Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...
Dünən Azərbaycanda “Tibb işçilərinin peşə bayramı” idi. Paytaxt Bakıdakı Nərimanov Tibb Mərkəzinin təmtəraqlı bayram tədbirindən (restorandan) NUH.az-ın redaksiyasına göndərilən fotolar və videolar bu yazı üçün səbəb oldu.
Əlbəttə, hər kəsin istirahət etmək, şənlənmək, yeyib-içmək, öz peşə bayramını qeyd etmək hüququ var. Ancaq bu məclisdə əyləşən tibb işçilərinin buna mənəvi haqqı varmı?.. Axı, ölkə səhiyyəsini bərbad günə qoyanlar, bu məclisdə iştirak edənlər arasında az deyildi.
Yeri gəlmişkən, ölkəmizdə səhiyyədən söhbət düşəndə “Xəstənin sol ayağın əvəzinə, sağlam sağ ayağını kəsən”, “Xəstənin kor bağırsağı yerinə, nazik bağırsağını kəsən” və utanıb-qızarmadan “Mexaniki səhv olub, dəə!” deyən milli səhiyyəmiz yada düşür.
Biz, hələ, Azərbaycan səhiyyəsini məhv edən rüşvət, korrupsiya, milyonlarla dövlət vəsaitini mənimsəmə hallarını demirik.
Nərimanov Tibb Mərkəzinin təmsilçilərinin xalqın bu acınacaqlı günündə BAYRAM etməsi yada məşhur ifadəni salır:
— TAUN ZAMANI BAYRAM (Пир во время чумы), yəni ümumi fəlakət zamanı BAYRAM ETMƏK!
Bəli, FƏLAKƏT!
Bu gün Azərbaycanda səhiyyə müəssisələrində heç bir imkanlı şəxs və ailə üzvəri müalicə olunmur. Bütün imkanlı şəxslər Almaniyada, Fransada, Amerikada, ən pis halda Türkiyədə, İranda müalicə olunurlar. Azərbaycan səhiyyəsi isə, sonuncu ümidini itirib, çörək pulunu dərmana verənlərin, barmağının üzüyünü, daha nələri satanların cibinə girməklə məşğuldur.
Yetim-yesir, imkansız insanlar ölkə səhiyyəsinə müraciət edir, sonuncu pulunu xərcləyir, amma heç bir faydası omur.
Neçə ildir ölkə mediası 12 bal toplayıb, rüşvətlə Azərbaycan Tibb Universitetinə qəbul olan tələbələrdən — gələcək həkimlərdən yazır.
Belə həkimlərin qəssabdan heç bir fərqi yoxdur.
Bütün bunlar FƏLAKƏT deyilmi?!

Cənab Prezidentin ölkə səhiyyəsinə ayırdığı milyonlarla dövlət vəsaitini TƏBİB-in adıyla rəhbərliyi saxta tenderlər zamanı mənimsəyir, dövlətin verdiyi dərman preparatlarını özəl apteklərdə satdırıb, milyonlar qazanır.
Kasıb insanlar isə günlərlə, aylarla Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalırlar.
Yeri gəlmişkən, sual etmək istəyirəm, TƏBİB-dir, nədir, kimə və nəyə lazımdır?!
Saxta islahat, pilot layihə adı altında millətin başında dəlləklik öyrənmək, milyonları mənimsəmək… Bu, nə demək?!.
Onu da qeyd edək ki, pilot layihələrin hamısı iflasa uğrayıb.
Rüşvət, korrupsiya TAUN epidemiyası kimi milli səhiyyəni məhv edib.
Hələ bu harasıdır?!
Nərimanov Rayon Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov savadlı, təcrübəli kadrları yaş həddi ilə bağlı işdən uzaqlaşdırır. Amma 68 yaşlı Şəhla Məmmədovanı 8 saylı poliklinikaya (indiki 1 saylı şöbə) müdir təyin edir.
Bir soruşan yoxdur ki, o, necə, 65 yaşlı əməkdaşı yaş həddi ilə bağlı işindən uzaqlaşdırır, amma 68 yaşlı birinə vəzifə verir?!.
Sözün qısası, səhiyyəmizi Tibbi Sığorta Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Tibbi mərkəzlər məhvə gətirib, çıxarıblar.
Yeri gəlmişkən onu da qeyd edək ki, hər Peşə Bayramında həmin sahənin nümayəndələri 1 gün öncə orden, medal, fəxri adlarla təltif olunurlar. Tibb İşçilərinin Peşə Bayramında isə belə olmadı.
Deyəsən, TƏBİB artiq təkcə kasıb təbəqənin deyil, hamının səbrini daşırıb.


- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 2026 17:09
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 2026 11:44
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 2026 20:03
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Xərçəng riskini azaldır
12 aprel 2026 20:08
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 2026 16:27
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 2026 10:14
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 2026 20:47
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
