Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı

İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli bir yazı paylaşıb. Həmin yazıda o, mühacirətdə olan azərbaycanlı professor Altay Göyüşovu çox sərt şəkildə qınayıb.
"Niyə, nə üçün, səbəbi nədir", soruşanlar üçün yazını olduğu kimi rəqdim edirik.
***
Ötən il Facebokda bir status paylaşmışdım. Həmin statusu bir çox saytlar “Azərbaycanlı professor erməni çıxdı” başlığı ilə yaymışdı. Söhbət Altay Göyüşovdan gedirdi. Mənim Altay bəylə xüsusi bir şəxsi-qərəzliyim yoxdur. Problem ondadır ki, Qərb mediası Azərbaycanla bağlı bu və ya digər məsələyə onun münasibəti ilə maraqlanır. O da sualları radikal müxalif mövqedən cavablandırır. Yaxşı edir. Mənim bununla bir işim yox.
Ancaq hörmətli Altay bəy bəzən barıtı o qədər çox edir ki, hətta Ermənistan Azərbaycan münasibətlərində yaranmış durğunluğa görə də rəsmi Bakını atəşə tutur.
Elə 1 il əvvəlki statusum da bu barədə idi. Düşünün ki, kanadalı jurnalist Neil Hauer “intellinews.com”saytında bir məqalə ilə çıxış etmişdi. Sırf ermənipərəst mövqedən bir yazı ortaya qoymuşdu. Öz arqumentlərini sübut etmək üçün erməni və azərbaycanlı siyasi ekspertdən də rəy öyrənmişdi. Erməni siyasi ekspert Gevorg Melikyan da Neil Hauer-in dediklərinə qüvvət vermişdi. Bizim professor da onlarla eyni xorda yer almışdı. Neil Hauer+Gevorg Melikyan+Altay Göyüşov səs-səsə verib Azərbaycanı bütün yaramazlıqlarda ittiham etmişdi...
İndi nə edib? Deməli, sayın professor Stella Meqrabekyana müsahibə verib. Nə deyib? Deyib ki, Bakıda məhkəmə qarşısına çıxarılan separatçı ermənilər siyasi məhbusdur...
Mən bildiyim qədər söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları uğrunda mübarizə aparan insanlar həbsə atılanda onlar siyasi məhbus kimi təsnif edilir. Bu separatçılar əllərində silah Azərbaycana qarşı döyüşüblər. Yəni bunlar terrorçudur.
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı mübarizə aparan separatçıya biz hansı məntiqlə siyasi məhbus deməliyik?
Bəli, Ermənistandakı bəlli dairələr Bakıda mühakimə olunan terrorçulara siyasi məhbus yarlığı yapışdırmağa çalışırlar. Mən bunu anlayışla qarşılayıram, çünki onlar ermənidirlər. Ancaq bir azərbaycanlı professorun Azərbaycana düşmən olan radikal separatçıları siyasi məhbus adlandırması mənə pis təsir edir. Çünki ermənilərə xoş gəlmək üçün bir azərbaycanlı Azərbaycana şər atır. Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır. Heç nə. Bu adam Qərbin müxtəlif fondlarından maliyyə dəstəyi alır.
Ay qurban olum sizə. Mən də gedib o fondlardan pul-para alım, sonra da başlayım ermənilərə xatir Azərbaycanı ittiham etməyə. Tüpürəsən belə həyata. Belə yaşamaqdansa, ölmək daha yaxşı deyilmi?...
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
1 sentyabr 2025 23:33
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
1 sentyabr 2025 11:10
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 2025 21:37
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 2025 14:56
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
30 avqust 2025 01:14
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 2025 02:33
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
27 avqust 2025 03:13
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 2025 20:37
- Paşinyanın 27 il əvvəlki yazısı üzə çıxdı: Azərbaycan və Türkiyənin günahsız qurbanlarını niyə görməzlikdən gəlirik?
24 avqust 2025 23:50
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
- Ərdoğanla Paşinyan görüşdü - Video
01 sentyabr 10:30
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
01 sentyabr 10:26
- İlham Əliyev Çində Maldiv Prezidenti ilə görüşdü (FOTO)
01 sentyabr 10:08
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 10:14
- Prezident Çin Sədri ilə görüşdü - Fotolar
31 avqust 09:54