Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər

Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Sergeyeviç Xruşşov (1953-1964) Qazaxıstanı parçalamaq fikrində idi.
O vaxt Nikita Xruşşov Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan Jumabek Axmetoviç Taşenovdan (1960-1961) bu ideyaya münasibəti ilə maraqlanır. Qazaxıstan türklərinin möhtəşəm lideri Xruşşova elə cavab verdi ki...
Nikita Sergeyeviç Xruşşov
Öncə onu aydınlaşdıraq ki, Xruşşov nə etmək istəyirdi? Qazaxıstan SSR-in beş şimal rayonu - Şimali Qazaxıstan, Kokşetau, Kostanay, Akmola və Pavlodarı Rusiyaya, Çimkənd vilayətini Özbəkistana, Manqistau vilayətini isə Türkmənistana vermək istəyirdi. İndiki Qazaxıstanın yarısı pay-puş edilirdi.
Karişala Asanov
Tarixçi Karişala Asanova bu məsələ ilə bağlı yazdığı kitabda Xruşşovla Taşenovun dialoqunu belə təqdim edir:
“- Respublikada torpaq məsələsini yubanmadan həll etmək lazımdır. Biz yoldaş Kunayev və vilayət rəhbərləri ilə artıq danışmışıq. Onlar bizi dəstəkləyirlər. İndi, Jumabek Axmetoviç, sizin fikrinizi bilmək istərdik.
Taşenov dərhal cavab verdi:
- Nikita Sergeyeviç, mən nəinki bu məsələnin həllinin qəti əleyhinəyəm, həm də bu fikrin qəti əleyhinəyəm!
Sonra “əziz Nikita Sergeyeviç” alovlandı:
- Sən kimsən ki, Siyasi Büronun qərarına qarşı çıxırsan? Başa düşürsənmi, sənsiz də biz bunu edə bilərik. Sovet İttifaqı vahid dövlətdir. Hansı ərazi hansı respublikaya verilməlidir, bunu SSRİ Ali Soveti həll edə bilər!
Taşenov gülümsəyərək cavab verdi:
“Əgər torpaq məsələsi yerli hakimiyyətin iradəsi olmadan həll oluna bilərsə, onda SSRİ Konstitusiyasına düzəlişlər edilməlidir. Konstitusiyada isə göstərilir ki, hər bir respublikanın ərazisi onun toxunulmaz mülkiyyətidir. Əgər bu müddəa pozularsa, o zaman beynəlxalq hüquqi təşkilatlara müraciət etmək hüququmuz var”.
Jumabek Axmetoviç Taşenov
Bu böyük şəxsiyyət 1986-cı il noyabrın 18-də Çimkənd şəhərində vəfat etdi. O, torpaqların əldən çıxmasına razılıq versə idi, Qazaxıstanda yox, Özbəkistanda dünyasını dəyişmiş olacaqdı.
İndi o, Qazaxıstanın qüruru sayılan tarixi şəxsiyyətdir. Düşünün ki, o, dirəniş göstərməsəydi, Qazaxıstanın yarısı, haradasa Avropanın yarısından da böyük bir ərazi, it-bata düşmüşdü.
Mən öz payıma Jumabek Taşenovun xatirəsi qarşısında baş əyirəm. Nə qədər ki, bu dünyada türk xalqı yaşayır, o, hörmət və ehtiramla yad olunacaq.
Onu da mütləq qeyd etmək lazımdır ki, Jumabek Taşenovun torpaq məsələsinə etiraz etdikdən 2 ay sonra işdən çıxarıldı. Onun yerinə Dinməhəmməd Əhməd oğlu Kunayev gəldi. O, (1960-1962 və 1964-1986) illərdə Qazaxıstan SSR KP MK-nın birinci katibi oldu.
Bəs 1962-1964-cü illərdəki boşluq nə ilə izah olunur? Deməli, Nikita Xruşşov bu dəfə də Jumabek Taşenova dediklərini Dinməhəmməd Kunayevə bildirdi. Kunayev də eynən öz sələfi kimi Qazaxıstan torpaqlarının Rusiyaya verilməsinə “yox” dedi. Ona görə də onu bir müddət işdən uzaqlaşdırdılar. Nikita Xruşşovun təklifinə “hə” deyən İsmayıl Abdurasuloviç Yusupov iqtidara gəldi. Uyğur əsilli olan bu liderin gəlişi Qazaxıstanda pis qarşılandı. Nikita Xruşşov 1964-cü ildə işdən qovuldu. Qazaxıstan torpaqlarının bölünməsi planı da Nikita Xruşşovla birlikdə dəfn olundu. Leonid Brejnev SSRİ-yə rəhbər seçildi. O da Dinməhəmməd Kunayevi öz yerinə qaytardı. Həmin təyinatdan sonra cənab Kunayev düz 22 il Qazaxıstana rəhbərlik etdi.
