Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar

Biləsuvar rayonunda kəndlilər arasında ötən ildən etibarən keçirilən “İti dəryaz” otbiçmə yarışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə keçirilən yarışa ənənəyə uyğun olaraq rayonun kəndlərindən olan komandalar qatılıb.
Yarış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış Zəfər Parkında keçirilib. Rayonun müxtəlif kəndlərini təmsil edən 20 komandanın iştirakı ilə keçirilən yarışda hər komandada 2 nəfər olmaqla ümumilikdə 40 nəfər iştirak edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Yarışdan əvvəl çıxış edən icra başçısı iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri sırasında yer alır və bu ənənə uzun əsrlər boyu formalaşaraq bu günədək gəlib çatıb. O bildirib ki, qədim zamanlarda biçin mövsümündə keçirilən mərasimlər çərçivəsində dəryazçılar arasında yarışlar təşkil olunurdu və bu yarışlar vasitəsilə ən usta şəxslər seçilirdi. Bu gün də xalqımız bu qədim ənənəyə sadiq qalaraq, mövsüm ərzində dəryazla ot biçinlərini davam etdirir.
F. Qürbətov qeyd edib ki, bu cür yarışların təşkili yalnız mədəni irsin qorunması deyil, eyni zamanda əmək bacarıqlarının nümayişi və insanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.
Sonra dəyrazçıların biçin yarışı başlayıb.Yarışın nəticələrinə əsasən birinci yeri Çaylı kəndinin, ikinci yeri Təzəkənd kəndinin, üçüncü yeri isə Dərvişli kəndinin komandası qazanaraq mükafatlandırılıblar.
Yarışda iştirak edən Aşağı Cürəli kənd sakini 66 yaşlı Məmmədov Nəriman Salman oğlu “Ən qocaman dəryazçı”, Səmədabad kənd sakini 23 yaşlı Əhədli Nahid Əlisa oğlu isə “Ən gənc dəryazçı” kimi mükafatlandırılıblar.






- 6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar
9 avqust 2025 17:03
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar
8 avqust 2025 22:26
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Prezident Vaşinqtondadır - Video - Fotolar
7 avqust 2025 18:44
- Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə SƏRT SÖZLƏR
6 avqust 2025 22:04
- Atalar tabut arxasınca getməsin - Qəzalarla bağlı təsirli paylaşım
6 avqust 2025 14:49
- Bu dəfə aliment verməyən ANA cəzalandırıldı
5 avqust 2025 12:22
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
5 avqust 2025 09:53
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
4 avqust 2025 00:39
- Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
10 avqust 00:55
- 6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar
09 avqust 17:03
- İnsanlığın ən qaranlıq səhəri: XİROSİMA (FOTO)
09 avqust 14:57
- İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE
09 avqust 12:51
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
09 avqust 11:23
- Paşinyandan sülhə dair - Açıqlama
09 avqust 09:59
- Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi
09 avqust 08:28
- ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
09 avqust 00:17
- Donald Trampla İlham Əliyevin görüşü başladı
08 avqust 23:57
- Donald Trampla Nikol Paşinyanın görüşü başladı
08 avqust 23:50
- İllərlə vəhşi heyvanları ÖLDÜRƏN milyonçunu ov zamanı Kafr buğası ÖLDÜRDÜ
08 avqust 23:13
- Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar
08 avqust 22:24
- Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?
08 avqust 21:51
- Tramp: Avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq
08 avqust 09:51
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
08 avqust 09:39
- Bakı metrosunda körpə doğuldu
08 avqust 09:17
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni - Paraflanacaq
08 avqust 02:28
- Bakıda bağban evdən 100 minlik saatı oğurladı və evi yandırdı..
08 avqust 01:45
- NAR ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
08 avqust 01:25
- Prezident Vaşinqtondadır - Video - Fotolar
07 avqust 18:44
- 90 yaşım var, güclə beş addım atıram... - Artur Rasi-zadə
07 avqust 14:20
- Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat...
07 avqust 10:51
- Təxmini 6 İL YUXU GÖRÜRÜK
07 avqust 10:33
- SON DƏQİQƏ! Şəmkirdə AĞIR QƏZA : 9 NƏFƏR ÖLDÜ
07 avqust 10:13
- Avstraliyada onminlərlə müəllim etiraz tətilinə çıxıb
07 avqust 09:55
- Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq
07 avqust 09:43
- Bakıda =od qiyməti=nə, Xaçmazda 17 QƏPİK - Səbəb nədir?
07 avqust 02:17
- Saaakaşvili: Bakı-İrəvan sülhü Qafqazın Rusiyadan azadlığı günü olacaq
07 avqust 01:49
- Bakıda jurnalist çay qiymətinə etiraz etdi: 26 manat 40 qəpik – bu nə deməkdir?
07 avqust 00:20
- Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə SƏRT SÖZLƏR
06 avqust 22:04