Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi

İctimai nəqliyyatda bu problemin həlli üçün yollar bəllidir, amma...
Yay fəslinin qızmar günləri Bakı küçələrində çalışan ictimai nəqliyyat sürücüləri üçün ciddi təhlükə mənbəyinə çevrilir. Xüsusilə köhnə model, kondisionersiz avtobuslarda çalışan sürücülər saatlarla hərəkətsiz, qapalı və isti şəraitdə qalırlar. Onların saatlarla qapalı və isti şəraitdə işləməsi sağlamlıqlarına və sürücülük performansına təsir edir.
Nəqliyyat eksperti Rövşən Həsənov Yenisabah.az-a deyib ki, Bakının ətraf qəsəbələrində və bölgələrdə fəaliyyət göstərən bəzi ictimai nəqliyyat vasitələrinin texniki vəziyyəti ürəkaçan deyil. Ekspert məsul qurumların məsələ ilə bağlı tədbir görəcəyini ümid edir. “İctimai nəqliyyatın əsas daşıyıcı qüvvəsi olan sürücülərin iş şəraiti yaxşılaşdırılmadan nə xidmətin keyfiyyətindən, nə də sərnişin məmnunluğundan danışmaq mümkündür. Ona görə də mövcud vəziyyətin tənzimlənməsi üçün nəqliyyat sahəsinə cavabdeh qurumların, xüsusilə Bakı Nəqliyyat Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu məsələyə xüsusi diqqət ayırması zəruridir”, - ekspert çağırış edib.
Rauf Ağamirzəyev
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib ki, məsələni həll etmək üçün brutto müqavilələrə keçid təmin olunmalıdır:
Ekspert onu da vurğulayıb ki, avtobus daşımaları şəhərdə ən yüklənmiş nəqliyyat növüdür və bu cür problemlərin baş verməsi bu səbəblə gözləniləndir. Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli də Bakı şəhərində ictimai nəqliyyat sistemində kondisioner məsələsinin hələ də həllini tapmayan vacib problemlərdən biri olduğunu vurğulayıb. Sosioloq İlqar Hüseynli bu məsələnin çoxsaylı səbəblərini açıqlayır: “Ən önəmli faktorlardan biri ictimai nəqliyyat sektorunun köhnəlmiş avtobus parkıdır. Hazırda Bakı və ətraf ərazilərə xidmət edən sərnişin avtobusları arasında hələ də ötən əsrə aid köhnə ”DAEWOO" mode
lləri, həmçinin Koreya, Çin və Türkiyə istehsalı olan avtobuslar mövcuddur. Bu avtobusların istismar müddəti çoxdan başa çatıb və artıq sərnişinlər üçün ciddi narahatlıq yaradır. Oturacaqlar qırıq-sökük, mühərriklər isə düzgün işləməyərək, zəhərli qazların salonun içinə yayılmasına səbəb olur. Bu avtobuslarda kondisioner olsa da, işləməməsi və ya sərinlətmə qabiliyyətinin olmaması sərnişinləri əlavə çətinliklərlə üz-üzə qoyur. Sürücülər bu vəziyyəti belə izah edirlər: “Kondisioner işləyəndə mühərrik sönür”. Bu cür texnoloji problemlər sərnişinlər üçün narahatlıq yaradır və ictimai nəqliyyatdan istifadəni mənfi təsir edir.
Məsələn, “Bakubus” avtobuslarında da eyni problem yaşanır. Kondisionerin işləməsi ilə bağlı problemlər sürücülər tərəfindən qabarıq şəkildə vurğulanır və bu da sərnişinlərin narazılığına səbəb olur. Bundan əlavə, Bakı Metrosunda da kondisionersiz vaqonlar hələ də işləyir. Metroda təkmilləşdirmə işləri aparılsa da, yeni stansiyaların tikintisi və vaqonların alınması hələ də gündəmdədir.
