Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 4, mənzil 126-nın sakini Məhərrəmova Aygün Asif qızı tanınmış vəkil Cavidan Osmanlıdan şikayətçidir.
"Unikal"a açıqlama verən Aygün Məhərrəmova sözügedən vəkillər tərəfindən aldadıldığını bildirib.
Vətəndaş qeyd edir ki, 2014-cü ilin 16 oktyabr tarixində valideynləri tərəfindən (anası Məhərrəmova Fəridə İsmayıl qızı, Məhərrəmov Asif İsmayılxan oğlu) ona verilən etibarnaməyə əsasən, Qaraçuxur qəsəbəsi, ev.4.mənzil 126-nı (134 kvadratmetr) Nikoil banka girov qoyaraq, bankdan 60 ay müddətinə 42 min AZN pul götürüb.
"Təxminən iki il hər ay 1000 AZN (min manat) ödəniş etdikdən sonra məlum oldu ki, etdiyim ödənişlər düzgün hesablanmır. Bu səbəbdən sözügedən bankla bağlı Binəqədi rayon məhkəməsinə müraciət etdim. Məhkəmənin qərarı ilə bankın qanunsuz olaraq, mənim adıma hesabladığı əlavə faizlər silindi. Bankla işimizin məhkəmədə olmasına baxmayaraq, hər ay sabit olaraq, yenə də ödəniş edirdim.
Nikol Bank 2016-cı ildə bağlandıqdan sonra borcumuz Yelobanka köçürüldü. Nikol Banka ümumilikdə 10 min manatdan yuxarı ödəniş etdiyim halda, borcum Yelobanka köçürülərkən, götürdüyüm ilkin məbləğ (42 min manat) borc kimi yenə də mənim üstümdə idi.

2022-ci ilə qədər uzanan məhkəmə proseslərindən sonra, elə həmin il Yelobanka 10 min manat ödəniş etdim. Amma buna baxmayaraq, məndən xəbərsiz, qanunsuz olaraq bank mənzilimi hərraca çıxarıb. Halbuki həmin hərracda mənim öz mənzilimi geri qaytarmaq şansım kifayət qədər yüksək idi. Hərracda iştirakım olmayıb və hərrac barədə mənə heç bir rəsmi, yaxud qeyri-rəsmi bildiriş gəlməyib.
2023-cü ilin oktyabr ayının 11-də mənzilim Suraxanı rayon məhkəmə icraçılarının iştirakı ilə boşaldılıb.
2024-cü ilin iyun ayında vəkil Cavidan Osmanlıyla yönləndirildim. Cavidan Osmanlıya 1000 manat ödəniş etməliyi olduğum halda, işimin tezliklə həll olunacağını düşündüyüm üçün hətta “şirinlik” olaraq 200 manat əlavə ödəniş etdim. Yəni ümumilikdə 1200 manatı Cavidan Osmanlıya verdim.
Bir müddət sonra işin gedişatı ilə maraqlananda Cavidan Osmanlı mənə bildirdi ki, hər şey xeyrimizədir və tezliklə mənzilin açarları sizə təhvil veriləcək.
Sonrakı müddətdə müxtəlif bəhanələrlə məndən ümumilikdə 20 min manat pul aldı. Bildirdi ki, bu pul məhkəmədə vəzifəli şəxslərə veriləcək.
2025-ci ilin noyabr ayında Cavidan Osmanlı mənə 2025-ci ilin mart ayının 3-nə aid olan bir sənəd təqdim etdi. Və mən sonradan başa düşdüm ki, Suraxanı rayon məhkəməsinin hakimi Tural Məmmədovun adından olan və mənə təqdim edilən icra vərəqəsi saxtadır. Kağızın üzərindəki QR kodu yoxladıqda, sənədin saxta olduğu üzə çıxdı.

Hazırda 150 min dəyəri olan mənzilimi itirməklə yanaşı, Cavidan Osmanlının əliylə 20 min manat əlavə ziyana uğramışam.
Bu problem səbəbindən 71 yaşlı anamla münaqişə vəziyyətindəyəm. Çünki anam hazırda mənim bu şəxslərə güvənməyimin ucbatından kirayədə yaşayır".
Məsələ ilə bağlı vəkil Cavidan Osmanlının da mövqeyini yayımlamağa hazırıq.
Qeyd edək ki. C. Osmanlı 2025-ci ildə Vəkillər Kollegiyasından xaric edilib.
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
