Yeni qaydalara əsasən, cinsini dəyişmiş şəxs tibb müəssisəsindən xüsusi rəy təqdim etməklə şəxsi məlumatlarının dəyişdirilməsi üçün müraciət edə bilər. Tam adın dəyişdirilməsi proseduru yenə də yerli qeydiyyat şöbələri vasitəsilə həyata keçiriləcək.
Qaydaların yenilənmiş variantında şəxsi məlumatlar digər hallarda dəyişdirilə bilər: məhkəmə qərarı ilə, ad və ya soyad xoşagəlməz səsləndikdə, vətəndaşlığa uyğun gəlmədikdə, habelə bir sıra həyat vəziyyətlərində - boşanma zamanı, atalığın müəyyən edilməsi, ailənin bir soyad sahibi olmaq istəyi və s.
Əvvəllər Özbəkistanda ad və ya soyadın dəyişdirilməsi yalnız tarixi və milli ənənələr nəzərə alınmaqla mümkün idi. Məsələn, soyaddan ruslaşdırılmış sonluğun (“ov”-“yev”) çıxarılmasına icazə verilirdi.