Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
1961-ci il aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. 108 dəqiqə davam edən uçuş onun həyatında çox şeyi dəyişib - mənzil, mebel, avtomobil, vəzifə, xarici dövlət səfərləri. Lakin boyu balaca olan Qaqarinin həyatı uçuşu kimi rahat olmayıb.
1955-ci ilin oktyabrında Yuri Alekseyeviç orduya çağırılıb və K. E. Voroşilov adına 1-ci Hərbi Aviasiya Məktəbinə göndərilib. Gəncin boyunun cəmi 1,57 sm olması sonradan onun həyatında bir sıra problemlərə səbəb olub. Lakin Qaqarin bu çatışmazlığı cəsarət, intizam və əzmkarlıqla tamamlayıb. Tezliklə diqqət çəkib və tağım komandirinin köməkçisi təyin edilib.
![]()
Qeyd edək ki, həmin andan Yuri təkcə özünə deyil, digər kursantlara qarşı da tələbkar olmağa başlayıb. Georgi Besin kitabında bildirib ki, onun kursant yoldaşları hətta Qaqarinə “nökər” ləqəbi də qoyublar. Bununla belə, onun məsuliyyəti və vicdanlılığı çoxları tərəfindən birmənalı qarşılanmayıb. Bir çox kursant yoldaşlarından fərqli olaraq, Qaqarin səhvlərin dəyərini bilib. Onun özünə və ətrafındakılara qarşı sərtliyinin arxasında dayanan motivi hamı başa düşməyib.
Hələ balaca uşaq olanda doğma kəndi almanlar tərəfindən işğal edilib. 1941-ci ildə Yura məktəbə başlayarkən almanlar Kluşinonu ələ keçiriblər. Almanlar ailəni azyaşlı uşaqları ilə birlikdə küçəyə çıxarıb, evlərini emalatxanaya çeviriblər. Müdir Albert “şən” adam olub. O, eyvana şirniyyat səpər, uşaqlar əlini uzadarkən çəkməsi ilə onların barmaqlarını tapdalayaraq gülüb. Odur ki, dəmir nizam onun qanında olub.
![]()
Bütün hallarda zabit Buşnev Yuri Alekseyeviçi açıq şəkildə bir neçə dəfə hədələyib. Lakin Qaqarin bu təhdidlərə məhəl qoymayıb, eyni dərəcədə tələbkar və intizamlı qalıb. Özünə iki şərik (Şpanko və Oşkurov) tapan Buşnev hiyləgər plan hazırlayıb. Hərbçilər tanınmamaq üçün üzlərinə dəsmal bağlayıblar və həmin gecə Yuri Alekseyeviçə hücum ediblər, gələcək kosmonavtı güclü döyüblər. Huşunu itirən Qaqarin bir ay xəstəxanada müalicə alıb. Cinayəti törədənlər tez bir zamanda müəyyən edilib: Buşnev və Şpanko üç il cəza düşərgəsinə, Oşurkov isə iki il müddətinə intizam batalyonuna göndərilib.
Qaqarin üçün daha ciddi problem akademik proses olub. O, bütün fənlərdən yüksək bal toplasa da, həmişə təyyarənin eniş imtahanından kəsilib. Aydındır ki, heç kim təyyarəni endirə bilməyən pilota uçmağa icazə vermək istəməyib. Qaqarini ali təhsil müəssisəsindən qovmaq qərarına gəliblər. Lakin o, səmasız yaşaya bilməyəcəyini deyərək, məktəb rəhbərliyinə bunu etməməsi üçün yalvarıb.
![]()
Mülayim məktəb direktoru ona bir daha şans vermək qərarına gəlib və bu şans Qaqarinin həyatında dönüş nöqtəsi olub. Beləliklə, 1957-ci ildə akademiyanı fərqlənmə diplomu ilə bitirən gələcəyin kosmonavtına Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 5 yanvar 1959-cu il tarixli 22-10 nömrəli qərarı ilə kosmonavtlar korpusuna işə qəbul və “Vostok-1” kosmik gəmisində ilk uçuş üçün təlim keçmək icazəsi verilib.
SSRİ hərbi hava qüvvələri Yuri Alekseyeviç də daxil olmaqla iyirmi nəfər seçib. Təlimləri və bütün tibbi müayinələri başa vuran Qaqarinin adı beş namizədin arasında olub. Seçim komissiyası bütün sınaqlara əsasən Qaqarinin üzərində dayansa da, onun kosmosa uçması son anda təsdiqlənib.
Kosmosa uçuşundan sonra Yuri məşhur şəxsə çevrilib. Sov.İKP.MK-nın baş katibi Nikita Xruşşov Moskvada onun üçün gözəl qarşılanma mərasiminin təşkil edilməsinə dair göstəriş verib. O, həmçinin baş leytenant Qaqarinə mayor rütbəsinin verilməsini tələb edib.
![]()
Əvvəlcə SSRİ müdafiə naziri Rodion Malinovski bununla razılaşmaq istəməyib. Lakin Xruşşov istəyinin üzərində duranda nazir çıxılmaz vəziyyətdə qalıb. Bir ay sonra Yuri Alekseyeviç “Sülh missiyası”na yollanıb. O, Çexoslovakiya, Finlandiya, İngiltərə, Bolqarıstan, Misir, Kuba, Braziliya, Əfqanıstan, İslandiya, Macarıstan və Hindistanda olub. Xarici səfərlər kosmonavtın iş rejimini pozub. Onlar tez-tez spirtli içki qəbul ediblər ki, bu da müntəzəm idmanla məşğul olmağa mane yaradıb. Qaqarin hətta kökəlib.
Bununla belə, yeni uçuş üçün məşq onun sağlamlığını bərpa etməyə kömək edib. 1964-cü ildə əsasən Yuri Alekseyeviçin sayəsində SSRİ Su Xizək Federasiyası yaradılıb.
27 mart 1968-ci ildə o, təlimatçısı Vladimir Sereginlə birlikdə MiQ-15UTI təlim təyyarəsində qəzaya uğrayıb. Bunun niyə baş verdiyinə dair bir neçə nəzəriyyə hələ də mövcuddur. Rəsmi məlumata görə, təyyarə kəskin manevr edib və yerə çırpılıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