Sonra Nursultan Əbiş oğlu Nazarbayev ona qarşı SSRİ miqyasında kampaniya apardı. SSRİ-nin yeni lideri Mixail Sergeyeviç Qorbaçov (1985-1991) Dinməhəmməd Kunayevə qarşı çıxdı. Çünki onu Brejnevin adamı hesab edirdi. Nəhayət SSRİ rəhbərliyi 1986-ci ilin dekabrında cənab Kunayevi etnik rus olan Gennady Vasilyevich Kolbinlə əvəz etdi.
Xalq ayağa qalxdı. 1986-cı il dekabrın 16-dan 18-dək Almatıda üç günlük küçə iğtişaşları baş verdi. Bu, Qorbaçovun hakimiyyəti dövründə etnik qarşıdurmanın ilk əlamətləri idi. Müasir Qazaxıstanda bu üsyan Jeltoqsan (qazax dilində dekabr anlamını verir) adlanır.
Etirazlar zamanı KQB 8,5 min insanı həbs edərək iğtişaşı zorla yatırdı. 1700-dən çox insan yaralandı, 5,5 minə yaxın insan dindirildi, istintaqa ifadə verdi. Üstəlik, yüzlərlə insan işdən qovuldu.
Ən önəmlisi isə odur ki, qazax xalqı Qazaxıstana bir rusun rəhbərlik etməsinə imkan vermədi. Cənab Kunayev isə iqtidarda olduğu müddətdə Qazaxıstanı iqtisadi baxımdan Rusiya və Ukraynadan sonra 3-cü yerə qaldırdı. Adam möhtəşəm işlər görüb...
İndi də keçək öz kommunistlərimizə. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı nə qədər böyük problemlərlə üzləşdi. Mən hələ qondarma Dağlıq Qarabağda yaşadığımız müsibətlərdən danışmıram. Bütün bu problemlərin kökündə o dayanır ki, bizim bəzi kommunist liderlərdə Jumabek Taşenovdakı qeyrət olmadı.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Zəngəzurun ermənilərə verilməsi, əslində, isə “bağışlanması” istiqamətində ciddi işlər görüb. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Nə dedi? Tarixin yaddaşında hamısı qalıb:
“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”.
Bəyanatda o da qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.
Ona görə də mənim nəzərimdə Nəriman Nərimanovun adının belə Jumabek Taşenovla qoşa çəkilməsi sonuncuya təhqirdir. Türk torpaqlarını ona-buna “hədiyyə” verənlər əbədiyyətə qədər lənətlənməlidir.
Bu kontekstdə xüsusi olaraq qeyd edilməlidir ki, türk torpaqlarını qoruyan və böyüdən liderlər sırasında ilk növbədə Heydər Əliyevin (qoruyucu) və İlham Əliyevin adları gəlir. İlham Əliyev son 200 ildə türk dünyasına və bütövlükdə türk-İslam dünyasına torpaq qazandıran nadir liderlərdən biridir. Bu tarixi missiyası ilə bağlı dəfələrlə məqalələr yazılıb. İndi mən nə qədər tənqid etsəm də, obyektivlik naminə qeyd etməliyəm ki, bu gün Azərbaycan dövlətinin regiondakı və dünyadakı mövqeyi, məhz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində möhkəmlənib.
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
6 oktyabr 2025 00:08
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
4 oktyabr 2025 00:09
- Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi
3 oktyabr 2025 21:53
- Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
1 oktyabr 2025 22:29
- Küçə ticarəti bolluq deməkdi
29 sentyabr 2025 10:55
- ABŞ Türkiyəyə qarşı olan bu sanksiyanı LƏĞV ETDİ - Fidandan AÇIQLAMA
28 sentyabr 2025 02:02
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 2025 02:32
- Paşinyan Rusiyaya getdi
25 sentyabr 2025 12:12
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12