Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...

Şadlıq evləri hələ də sifariş almadıqlarını deyir
Avqustun 23-də Hicri-Qəməri tarixi ilə Səfər ayı bitdi. Bununla da Məhərrəmlik əyyamı başa çatdı. Bu isə toylara davam deməkdir. Bəs ötən iki ayda menyu qiymətlərində ciddi dəyişikliklər varmı? Varsa, hansı məhsullardadır?
Qeyd edək ki, əvvəlki illərdə bu dövrdə şadlıq evləri yenidən fəaliyyətə başlayır, sifarişlər artır, menyular yenilənir. Lakin hazırkı vəziyyət bir qədər fərqlidir. Toy mövsümünün açılmasına baxmayaraq, şadlıq evləri hələlik əvvəlki illərdəki canlanmanı müşahidə etmədiklərini deyirlər. Bu iki ay ərzində menyu qiymətlərində nəzərəçarpacaq dəyişiklik baş verməsə də, sifarişlərin sayında ciddi azalma var.
“Ay işığı” şadlıq sarayının direktor müavini Daşqın Həsənov “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, son iki ayda menyu qiymətləri sabit qalıb: “Hazırda sarayda orta hesabla bir nəfərlik menyu 70 manata başa gəlir. Məhərrəm ayında demək olar ki, bütün fəaliyyət dayanıb və zərərə işləmişik. Kompleksin gündəlik saxlanması üçün xərclər davam edir. İşçilərin maaşı ödənilir, kommunal xidmətlər yerinə yetirilir. Amma tədbir keçirilmədiyi üçün gəlir yoxdur”.
Həsənov bildirib ki, ət məhsullarının qiymətində artım var, bu da ümumi maya dəyərinə təsir edir. Lakin menyuda qiymət artımına getmək istəmirlər, çünki bu halda sifarişlər daha da azalacaq. Hazırda mövcud vəziyyətdə şadlıq evi fəaliyyətini dayandırmadan, minimum gəlirlə işləməyə üstünlük verir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə sifarişlərdə 60 faizə yaxın azalma müşahidə olunur. Məhərrəm ayı başa çatsa da, bu vaxta qədər hələ bir dənə də olsun toy sifarişi daxil olmayıb.
“Xəmsə” şadlıq sarayında da vəziyyət oxşardır. Administrator Telman İsmayılov bizimlə söhbətdə bildirib ki, menyuda qiymətlər dəyişməyib, orta hesabla bir nəfərlik yemək 50 manat təşkil edir. Bəzi məhsullarda, xüsusilə ət və yağ kimi əsas ərzaqlarda qiymət artımı olsa da, menyu qiymətlərində dəyişiklik edilməyib: “Toy sifarişləri isə demək olar ki, yoxdur. Əvvəlki illərlə müqayisədə ciddi fərq var”. Onun fikrincə, hazırda insanlar iqtisadi çətinliklərlə üzləşirlər, ona görə də toy etmək fikrindən yayınırlar: “Gənclər evlənmək istəmir, daha doğrusu, evlənmək üçün maddi imkan tapmırlar”.
Hazırda şadlıq sektorunda maraqlı bir vəziyyət yaşanır. Bir tərəfdən qiymət artımı ilə bağlı təzyiqlər var, digər tərəfdən isə bu artımı tətbiq etmək mümkün deyil, çünki alıcılıq qabiliyyəti aşağıdır və sifarişlər onsuz da azdır. Belə şəraitdə şadlıq evləri qiymətləri sabit saxlamaqla müştərini itirməməyə çalışırlar. Amma bu strategiyanın nə qədər davam edə biləcəyi bəlli deyil.
Maraqlıdır ki, hər il Məhərrəmlikdən sonra toy sifarişlərində artım müşahidə olunurdu, bu il isə bu artım nəzərə çarpmır. Ekspertlər bunu bir neçə faktorla izah edirlər. Onların fikrincə, gənclərin ailə qurmaq istəyi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Evlilik yaşı yüksəlib, ailə qurmaq üçün tələb olunan minimum vəsait isə getdikcə artır. Orta statistik toyun keçirilməsi üçün lazım olan büdcə 10-15 min manat arasında dəyişir. Bu məbləğ bir çox gənc ailənin maddi imkanlarını aşır. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarının, xüsusilə ətin bahalaşması şadlıq evlərini çətin vəziyyətə salıb. Qida məhsullarında inflyasiya davam edir və bu prosesdən ən çox zərər görən sahələrdən biri məhz kütləvi tədbirlərlə məşğul olan sektordur.
Qeyd edilir ki, bu gedişlə şadlıq evləri fəaliyyətlərini qismən dondura və ya xidmət sahələrini daralda bilər. Bəziləri isə çıxış yolu kimi daha sadə və minimal menyulara keçid etməyi təklif edirlər. Toyların sadələşdirilməsi, daha az sayda qonaqla keçirilməsi və yeməkdən çox məkan və atmosferə üstünlük verilməsi gələcəkdə bu sahədəki vəziyyəti sabitləşdirə bilər.
Nəticə etibarilə, şadlıq evləri üçün ağır bir dövr yaşanır. Məhərrəm ayının bitməsi ilə toy mövsümünün başlayacağı gözlənilsə də, bu, özünü doğrultmur. Qiymətlərin sabit qalmasına baxmayaraq, sifarişlərin olmaması bu sahədə durğunluğun hələ bir müddət də davam edəcəyindən xəbər verir. Sahibkarlar çıxış yolu axtarır, amma real dəyişiklik üçün həm iqtisadi sabitlik, həm də əhalinin alıcılıq qabiliyyətində artım vacibdir.
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Siqaret söndükdən sonra da İKİ SAAT havaya toksik maddələr buraxır
23 avqust 2025 08:38
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 2025 09:41
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 2025 09:30
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Donald Trampla İlham Əliyevin görüşü başladı
8 avqust 2025 23:57
- Donald Trampla Nikol Paşinyanın görüşü başladı
8 avqust 2025 23:50
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40