Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib.
Tağıyev 1995–1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə amansızlıqla öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar. Banda üzvləri basqınlar zamanı tanınmamaları üçün həmişə başlarına qadın corabları keçirirmişlər.
Taksi sürücüsündən qatilə çevrilən gənc Xaliq oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, icazəsiz odlu silah-sursat əldə etmə kimi digər cinayətlərdə də iştirak edib.
Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliqdən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xaliq isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Lakin o da törətdiyi cinayətlərin cəzasından yaxa qurtara bilməyib.
Hadisədən uzun illər keçdiyi üçün hər şeyin yaddan çıxacağını düşünən Xaliq Tağıyev 60 yaşında Azərbaycana qayıtmaq qərarına gəlib. Amma bu dəfə də qanunsuz yola əl atıb. Belə ki, o, öz fotosunu qardaşının anket məlumatlarına tərtib olunmuş saxta pasporta yerləşdirərək Azərbaycana yola düşüb. O, Ukraynadan çıxmağa nail olsa da, Azərbaycan sərhədini keçə bilməyib. Sərhədçilər sənədin saxta olduğunu müəyyənləşdirərək onu saxlayıblar. Bundan sonra onun əsl kimliyi məlum olub. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla Xaliq Tağıyev təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdırıb. Ahıl müttəhim hakim qarşısında gənclikdə törətdiyi əməllərə görə özünü təqsirli bildiyini etiraf edib. Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb.
Təqsirləndirilən şəxs o vaxt tutulsaydı, ömürlük məhkum ediləcəkdi. Lakin indi müddətin keçməsi səbəbindən bəzi maddələr üzrə ona cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 2000-ci ilə qədər qüvvədə olmuş maddələrinin tələblərinə əsasən, Xaliq Tağıyevə yekun olaraq 15 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bununla 30 il sonra olsa da, ədalət öz yerini tapmış olub...
Sail Ağasəlim
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 2026 00:00
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 2026 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
9 yanvar 2026 18:47
- Pensiyalar GECİKƏCƏK
9 yanvar 2026 12:23
- Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi - Qəbuledilməzdir
9 yanvar 2026 11:53
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
09 yanvar 20:33
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
09 yanvar 20:18
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
09 yanvar 20:03
- Tehranda XAOS: Etirazçılar 25 məscidi YANDIRDI
09 yanvar 19:12
- İranda prokuror yandırılaraq öldürüldü
09 yanvar 19:02
- Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
09 yanvar 18:47
- Leyli və Məcnun-u süni intellektlə təqdim etdi
09 yanvar 13:30
- Pensiyalar GECİKƏCƏK
09 yanvar 12:23
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
09 yanvar 12:13
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
09 yanvar 12:00
- Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi - Qəbuledilməzdir
09 yanvar 11:53
- Lalə Şövkətə ağır itki - Foto - Yenilənib
08 yanvar 22:17
- Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
08 yanvar 17:58
- Elşad Xose həbs edildi
08 yanvar 17:47
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
