AZAL ilə bаğlı şikаyətlər bitmək bilmir....

Bir neçə gün öncə ölkə mətbuаtındа belə bir mürаciət yаyıldı. Sərnişin soruşur ki, nə üçün təyyаrənin pəncərəsinin-illüminаtorun yаnındаkı yerin qiyməti digər yerlərdən bаhаdır.
Doğrudаn dа əcаib hаldır.
İindi isə tаnınmış şаirə Nаzilə Səfərli öz İnstаqrаm səhifəsində yаzır:
Mаyın 26-dа sааt 21-40-dа uçmаlı olаn təyyаrə hələ uçmаyıb. Təyyаrədə olаn insаnlаrın yаrısını oteldə yerləşdiriblər. Əgər vаcib işiniz yoxdursа Moskvаyа gəlməyin. Bu təhlükəlidir. Cаnımız çıxdı. Oğul, uşаq, körpələr – hаmı əziyyət çəkir. Heç bir məsələdən məlumаt vermirlər. Üçüncü təyyаrədi gözləyirəm. АzАL sərnişinlərə qаyğı göstərmir. Biznes-klаsа bilet аlırsаn gəlib ekonom bilet verir o birindən 100 mаnаt ucuz. Və s.
Ümumiyyətə, son dövrlərdə AZAL-ın qiymət siyasəti və rəhbərliyinin, xüsusilə də kommersiya direktoru Cəmil Mаnizadənin fəaliyyəti ilə bağlı bir sıra suallar yaranır.
Niyə görə Bakı–İstanbul–Bakı marşrutu üzrə AZAL biletlərinin qiyməti bu qədər əsassız dərəcədə yüksək olaraq qalır? Bu səbəbdən Turkish Airlines belə bu istiqamətdə qiymətləri artırmağa məcbur olur. Müqayisə üçün, eyni aviadaşıyıcı tərəfindən yerinə yetirilən İstanbul–Monteneqro reysləri əhəmiyyətli dərəcədə ucuz başa gəlir. Həmçinin, İstanbul–Belqrad və İstanbul–Buxarest marşrutları üzrə biletlər də eyni məsafəyə və oxşar xidmət səviyyəsinə baxmayaraq daha münasibdir.
Digər aydın nümunə – Bakı–Tbilisi–Bakı marşrutudur. Bu istiqamətdə baqaj daxil biletin qiyməti 737 manat təşkil edir, halbuki uçuşun müddəti cəmi 50 dəqiqədir. Gürcüstanda kifayət qədər azərbaycanlı yaşayır və onlar bu yüksək qiymətlərlə uçmağa məcbur qalırlar. Sual yaranır: görəsən AZAL bu kimi populyar istiqamətlər üzrə qiymətləri süni şəkildə artırmaqla öz maliyyə itkilərini ört-basdır etməyə çalışır?
Cəmil Mаnizadə 2003-cü ildən AZAL-da müxtəlif rəhbər vəzifələrdə çalışır, o cümlədən aşağı büdcəli Buta Airways şirkətinin sərnişin daşımaları üzrə direktoru olub. Buta Airways özünü “low-cost” brend kimi təqdim etsə də, təklif etdiyi xidmətlərin qiyməti kifayət qədər yüksək idi və nəticə etibarilə bu şirkət fəaliyyətini dayandırdı. Bu isə haqlı olaraq belə bir sual doğurur: hazırda AZAL da əvvəlki rəhbərlik dövründə olduğu kimi eyni prinsiplərləmi fəaliyyət göstərir? Əgər belədirsə, o zaman rəhbərliyin dəyişdirilməsinin məqsədi nə idi – əgər əsas qərarverici vəzifələrdə yenə də əvvəlki komandanın nümayəndələri və onların qohumları qalırsa?
Eyni zamanda, narahatlıq doğuran başqa bir məqam odur ki, AZAL daxili xərcləri və strukturları optimallaşdırmaq əvəzinə, qənaət məqsədilə turizm agentliklərinin komissiyalarını və təşviq haqlarını azaldır. Bu isə agentliklərin müştərilərinə alternativ aviaşirkətləri təklif etməsinə səbəb olur, nəticədə isə AZAL-ın satışlarına birbaşa mənfi təsir göstərir.
Bu kontekstdə haqlı sual yaranır: AZAL-ın bu qiymət siyasəti nəyə əsaslanır və niyə ölkə vətəndaşları üçün hava nəqliyyatını bu qədər əlçatmaz edir? Süni şəkildə şişirdilmiş bilet qiymətləri bir çox sərnişinin qonşu ölkələrdən uçuşlara üstünlük verməsinə gətirib çıxarır ki, bu da turizm cəlbediciliyinə və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Bundan əlavə, AZAL-ın maliyyə nəticələrinə də diqqət yetirilməlidir: bu ilin birinci rübündə şirkətin büdcəsində fərqli göstəricilər planlaşdırılsa da rüb zərərlə yekunlaşıb. Maraqlıdır, rəhbərlik bu qədər ciddi maliyyə itkisini önləmək üçün hansı effektiv strategiyanı həyata keçirmədi? Və ya bu vəziyyəti sabitləşdirmək üçün konkret hansı addımlar atılıb?
Bu baxımdan, AZAL rəhbərliyindən, xüsusilə Cəmil Mаnizadədən, əldə olunan nəticələrin səbəbləri, böhrandan çıxış strategiyası və qiymət siyasətinin daha rəqabətli olması üçün atılacaq konkret addımlar barədə ictimaiyyətə aydın və əsaslandırılmış açıqlama verilməsi vacibdir.
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 2025 11:02
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
9 sentyabr 2025 10:14
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
7 sentyabr 2025 14:11
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 sentyabr 2025 22:36
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 2025 10:07
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 2025 09:05
- Hökumənin ailəsi də Kəlbəcərə köçdü (FOTO)
21 avqust 2025 16:21
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 2025 10:43
- Stalinin böyük xidmətini unutmamalıyıq. Stalinqrad şəhərinin adı qaytarılmalıdır –Putin
19 sentyabr 00:04
- Pul almışam, yaxşı eləmişəm - Daha bir direktorun səs yazısı yayıldı
18 sentyabr 23:41
- Azərbaycan millisi Moldovaya qalib gəldi
18 sentyabr 21:31
- Prezident mühüm sərəncam İMZALADI
18 sentyabr 18:23
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 16:12
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 15:55
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26