ABŞ-Meksika sərhədində narkotik tunelləri
Gəlirli ABŞ bazarına daxil olmağa çalışan narkotik qaçaqçıları qaçaq mallarını ölkəyə keçirə bilmək üçün bir çox yeni gizli yol açıb. Bunlara ABŞ-Meksika sərhədində uzun və qabaqcıl tunellər qzmaq daxildir.
Qeyri-qanuni marixuana ticarəti ilə məşğul olanlar üçün onu nəql etməyin ən populyar yolu tunellər vasitəsilədir. 1990-cı ildən bəri ABŞ-Meksika sərhədində 220-dən çox bu cür tunel aşkar edilib. Buna ABŞ-ın San Dieqoda yerləşən Səhdəd Patrul Xidmətinin nəzarət etdiyi ərazidə tapılan 60 tunel də daxildir.
İdarəninin sözçüsü Hose Hernandez narkotik qaçaqçılarının nə üçün məhz bu ərazini seçdiklərini izah edir.
“Bura sənaye ərazisidir. Burada bir çox anbar var və buradan günün hər saatında çox sayda yük maşını keçir. Bu səbəbdən qaçaqçılar da elə burada gizlənir”, deyə o bildirir.
Amerika tərəfində yük maşınlarının daimi səsi və Meksika tərəfində daim aparılan şəhərsalınma işləri tunellərin qazıntı işlərinin gizli aparılması üçün əlverişli şərait yaradır. Narkotik qaçaqçıları tunelləri qazmaq üçün lazım olan heç nəyi əksik etmir və hər tunel üçün təxminən 2 milyon dollar xərcləyir.
Bu 20 metr dərinliyi olan Qalvez tunelidir. Bu tuneldə qatar relsləri, işıq və hətta telefon sistemi var.
Tunel sərhəd divarı altından keçir və 70 metr uzunluğundadır. O, drel və kürəklər vasitəsilə qazılıb. Tunel qazıntı işləri bitmədən dövlət orqanları tərəfindən aşkar edilib. Onun yerini müəyyən etmək üçün Sərhəd Patrul Xidməti bir sıra mürəkkəb alətlərdən, o cümlədən torpağı dəlib keçə bilən radarlar və sensorlardan istifadə edir.
Lans LeNuar San Dieqo Tunel Tapmaq Komandasına başçılıq edir. Bu komandanın üzvəri “tunel sıçovulları” adlanır. LeNuar deyir ki, qaçaqçılar bu tunellərdən marixuana keçirtmək üçün istifadə edir. Onların keçirməyə çalışdıqları marixuana böyük miqdarda olur və bu səbəbdən də onları narkotik maddələri aşkar etmək üçün xüsusi təlim keçmiş itlər və sərhəddəki digər təhlükəsizlik yoxlanışlarından keçirmək çətindir.
Marixuana qaçaqçılığı səbəbilə sərhəd patrul xidmətininin işçilərinin işi çox olur.
“Onlar Meksika ilə sərhədimizə çox yaxın yerdə 13 şəxsi ələ keçiriblər. Onlar ayaqyoluda yerin altında tunelə giriş aşkar ediblər. Tunelə hidravlik lift sistemi vasitəsilə enmək olur”, LeNuar deyir.
ABŞ dövlət orqanları aşkar etdikləri tunelləri bağlayır.
Lans LeNuar: “Biz yerə “X” işarəsi qoyuruq, sonra yeri deşib, tuneli sementlə doldururuq”.
2007-ci ildən 2015-ədək ABŞ Milli Təhlükəsizlik Nazirliyi tunelləri sementlə bağlamaq üçün 8,7 milyon dollar xərcləyib. Meksikanın Milli Təhlkəsizlik Nazirliyi isə fərqli üsuldan istifadə edir.
“Adətən onlar tunelin girişini zibillə doldururlar”, deyə Hose Hernandez bildirir.
Bu üsul Meksika və ABŞ rəsmiləri arasında münaqişə mənbəyidir, çünki bu üsulla məsələ kökündən həll olunmur. Meksika tərəfində azı altı tunel yenidən açılıb. Dövlət orqanları sementdən istifadə etməyə pullarının olmadığını deyir.
Lakin iki ölkə tunellərin və qaçaqçıların qarşısını almaq sahəsində əməkdaşlıq etməyə davam edir. Birləşmiş Ştatlar qeyri-qanuni narkotikləri və narkotik qaçaqçılığını ölkənin sağlamlıq və təhlükəsizliyinə hədə olaraq görür ("Amerikanın səsi").
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
5 yanvar 2026 23:56
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Atambayevin oğlu saxlanıldı - Foto
24 noyabr 2025 14:46
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 2025 12:01
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 2025 21:37
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 2025 01:06
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
6 oktyabr 2025 01:12
- Xəzərdə əməliyyat – Sərhəddə 510 KQ narkotik aşkarlandı
4 oktyabr 2025 14:04
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
