Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
“Bizə deyirdi ki, Heydər Əliyevə qoşulmayın, o, siyasi meyitdir”
“Onun əhatəsində kimlər ola bilər? Özü kimi cırtdanlar...”
Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov TV Müsavata geniş müsahibə verib.
Musavat.com xəbər verir ki, Ə.İnsanov müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi, eyni zamanda onun dövlət çevrilişinə cəhd göstərməsi kimi ittihamlara münasibət bildirib.
Əli İnsanov bildirib ki, son həftə ərzində baş verən hadisələr təbii ki, Ramiz Mehdiyevə qarşı olduqca ciddi ittihamlardır:
“Bu gün buna məhkəmə hüquqi qiymət verəcək. Amma mən güman edirəm ki, Mehdiyevin özü, onun əməlləri haqda bəzi söhbətlər etmək olar. O, orta savadlı bir adamdır. İradəsi zəif, liderlikl qabiliyyəti, oratorluğu tamamən olmayan, bütün çıxışlarında yazılanları üzündən oxuyan biri olub. Onun siyasi liderlik iddiası çox gülməlidir. Ramiz Mehdiyev orta məktəbi bitirəndən sonra onun gücü bir texnikuma daxil olmaq olub. Çilingər hazırlayan bir texnikum. Əmək fəaliyyətinə gəmidə çilingər kimi başlayıb. Təəssüf ki, elə çilingər kimi də qalıb. Sonra onu komsomola dəvət ediblər. Komsomol onun əlindən tutub və bu günkü günlərə qədər gətirib. O, nə xüsusi təhsil alıb, nə xüsusi elm öyrənib. Kommunist idoelogiyasını, kommunistlərin “əxlaqını”, iş üslubunu yaxşı mənimsəyib”.
Ə.İnsanovun sözlərinə görə, bəziləri onu tərifləyəndə çox güclü və ağıllı adam olmasına işarə vursalar da, bu, tamamilə yanlış fikirdir:
“Onun gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi. Düzdü, çox ehtiyatlı adam idi, elə cəsarəti yoxdur ki, hansısa məsələyə fikir bildirsin. Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi. O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını rusiyapərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu”.
HƏP sədri bildirib ki, onun birinci xəyanəti Qarabağ probleminin həllini Rusiyanın əli ilə uzada bilməsi, digər xəyanəti isə Heydər Əliyevə olub:
“91-ləri hədəfə aldı. Mehdiyevin 91-lərə də, YAP-a da xüsusi bir nifrəti vardı. Şah Qacar nəsil artıra bilmədiyi üçün necə ki, bütün kişilərə nifrət edirdi, Ramiz Mehdiyev də iştirak edə bilmədiyi, bu prosesdə heç bir rolu olmadığı, ancaq oturub Heydər Əliyevin çörəyini yediyi üçün çox narahat idi. O, 91-lərin çoxunu məhv etdi. Partiyada bir nüfuzlu adam qoymadı ki, qalsın. YAP bu gün hər zamankından daha zəifdir. Bizim elə partiyadaşlarımız kənarda qalıb ki, heç biri iş başında deyil, İlham Əliyevə kömək etmək iqtidarında deyil”.
“Ramiz Mehdiyev sürgünə göndərilməyə layiq adam idi” deyən Ə.İnsanova görə, İ.Əliyev də bunu çox rahat edərdi:
“Çünki cənab prezident olduqca iradəli və ağıllı adamdır – Heydər Əliyevin oğludur. Etmədi. Çünki Azərbaycanın çox vacib problemləri hələ həll olunmamışdı. Problemi həll etdi, Ramizi də yola saldı, məni azad etdi. Mənim həbsimin ideya müəllifi, əsas təşkilatçısı Ramiz Mehdiyevdir. Biz YAP-ı qurub-yaradarkən, Heydər Əliyevin arxasında dayanıb, ölkə üçün mühüm işlər görərkən bu, deyirdi ki, Heydər Əliyevə qoşulmayın, o, siyasi meyitdir, heç bir perspektivi yoxdur. Mən bunu dilə gətirdim və Heydər Əliyev bunu bildi. İndi siz təsəvvür edin ki, buna görə, Heydər Əliyev ona necə nifrət edirdi”.
Müsahibədən ANONSLAR:
*O, həbsxanaya düşsə, dözməz orda, ölə bilər.
*Onun burnunu tutsan, canı çıxar...
*Əmək fəaliyyətinə çilingər kimi başlayıb, çilingər kimi də qalıb.
*Ramiz Mehdiyev hər zaman idarə olunan adam olub, idarə edən yox.
*Dəyirman dağılıb, amma küləklər durur...O küləkləri dayandırmaq lazımdır.
*Onun bu gün də yaratdığı iblis çete hələ də hakimiyyətdə bolluca təmsil olunur.
*Parlamentdə siyahı tutaq, gör nə qədər adam Mehdiyevin kadrıdır...
*Prezident problemi həll etdi, Ramizi də yola saldı.
*Mən Yerevana gedib-gələndən sonra bu, özünü elə aparırdı ki, sanki oğlunu öldürmüşəm.
*Bu cılız adam elə bilirdi ki, mən əvvəl-axır bunun yerinə gələcəm.
*Bizə deyirdi ki, Heydər Əliyevə qoşulmayın, o, siyasi meyiddir.
*Onun əhatəsində kimlər ola bilər? Özü kimi cırtdanlar...
*Bunu evdə saxlayacaqlar. Hər şey aydın olandan sonra deyəcəklər ki, sənə ömürlük düşür, 15 illə yekunlaşdırırıq, get otur.
*Ramiz Mehdiyevin günahlarınının yarıbayarısı Əli Həsənovun üstünə düşür.
*Nə işi var Heydər Əliyevin düşmənlərinin parlamentdə, Prezident Aparatında, Nazirlər Kabinetində?
*Heydər Əliyev Mehdiyevə demişdi ki, nə işin var sənin akademiyada, elm adamlarının yanında? İcra başçıları deyillər ki, söz deyib, üstünə qışqırasan. Hamısı müstəqil alimlərdir...
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
4 fevral 2026 11:19
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 2026 12:14
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
