Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
Sizlərə qeyri-adi bir kitab təqdim edirəm. Kitabın müəllifi Rafael dü Mans (Raphaël du Mans) fransız rahibi və riyaziyyatçı idi. O, İsfahanda 30 ildən çox yaşamış və Səfəvilər sarayında rəsmi tərcüməçi və məsləhətçi kimi fəaliyyət göstərmişdir.
1660-cı ildə qələmə alınmış "Estat de la Perse” (Persiyanın vəziyyəti) əsəri Səfəvi imperiyasının sosial, siyasi və mədəni mənzərəsini avropalılara tanıdan ən mötəbər mənbələrdən biridir.
Dü Mans Azərbaycanı imperiyanın şimal-qərb hissəsi, mərkəzi Təbriz olan böyük və zəngin bir ərazi kimi təsvir edir. O qeyd edir ki, bu ad təkcə torpağı deyil, həm də imperiyanın hərbi elitası olan Qızılbaşların ana vətənini ifadə edir.
Avropalılar bütün Səfəvi coğrafiyasını "Persia” adlandırdıqları üçün o, bu adı başlıq kimi seçib. O izah edir ki, bu "Persia" dediyimiz dövləti idarə edən və döyüşən real xalq Azərbaycan türkləridir.

Dü Mansaa görə, dövlətin onurğa sütununu təşkil edən əsas etnik ünsür Azərbaycan türkləridir. O, bu xalqı bəzən "turcoman” (türkmən), dilini isə "turq" adlandırır. Onları yerli farsdilli əhalidən həm həyat tərzinə (daha döyüşkən və hərbi), həm də dillərinə görə kəskin şəkildə fərqləndirir.
1660-cı ilə aid kitabda Azərbaycan adının çəkilməsi bir daha sübut edir ki, coğrafi anlamda bu ad qədimdən mövcud olub.
Müəllif Azərbaycanı Səfəvi sülaləsinin çıxdığı yer və onların əsl güc mərkəzi kimi qələmə verir. O, kitabın sonundakı lüğət bölməsində təqdim etdiyi dilin məhz Azərbaycan coğrafiyasında və sarayda danışılan dil olduğunu bildirir.
Azərbaycanlıların bir-birinə qarşı çox hörmətli olduqlarını, müraciət edərkən "canım”, "gözüm”, "ağa” kimi ifadələrdən tez-tez istifadə etdiklərini yazır.
Müəllif kitabda qeyd edir ki, Səfəvi sarayında, orduda və hakim təbəqə arasında əsas ünsiyyət dili türk dilidir (Azərbaycan türkcəsi). O, bu dili "əmrlər və hökmranlıq dili” kimi xarakterizə edir. Müəllif göstərir ki, hətta türk olmayan bəzi məmurlar və ya avropalılar şahın gözünə girmək üçün türkcə öyrənir və türk adətlərini təqlid edirdilər.
O yazır ki, hər nə qədər fars dili ədəbi və rəsmi yazışma dili olsa da, Səfəvi sülaləsi və ordusu türkdilli olduğu üçün sarayda hakim dil türkcədir. Dü Mans bildirir ki, şahla ünsiyyət və ya sarayda karyera qurmaq istəyən hər kəs, hətta əcnəbi diplomatlar belə, bu dili öyrənməlidir.
Dü Mans iddia edir ki, fars dilini bilmədən sarayda yaşamaq olar, amma türkcəni bilmədən şahın yanında heç bir nüfuz qazanmaq mümkün deyil.
O, hərbi rütbələrin və komandaların Azərbaycan türkcəsində verildiyini bildirir.
Kitabı oxuyan zaman Latın əlifbası ilə aşağıdakı sözlərə rast gələ bilərsiniz ki, müəllif bunları yerli xalqın dili ilə yazıb:
"Allah sakhlassun” (Allah saxlasın)
"Kochek guildi” (Xoş gəldi)
"Siz ne gueuziel danichoursiz” (Siz nə gözəl danışırsınız).
Eyni zamanda dialoqlara da rast gələcəksiniz:
"Siz turqi biloursiz?" (Siz türkcə bilirsiniz?)
"Belli, bilirmen” (Bəli, bilirəm)
"Mene bir az su ver” (Mənə bir az su ver).
Qarabağ barədə də qeydləri var. Dü Mans Qarabağda əsasən döyüşkən türk tayfalarının məskunlaşdığını və idarə edildiyini qeyd edir. Digər şəhərlər barədə də ətraflı bilgi verir.
Səfəvi sülaləsinin köklərinin Azərbaycanın türk mühitinə bağlı olduğunu və onların özlərini bu kimliklə eyniləşdirdiklərini təsvir edir. O, farsları daha çox mülki işlərlə məşğul olan təbəqə, türkləri isə dövləti idarə edən və qoruyan döyüşçü millət kimi təsvir edir.
Dü Mans vurğulayır ki, Səfəvilərin Anadolu daxilindəki türk tayfaları üzərindəki mənəvi təsiri Osmanlıları ciddi narahat edirdi. Anadolu türkmənlərinin Səfəvi şahına "mürşid” kimi baxması Osmanlı sarayında "daxili üsyan” qorxusu yaradırdı.
Osmanlılar bu təsiri kəsmək və Şərqi Anadolunu qorumaq üçün Azərbaycanı işğal etməyə can atırdılar.
Dü Mans Osmanlıları imperiya ambisiyaları olan və davamlı genişlənməyə çalışan bir güc, Səfəviləri isə öz qədim torpaqlarını qorumağa çalışan bir tərəf kimi təsvir edirdi.
Dü Mans bu məlumatları verərkən Avropa dövlətlərinə müraciət də edir:
"Əgər danışıqlar aparmaq istəyirsinizsə, fars mütəxəssislərini deyil, bu sarayın əsl sahibi olan türkləri və onların dilini tanıyan adamları göndərməlisiniz”.
Prof. Dr. Zaur Əliyev
Oxşar xəbərlər
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 2026 22:20
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
Xəbər lenti
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
