Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı

Kulis.az müxtəlif ölkələrin Novruz adətlərini təqdim edir.
1) Qırğızıstanda bayram süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur.
Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir, yəni beş barmaqla. Bu ölkədə Azərbaycandan fərqli olaraq Novruz bayramında tonqal qalanmır. Amma evin, həyətin odla pak edilməsi adəti var, necə ki, Azərbaycanda üzərlik yandırılır. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar "Alas-alas, hər bəladan xilas" – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.
2) Türkmənistanda bayramdan beş-altı gün öncə evlərin təmizlənməsi başlanır.
Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir.
3) Qazaxıstanda Novruz “Naurız” adlandırılır.
“Naurız” yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni ilin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Qazaxıstanda da Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan “naurız-koje”dir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyulmalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir.
Qazaxlar da tonqal üzərindən tullanırlar. Onu da qeyd edək ki, Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
4) Özbəkistanda da Novruz bayramı adətən təmtəraqlı keçirilir
Ölkənin böyük şəhərləri olan Səmərqənd, Buxara, Əndicanda Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. Adətən s hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.
Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.
5) Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində - Qaziantep və onun ətrafında 22 mart gününə "Sultan Novruz" adı verilib.
Bu bölgədə, eləcə də Qarsda, Azərbaycanda olduğu kimi, qapı pusma, "baca-baca" adətləri indiyə qədər də yaşamaqdadır.
6) Altayda da Novruz bayramı martın 21-də keçirilir.
Lakin altaylar Novruzu fərqli adətlərlə keçirilir. Belə ki, "Cılgayak" bayramı adı ilə qeyd edilən bu bayram baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün düzənlənir. Altay türklərinin Novruz - "Cılgayak" bayramları həm keçirilmə ənənəsi, həm də süfrəyə gətirilən nemətlərin çeşidi baxımından digər türk xalqlarından seçilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.
7) Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirir.
Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam anlamı daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça əski-lent bağlayır.
- Əminə Yusifqızı vəfat etdi
9 oktyabr 2025 14:53
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
9 oktyabr 2025 01:38
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
8 oktyabr 2025 10:07
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17