaxınlaşmağı bacarmaq sizin üçün hədiyyədir, çünki əgər yaxınsınızsa, sizin səmimiyyətinizə güvəniblər.
Sözünü deyə bilən insanları sevirəm, nə istəmədiyini bilən insanları nə istədiyini bilənlərdən daha çox sevirəm. Buna səbəb isə məncə, nə istədiyini bilən insan o hədəfə çatmaq üçün hər şey edə bilər, ağlınıza gələ biləcək ən pis şeyləri belə: “uğura gedən yolda hər şey mübahdır”. Nə istəmədiyini bilən insan isə məqsədə çatmaq üçün öz prinsiplərini çeynəməyəcək iradəyə sahibdir. O, yolun sonuna çatdıqda yolda etdiklərindən utanmaq istəmir. Dürüst olmaq istəyir, amma bu yalansız olmaq demək deyil, hamı yalan danışır. Hətta danışdıqları yalanı rəngləyərək kiçildirlər: “bu ağ yalandır”, “zərərsizdir”. Dürüst olmaq vicdanı təmiz olmaqdır, insanlığımızı itirəcək heç nə etməməkdir. Düşündüyümüzün əksinə, insanlığı itirmək olduqca asandır, buna görə də dürüst insanlar çox azdır.
Sözünü deyə bilmək indiki dövrdə (əslində, hər zaman belə olub) çox çətindir. Türklərdə bir məsəl var, düz danışanı doqquz kənddən qovarlar. Ona görə də bu barədə mən də çox danışmayacam. Uşaq olanda qədrini bilmədiyimiz nəsihət düz danışmaq imiş, çünki o vaxt bunu təqdir edirdilər. Böyümək isə yalan danışmağı öyrənməklə başlayır, ya da susmağı. Bir qisim də var: narazıdırlar və bunun üçün heç nə etmirlər, kiminsə onlar üçün nə isə etməyini gözləyirlər. Bax elə məhz o insanlar üçün susanda “qoyun” olursunuz, danışanda “həyasız”.
Mən hər şeyi səthi bilirəm, hər şeyə bir az marağım var, hər şeydən məlumatım ola bilər, amma heç biri üçün gecəmi gündüzümə qatıb daha çoxunu bacarmağa çalışmıram. Hələ ki həqiqətən, nə istədiyimi tapmamışam. Bəlkə də, bu yazıları yazmağımda səbəb də budur. Məqsədimi bilmədiyim üçün çox düşünürəm, bu düşüncələr məni yorduğu üçün də yazıram. Yazdıqca da paylaşıram, bəlkə də yazmağı məqsəd qoysaydım, indi daha fərqli olardı, amma mən yazmaqdan çox, fikrimi bildirməyi sevirəm.
Mənim yazdıqlarımı oxuyanlar (mənə geri dönüş edənləri nəzərdə tuturam) ya məni anlamırlar, ya bəzi şeyləri çox böyütdüyümü düşünürlər, ya da mən sadəcə bekaram. Can sıxıntısından nə edəcəyimi bilmədiyim üçün boş-boş yazıram. Bir qisim də var, onlar məni anlayır, hətta mənlə razıdırlar, amma onlarla bir yola çıxmaq olmaz, çünki bəziləri, sadəcə, haqq verməyi bacarır. Səhv başa düşməyin, mən sizdən bir şey gözləmirəm, mənim yolum belə bəlli deyil. Bunu, əslində, sizin üçün dedim, bəzilərimiz bizə haqq verən hər kəsin yanımızda olacağını düşünür, onlara güvənirik. Amma unutmayaq ki, meydanı görməyən özünü igid sanar.
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 2025 17:38
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
5 avqust 2025 01:12
- Bakıda BOLT sürücüsü maşında cinsi əlaqədə olduğu MƏMURU belə ŞANTAJ ETDİ
21 iyul 2025 00:24
- Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
24 iyun 2025 09:05
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
8 iyun 2025 18:33
- Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ
2 mart 2025 01:01
- İlahi rəhmət mövsümü...
23 fevral 2025 02:18
- HEÇ NƏ DƏYİŞMƏYİB - İlhаm İsmаyıl
22 fevral 2025 17:32
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
