Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
Hadisə6 oktyabr 2025 15:34

Sabiq nazir Oqtay Şirəliyev uzun illər Azərbaycan səhiyyəsinin idarə olunmasında əsas fiqurlardan biri olub. Onun vəfatı ilə bağlı qəfil xəbər sosial şəbəkələrdə ictimai müzakirələr yaradıb. Kimi onun nazir olduğu dövrdəki fəaliyyəti müsbət qiymətləndirib, kimi də O.Şirəliyevin Azərbaycan səhiyyəsini bataqlığa yuvarlatdığını bildirib. Qeyd edək ki, mərhum Şirəliyev Azərbaycanın səhiyyə tarixində bu vəzifədə ən uzun müddət çalışmış eks-nazirdir.
Keçmiş nazirin həyatdan köçməsi ilə yanaşı, ailə üzvləri də – xüsusulə övladları – medianın və ictimaiyyətin diqqətinə düşüb. Oqtay Şirəliyevin övladları kimdir? Onlar nə işlə məşğuldur?
Xatırladaq ki, Oqtay Şirəliyev 20 oktyabr 2005-ci ildə səhiyyə naziri təyin edilmiş, 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad olunmuşdu. O bu yaxınlaradak Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edirdi.
NUH.az Modern.az-a istinadən xəbər verir ki, mərhum eks-nazirin üç övladı haqqında məlumat var: iki oğlu, bir qızı.
Məlumatlara görə, Oqtay Şirəliyevin ilk həyat yoldaşı 1994-cü illərdə vəfat edib.

Sabiq nazirin 1974-cü il təvəllüdlü qızı Nərmin Şirəliyeva Bakıdakı 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi bitirib. 1991-1996-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsində kulturologiya üzrə ali təhsil alıb. 1996-cı ildə "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Daha sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura”da müxbir təyin olunub. Sonralar "Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı işləyib.
2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub.

1999-cu ildə ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib.
Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.
Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. 2013-cü ilin fevralında o, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyinat alıb. N.Şirəliyeva 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib.
Hazırda o, Rusiya XİN-in strukturlarından biri olan "Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.
Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur.

Sabiq naziri böyük oğlu - 1978-ci il təvəllüdlü Murad Şirəliyev Azərbaycan İnşaat Mühəndisləri Universitetində (1994-1998) bakalavr təhsili alıb. Ardınca bu universitetdə "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib alıb. Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən həm də bank sektorunda işə düzəlib, 2005-ci ildə "Kapital Bank" ASC-nin İdarə Heyətinə seçilib.
Daha sonra 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər "Azərbaycan Beynəlxalq Bank" ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsini tutub.
Murad Şirəliyevin Beynəlxalq Bankdan gedəndən sonra Almaniya şirkəti olan "Solaris GmbH”də rəhbər vəzifədə çalışdığı bildirlir. Ardınca o, "Azərsığorta” şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib.

Oqtay Şirəliyevin digər oğlu Kazım Şirəliyevin özəl sektorda çalışdığı barədə məlumatlar var. 2017-ci ildə K.Şirəliyevə "Bilgah Beach Hotel”də dəbdəbəli toy mərasimi keçirldiyi və onun biznesmen ailəsinin qızı ilə evləndiyi barədə məlumat yayılmışdı.
O.Şirəliyevin digər övladları barədə məlumat əldə etmək mümkün olmayıb.
Oxşar xəbərlər
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Berdiməhəmmədov Qəbələdədir
7 oktyabr 2025 10:17
- TƏBİB-in xanım işçisi bıçaqlandı
6 oktyabr 2025 23:12
- Hakan Fidan Azərbaycana gəldi
6 oktyabr 2025 21:57
- Orban da Azərbaycana gəlir
6 oktyabr 2025 13:26
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
6 oktyabr 2025 13:02
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- İlham Əliyevin bacısı oğlunun toyundan - FOTO
6 oktyabr 2025 01:17
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
6 oktyabr 2025 01:12
Xəbər lenti
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
06 oktyabr 13:34
- Orban da Azərbaycana gəlir
06 oktyabr 13:26
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
06 oktyabr 12:59
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
06 oktyabr 11:42
- AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI
06 oktyabr 09:46
- Bal və kişmiş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır
06 oktyabr 09:31
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
06 oktyabr 01:35
- İlham Əliyevin bacısı oğlunun toyundan - FOTO
06 oktyabr 01:17
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
06 oktyabr 01:12
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
06 oktyabr 00:08
- Altı ölkədə hələ də it əti yeyilir
05 oktyabr 23:43
Video & Fotoqalereya
Video
Fotoqalereya