Şəmkirdə baş həkimi öldürmək istədilər - ŞOK faktlar

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi şantaj etməkdə ittiham olunan rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Babayevin cinayət işinə baxılıb.
NUH.az Teleqraf-a istinadla xəbər verir ki, Elçin 15 sentyabr 2023-cü ildə, saat 08.00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoruna məktub yazıb, ondan 16 min manat məbləğində pul istəyib, iki il əvvəl “Zavod yolu” adlanan ərazidəki zibillikdən tapdığı patronu da zərfə qoyub. E.Bavayev məktubu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının giriş qapısındakı mühafizəçiyə verib və onu həmin xəstəxananın baş həkiminə təqdim etməsini istəyib.
İstintaq orqanı tərəfindən Elçin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən E.Babayev özünü təqsirli bilib. O bildirib ki, 15 sentyabr 2023-cü ildə, içərisində bir yazılı vərəq və bir boş güllə olan zərfi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisinə verib, onu xəstəxananın baş həkiminə çatdırmasını istəyib: “Mühafizəçi məktubu çatdıracağını dedi. Bundan sonra həmin gün axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat müvvəkilləri yaşadığım evə gəldi və məni polis şöbəsinə apardılar”.
Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirib ki, məktubda baş həkimdən 16 min manat pul tələb edib: “Pulu verməyəcəyi təqdirdə xatırladığım qədəri ilə onu cəzalandıracağımı və yaxud öldürəcəyimi yazmışam. Əvvəllər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimini tanımamışam. Mənim qardaşımın xəstəliyi ilə əlaqədar sənədləri olsa da, ona pensiya təyin etməyiblər. Bununla bağlı 2 il müddətində müraciətlərimizə müsbət cavab verilməyib. Mən də həmin 2 il müddətində qardaşıma təyin edilməyən pensiyanın məbləğini təxmini hesablamışam və onu baş həkimdən tələb etmişəm. Sözügedən məktubu yazmışam, onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə göndərən zaman içkili olmuşam. Zərfin içərisindəki güllə “Kalaşnikov” avtomatının istifadə olunmayan gülləsidir. Həmin gülləni mən tapmışam və tapan zaman onun içərisində barıt olmayıb. Həmin güllənin baş hissəsinə ip keçiriərək, özümdə saxlamışam”.
Təqsirləndirilən şəxsin məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edilib.
E.Babayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə almayıb: “Psixi cəhətdən özümü sağlam hesab edirəm. Rəsmi olaraq işləmirəm. Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş şəxsi qiyabi tanıyıram. Onunla aramızda düşmənçilik və ədavət yoxdur”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həkimə məktub yazmağı hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı ünvandaca ağlına gəlib: “Həmin məktubda onu öldürəcəyimi bildirirək, pul tələb etməyi qərara aldım. Məktubu yazdım və yaşadığım evdə çarpayının altına qoydum. Növbəti gün saat 08.00 radələrində həmin məktubu zərfə qoyaraq, aparıb xəstəxananın mühafiəzəçisinə verdim. Zərfi Elçin həkimə çatdırılmasını xahiş etdim. Mühafizəçi zərfi alıb, onu həkimə çatdıracağını bildirdi. Mən də bundan sonra həmin ünvanı tərk edərək, yaşadığım ünvana qayıtdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçin Əliyevin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində işləyir: “Təqsirləndirilən Elçinlə tanışlığımız onun qardaşının xəstəliyi səbəbindən olub. Təqsirləndirilən şəxs, qardaşının psixoloji problemləri olduğu üçün çox sayda iynə udması ilə bağlı bizə müraciət etmişdi. Lakin biz qarın boşluğunda çox sayda iynə olduğu üçün əməliyyat edə bilmədiyimizi bildirdik, onu Bakıda yerləşən xəstəxanaya göndərdik. Bundan sonra təqsirləndirilən şəxsin qardaşı müalicə olunaraq rayona qayıtdı. Onun səhhəti ilə bağlı Elçinin anası yanıma gedib-gəlib. Mən də Elçinin qardaşının səhhəti ilə bağlı daim tövsiyyələrimi vermişəm və münasibətlərimiz də yaxşı olub. Eyni zamanda təqsirləndirilən şəxsin qardaşının əlillik dərəcəsi alması üçün psixiatriya xəstəxanasında müalicə almalı olduğunu bildirmişəm. Ailəsi də bununla razılaşıb və mənə təşəkkür edib. Hadisə baş verən gün işə gəldim. Xidməti otağımın qarşısına çatanda katibə mənə bir ədəd zərf verdi. Mən də zərfi götürdüm, içəridə vətəndaşlar olduğu üçün açmadım. Zərfdə qabarıqlıq olduğunu gördüm. Lakin içərisində elektron imza olduğunu ehtimal etdim. Daha sonra zərfin üzərindəki yazıya diqqət edən zaman onun üzərində “Baş həkim” sözlərinin yazıldığını gördüm. Bunun rəsmi yazı olmadığını dərk etdim. Daha sonra sözügedən məsələ ilə bağlı polis orqanına müraciət etdim”.
