Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
Şahnaz ŞAHİN
Yayı əməlli-başlı problemlərlə başa vurdum. Dərd-bəla, ağrı acı onsuz da xəbərsiz gəlir həyatımıza, düzdür, xırda-xuruş mesajlar verir, di gəl ki, insan övladı buna ciddi yanaşmır. Öz-özünə keçəcəyini düşünməklə ilk yanlışa imzasını atır. O da gedib güc toplayır, topunu, tüfəngini də götürüb gecənin birində hücum çəkir üstünə...
Yayın qonaq-qarası da çox olur axı, o da ola ürək dayandıran istilərdə həyətində növbənöv ağacları, bol suyu, rəngbərəng gül-çiçəklərilə havaya sərinlik qatan kənd. Elə mən də yay girəndən bilgisayarımın qapağını bağlayıb qoydum bir kənara. Başım ev, məişət qayğıları, əziz qonaqlarımla elə qarışdı ki, bir də gördüm payız kəsdirib qapının ağzını. Üstəlik, qəfil başlayan ağrılar da qısnadı məni divara. Divardan o yana da ki, yol nə gəzir!..
Özümə gələndə isə bağımızda gülöyşə nar qızarmış, heyva saralmışdı. Günəşin al şəfəqləri ağadayı və keçiməməsi üzüm salxımlarının iri, kəhraba kimi sapsarı gilələrində bərq vururdu. Arılar, quşlar da bir-birinə aman vermədən hərə öz ruzi payının dalınca uçurdu...
Şahtut da çoxdan solub, atlas kimi par-par yanan o yaşıl yarpaqlardan nişanə də qalmayıb, xəzəl olub kağız pul kimi səpələnib hər tərəfə...
Can ağrılarından danışırdım axı, sayəsində canını dişinə tutmaq havasına kökləndim. Ağrılarla oynamağı da, birlikdə yaşamağı, ağlayıb gülməyi də, qalib gəlməyin yollarını da öyrəndim. Hətta gecələr şairlərin sevgidən yazdığı vaxtlar mən ağrılarıma dəm tutmağı vərdişə çevirdim...
İçəridən baxanda çöldəki azadlıq həmişə gözəl görünüb, halbuki elə dünən sən özün də o azadlığın qoynunda rahat və xoşbəxtcəsinə xumarlanırdın. İndisə sağlamlığın bir zərbəyə uçub dağılan divarları arasında vurnuxursan. İndi çox şey sənin iradənə və intizamının gücünə bağlıdı bir az da, afrikalılar demiş, hörümçək torları birləşsələr, hətta şiri də tutarlar!..
...Üstümə aldığım mənəvi və fiziki yorğunluğu, canımda yığılan neqativ gücü atmaqdan ötrü psixoloqların söylədiyi, özümün də oxuyub bildiyim bir neçə mantra və ritualları etsəm də, nəticəsi olmadı. Özümün ruh halımı yüksəltməkçün söylədiyim "mən enerjiliyəm, mən ruhlanmışam, güclüyəm..." və s. söz və ifadələr sanki daşa dəyib geri qayıdırdı. O zaman qısa müddətli də olsa məkan dəyişdirmək, bir neçə gün özümlə baş-başa qalmaq qərarına gəldim. İlk fikrimdən keçən yer Şabran İstirahət Mərkəzi oldu. Həm də "Heç olmasa ildə bir dəfə təkbaşına səyahətə çıx", deyiminə sadiq qalaraq səfərə hazırlaşdım...
Bakıdan təxminən saat yarımlıq bir məsafədə yerləşən bu istirahət mərkəzi Şabran rayonunun qədim Pirəbədil kəndi meşəlik ərazisində müasir üslübda tikilmiş kiçik şəhərcikdir. Havası şəhərdən bir neçə dərəcə aşağı, sərin və olduqca təmizdir. Nəfəs aldıqca ciyərlərimin sonuncu alveolalarına qədər açılıb, havanı acgözlüklə özünə çəkdiyini hiss edirəm. Ərazi hər tərəfdən iyirmi dörd saat ciddi qoruma altındadır. Otelin qarşısında xüsusi geyimli işçilər qonağı qarşılayıb ona qeydiyyatdan keçməkdə və rezerv edilmiş kotecə yerləşməyə yardım edir.
Otelə daxil olandan adamı xoş ətir və ona uyğun həzin musiqi müşayiət edir. Bunlar artıq çoxdan Şabran istirahət mərkəzinin atributuna çevrilib. Bir anda səliqə-sahman, rahatlıq və dinclik adamı öz sehrinə salır. Qeydiyyatdan keçib otel əməkdaşının müşayətilə qalacağım kotecə yollanıram. Otağa daxil olanda yenə sevimli qoxu burnuma dolur...
Payız burada da özünün qızıl vaxtını yaşayır, xəzəllər xalı kimi döşənib çəmənin üstə, ayağını basmağa heyfin gəlir, bir daha əmin olursan ki, təbiət ən böyük rəssamdır. Onun təbii fırçası ilə dağlara, bağlara yeni nəfəs gəlir, hər fəslin öz bənzərsiz tablolarını yaradır...
Bağın dərinliyində qoyulmuş dəmir yelləncək də xəyalların yelləncəyidi sanki, axı insan qəlbinin də fəsilləri var, orada günəş, ay, səma və möcüzələr yatır... Kim ki, kainatın möcüzələrini kəşf edir, bir gün öz möcüzələrini də tapacaq. Təbiətin də, dünyanın da özünə məxsus ritmi, ahəngi var, bu qızıl ortadan uzaqlaşmaq olmaz, insan bu ritmlə mütləq uzlaşmalıdır, ritmdən çıxmaq heç birinə fayda verməz...
Sabah artıq istirahət vaxtım bitir və mən geri dönməliyəm. Mirzə Cəlil yazırdı ki, sözdən böyük yadigar yoxdur. Zira mal-mülk tələf olub gedir, söz qalır. Söz isə iki hissədən ibarətdir, bir yarısı deyənin, bir yarısı da dinləyənin.
Yazıya son nöqtəni qoyub pəncərin açıram, hava soyuyub, düşünürəm: Bir də bu payızdan olmayacaq ta...
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
1 yanvar 2026 15:08
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 2025 18:53
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 2025 16:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
09 yanvar 20:33
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
09 yanvar 20:18
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
09 yanvar 20:03
- Tehranda XAOS: Etirazçılar 25 məscidi YANDIRDI
09 yanvar 19:12
- İranda prokuror yandırılaraq öldürüldü
09 yanvar 19:02
- Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
09 yanvar 18:47
- Leyli və Məcnun-u süni intellektlə təqdim etdi
09 yanvar 13:30
- Pensiyalar GECİKƏCƏK
09 yanvar 12:23
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
09 yanvar 12:13
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
09 yanvar 12:00
- Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi - Qəbuledilməzdir
09 yanvar 11:53
- Lalə Şövkətə ağır itki - Foto - Yenilənib
08 yanvar 22:17
- Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
08 yanvar 17:58
- Elşad Xose həbs edildi
08 yanvar 17:47
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
