MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı

Azərbaycanın yaxın tarixində “MTN işi” adı ilə tanınan cinayət dosyesi illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır.
Musavat.com xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində iki MTN generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu.
Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi, eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi. Biri MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edir, digəri isə İstintaq Baş İdarəsini idarə edirdi. 2015-ci ilin oktyabrında birdən Eldar Mahmudovun qurduğu ibdar sistemin sütunları çökdü. Dövlət təhlükəsizliyi adı altında illərlə insanlara qorxu aşılayan bir qurumun içindən korrupsiya, rüşvət, hədə-qorxu, qanunsuzluq dosyeləri bir-bir üzə çıxmağa başladı. Hər iki generalın işi sonradan Bakı Hərbi Məhkəməsinə göndərildi. Nizami Şirinovun cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırıldı. İstintaq və məhkəmə sənədləri göstərdi ki, Nizami Şirinov və onunla birlikdə ittiham olunan zabitlər illərlə “himayədarlıq” mexanizmi qurublar.
Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirildi ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Bu, bir nəfərin şəxsi korrupsiyası deyildi. Bu, MTN sisteminin daxilində qurulmuş bir “qara kassa” idi. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərdi, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verdi.
Nizami Şirinov 8 il azadlıqdan məhrum edildi. Amma o, məhkəmə dövründə Mövlam Şıxəliyevdən fərqli bir taktika seçdi. Zərərçəkənlərə dəymiş ziyanı ödədi, üzr istədi, “peşmanam” dedi. Sonra qərarlar bir-bir yumşaldıldı.
Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirdi. Və indi 2025-ci ilin payızında o artıq azad adamdır. “MTN işi”nin generallarından biri azadlığa çıxıb.
Amma eyni gündə qandallanmış digər general Mövlam Şıxəliyev hələ də 9 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan uzaqdır. Qarşıda 8 il cəza müddəti var.
Onun işi Azərbaycan məhkəmə tarixinin ən ağır korrupsiya işlərindən biri kimi yadda qaldı.
İstintaq müəyyən etdi ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib.
Üstəlik, o, sübutları saxtalaşdırıb, səlahiyyətlərini aşıb, zərərçəkmişlərə bir qəpik də qaytarmayıb. Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsdi.
Rütbəsi, ordenləri, medalları əlindən alındı. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.
Ali Məhkəmə onun kassasiya şikayətini təmin etmədi.Və bu gün Mövlam Şıxəliyev hələ də dəmir barmaqlıqlar arxasındadır. 2015-ci ildə MTN ləğv olundu, onun yerində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradıldı. Bu, dövlətin köhnə sistemlə vidalaşma qərarı idi.
Amma MTN-dən qalan kölgələr, korrupsiya və qorxu mirası hələ də yaddaşlardan silinməyib. Nizami Şirinov və Mövlam Şıxəliyev dosyeləri həmin kölgələrin ən real xatırlatmasıdır.
Biri azadlıqda nəfəs alır, digəri hələ də dəmir qapılar arxasında saniyələri, dəqiqələri, saatları və günləri sayır.
Bu iki ad indi tarixin eyni səhifəsindədir. Biri tövbənin, digəri təkəbbürün simvolu kimi yaddaşlara həkk olunub.
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 2025 10:46
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 2025 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 2025 10:01
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 2025 01:05
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
9 oktyabr 2025 01:38
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13