Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövlətinə məxsus pilotsuz uçuş aparatları ilə atəş altına salınmasını Azərbaycan dövlətinə qarşı terror aktı kimi dəyərləndirib.
Deputat Əli Məsimli bu barədə Musavat.com-a bildirib ki, Prezident bugünkü terror hücumunun İran dövlətinin Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi terror aktlarının ilk dəfə olmadığını vurğuladı: “Bütün dünyada getdikcə gərginləşən geosiyasi proseslər kontekstində Azərbaycan Respublikası hərbi-siyasi gərginliyin yumşaldılması və aradan qaldırılması istiqamətində daim ardıcıl siyasət yürüdərək, bir çox ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verməklə, uğurlu vasitəçi dövlət statusunu qazanıb. Ölkəmizin xarici siyasətində əsas prioritet istiqamət qonşularla sülh şəraitində yanaşı yaşamaq, bir çox iqtisadi problemlərin aradan qaldırılmasına dəstək verməkdir ki, bu istiqamətdə də böyük nailiyyətlər əldə edilib. Ölkəmiz daim qonşuluq prinsipinə sadiq qalıb, Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Ölkə başçısı bugünkü çıxışında bu məqamların dəfələrlə İranın siyasi rəhbərliyinə çatdırıldığını bildirib”.
Ə.Məsimli xüsusilə vurğulayıb ki, istər 2025-ci ilin yayında, istərsə də yaşadığımız bu günlərdə İran İslam Respublikası ətrafında cərəyan edən hərbi-siyasi gərginlik və müharibə şəraitində ölkəmiz gərginliyin yumşaldılması istiqamətində ciddi səylər göstərir: “Bu kontekstdə İran ərazisində olan əcnəbi vətəndaşların öz ölkələrinə qayıtmaları üçün hər cür şərait yaradılıb və bu, humanitar missiya böyük həssaslıqla davam etdirilir. Etibarlı qonşuluq siyasətinə uyğun olaraq, bu hümanitar missiya İran dronlarının ölkəmizə hücumundan bir neçə saat öncə də davam etdirilib, Prezidentin özü birbaşa olaraq İran tərəfinin xahişinə əsasən, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə kömək etmək göstərişi verib, təyyarə göndərilib. Yardım xahişinə ölkə başçısının “indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” kimi alicənab münasibətinə onların cavabı Prezidentin qeyd etdiyi kimi “çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!” oldu”. Milli Məclisin üzvü qeyd edib ki, ötən gün ölkə başçısı İlham Əliyevin İranın Bakıdakı səfirliyini ziyarət etməsi və İranın Ali Liderinin ölümü ilə bağlı başsağlığı verməsi dövlətimizin və onun rəhbərinin İran ətrafında cərəyan edən proseslərə münasibətdə insansevərliyə dayanan həssaslıqla yanaşmasının nümunəsidir: “Bu günə kimi Azərbaycanın Respublikasının Prezidentindən başqa, heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib.
Bütün bunlara rəğmən, bu gün İran dövlətinə aid olan PUA-lar vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisinə edilmiş hücum başadüşülən deyil, qəbuledilməzdir, beynəlxalq hüquqa, xüsusən də, qonşuluq prinsiplərinə ziddir. Hücuma məruz qalmış hədəflərin mülki obyektlər olması, xəsarət almış insanların mülki şəxslər olması bu aktın qeyri-insani və qonşuluğa sığmayan hərəkət olmasının bariz təzahürüdür və qətiyyətlə pislənilməlidir! İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.
Ümid edirik ki, qarşıdakı saatlar ərzində İran rəsmiləri bu hücuma və onun başvermə səbəblərinə dair düzgün, aydın şəkildə ifadə edilmiş cavab verəcəklər və bir də belə hadisə təkrarlanmayacaq”. Deputat həmçinin əlavə edib ki, İranın hərbi-siyasi rəhbərliyi nəhayət, bu hücumun qarşıdakı dövr ərzində bölgədə baş verəcək hadisələrə təsirlərini anlayacaq qədər düşüncəli davranış numayiş etdirəcəklər: “Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq, dövlətimiz bu kimi halların qarşısını almaq üçün müdafiə xarakterli perventiv addımlar atacaq”.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının qeyd etdiyi kimi bu məsələ ilə bağlı tədbirlər planı hazırlanılmasına başlanılıb, bütün göstərişlər verilib: “İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası verilib. Həmçinin, digər diplomatik addımlar atılır, hərbi baxımdan önləyici təbirlər görülür. Ölkəmizə qarşı hər hansı təcavüz aktına yol verilməsi dövlət müstəqilliyimizin və suverenliyimizə ciddi təhdiddir. Bu təhdidləri önləmək və aradan qaldırmağa yetərli qədər hərbi, siyasi, iqtisadi gücümüz, möhkəm və sarsılmaz iradəmiz, xalq-dövlət həmrəyliyimiz var”.
E.Paşasoy,
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 2026 18:57
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 2026 11:31
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 2026 20:56
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 2026 13:49
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 2026 12:36
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 2026 15:38
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 2026 19:10
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
17 aprel 2026 11:13
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