İlqar Hüseynli
İlqar Hüseynli qeyd edir ki, ictimai nəqliyyatın keyfiyyətini artırmaq üçün ən effektiv addım brutto müqavilə sisteminə keçmək olacaq: “Brutto müqavilələri modelinə əsasən, daşıyıcı şirkətlərə hər kilometrə görə müəyyən ödəniş edilir. Bu yanaşma daşıyıcıların sərnişin sayına görə yox, müəyyən olunmuş marşrut üzrə sərnişinləri nəqliyyat nöqtələrinə çatdırmasına əsaslanır. Hazırda daşıyıcı şirkətlər yalnız öz imkanları ilə bu işi yerinə yetirirlər və maliyyə çətinlikləri səbəbindən lazımi təkmilləşdirmələri həyata keçirə bilmirlər. Brutto müqavilə sistemi isə bu boşluğu aradan qaldırar və ictimai nəqliyyata daha çox investisiya cəlb edər. Həmçinin, sərnişinlərin rahatlığını təmin edəcək tələblər qoyularaq, daşıyıcıların müvafiq standartlara uyğun fəaliyyət göstərməsi təmin edilər. (sherg)
İl 2025, süni intellekt əsri, həyatımız sürətlənib, qloballaşma hər bir sahəyə təsir edir, amma hələ də Bakıda və regionlarda kondisionersiz, sınıq-salxaq avtobuslar “N” qədərdir. Bu həm də sürücülərin və sərnişinlərin sağlamlığına təsir edir, hətta qəza riski yaradır.
Adil Qeybulla
Professor Adil Qeybulla hesab edir ki, məsələnin çox şişirdilməsi düzgün deyil. Həkim “Yeni Müsavat”a şərhində bildirdi ki, avtobuslarda kondisioner olmalıdır: “Adətən uzun yol üçün nəzərdə tutulan avtobuslar kondisionerlə təchiz olunur. Amma nəqliyyat vasitələrində kondisionerlər olmayanda da onlar sürülüb. Bu baxımdan hesab edirəm ki, məsələyə faciəvi aspektdən yanaşmaq düzgün deyil. Hər bir halda əgər kondisionerli nəqliyyat vasitəsi əldə etmək mümkündürsə, bunu etmək lazımdır. Bütün dünyada, demək olar ki, bütün nəqliyyat vasitələri kondisionerlə təchiz olunub. Odur ki, bu artıq zərurətə çevrilib. Üstəlik, kondisionerin saz vəziyyətdə olması yoxlanılmalıdır. Ümumiyyətlə, bütün növ kondisionerləri daim yoxlamaq lazımdır. O ki qaldı kondisionerin olmamasının sürücülərin və sərnişinlərin səhhətinə təsirinə, hesab edirəm ki, Azərbaycan tropik ölkə olmadığı üçün dəhşətli istilər müşahidə olunmur. Üstəlik, nəqliyyat vasitəsi hərəkət halında olanda salona daxil olan hava bir növ sərinlik yaradır. Diskomfort yaratsa da, kondisionerin olmamasının xüsusi təhlükəli vəziyyət yaratdığını düşünmürəm”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov hələ yay mövsümü başlamadan öncə mətbuata açıqlamasında bildirib ki, bununla bağlı daçşıyıcılara tapşırıq verilib: “Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- - Titanik - faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?
19 iyun 2025 23:11
- AZAL-da Cəmil Manizadənin ŞƏXSİ İDARƏÇİLİK yanaşması...
18 iyun 2025 22:53
- AZAL-da Cəmil Manizadənin ŞƏXSİ İDARƏÇİLİK yanaşması...
13 iyun 2025 13:36
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
9 iyun 2025 13:21
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
8 iyun 2025 18:33
- 3 min polis GİZLİ SƏRNİŞİN kimi avtobuslarda olacaq
7 iyun 2025 09:34
- Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? - MÜHÜM AÇIQLAMA
5 iyun 2025 10:24
- Metro 3 ayda nə qədər qazanıb?
3 iyun 2025 23:34
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23