Zərərçəkmiş şəxs bildirib ki, zərfi açdıqda onun içərisində bir ədəd məktub və bir ədəd patron olub: “Məktubun içərisində xatırlamadığım banka məxsus kart hesabı qeyd olunmuşdu və 1 ay müddətində həmin hesaba 16.000 manat məbləğində pul ödəməyəcəyim təqdirdə məni ağır cəzanın gözlədiyi qeyd edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən zərfdə göndərilmiş patronun dolu, yaxud boş olması barədə məlumatım olmayıb”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bu hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını, buna əsas olmadığı halda Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini və təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsini xahiş edib.
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Məsələni araşdıran hakimlər heyəti qərar elan edib.
Qərara görə, şikayət qismən təmin edilib və təqsirləndirilən şəxsin cəzası 3 ilə endirilib.
- Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
27 avqust 2025 03:13
- Xruşşov SSRİ məktəblərində MƏNTİQ fənnini niyə tədrisdən çıxarmışdı?
24 avqust 2025 10:38
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 2025 11:13
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Yataq xəstəsi 11 gündür həkim yolu gözləyir, TƏBİB isə 4 gündür ....
11 avqust 2025 21:51
- 18 milyon insanı İslama gətirən, dünyanı silkələyən film haqda şok faktlar
10 avqust 2025 10:07
- SON DƏQİQƏ! Şəmkirdə AĞIR QƏZA : 9 NƏFƏR ÖLDÜ
7 avqust 2025 10:13
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
2 avqust 2025 02:28
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR - ŞOK FAKTLAR
25 iyul 2025 23:34
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 10:14
- Prezident Çin Sədri ilə görüşdü - Fotolar
31 avqust 09:54
- Ərdoğan Türkiyə xalqını təbrik etdi
30 avqust 23:53
- Prezident və birinci xanım Çinə səfərə getdi (FOTO)
30 avqust 22:29
- Formula 1- ə görə məktəblər gec başlayacaq? (RƏSMİ)
30 avqust 22:18
- Həsənağa Turabovun oğlunun qatili 25 il sonra nələri AÇIQLADI? - VİDEO
30 avqust 12:36
- Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb
30 avqust 11:53
- Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
30 avqust 11:34
- Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı
30 avqust 09:52
- Rusiyada ...Əminə və Məhəmməd ən çox seçilən körpə adları oldu
30 avqust 03:06
- Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO
30 avqust 02:48
- Bu gün Türkiyədə ZƏFƏR BAYRAMI Günüdür
30 avqust 01:31
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
30 avqust 01:14
- Prezident icra başçısına şiddətli töhmət verdi
30 avqust 00:22
- Kiyevdə MATƏM elan edildi
29 avqust 10:48
- Qurbanov Qurbanov püşkdən narazı qalıb? - Özü açıqladı
29 avqust 10:19
- Azərbaycanda tiktoker saxlanıldı
29 avqust 01:48
- Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız...
29 avqust 01:13
- Əlilliyi ləğv edilmiş Qarabağ qazisinin Agentliyin sədri Ramin Rzayevə MÜRACİƏTİ
28 avqust 19:16
- Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda
28 avqust 11:56
- Bakıda DƏHŞƏT: 16 yaşlı oğul anasını hoteldə ÖLDÜRDÜ
28 avqust 11:03
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
28 avqust 10:46