Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
"İnqilabdan əvvəl İrana səfər edən türklər ölkəmizin yollarına həsəd aparırdılar. 100 kilometrlik yolda 80 tunel tikilmişdi. Biz isə indi 4 tunel tikirik və bununla fəxr edirik. İnqilabdan əvvəl Zabolda əsgər idim və bir aylıq maaşımla motosiklet ala bilirdim. İndi isə ürək cərrahıyam və 3 aylıq maaşımla belə bunu edə bilmirəm", - deyə Pezeşkian bildirib.
O, bu açıqlaması ilə İranın son 46 ildə səhv istiqamətdə irəlilədiyini və rejimin artıq tam gücü ilə parçalanmaqda olan bir siyasi qrupa çevrildiyini etiraf etmiş olur.
