Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
Maraqlı1 oktyabr 2025 13:12

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyonluq yeyinti ittihamından danışıb.
"Qafqazinfo”nun məlumatına görə, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə "Kürdəxanı həbsxanası”nda yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb.
Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib.
O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib:
Hesablama Palatasından iradlar
"Palata öz aktında yazır ki, Bakı Bulvar İdarəsi "Azərsu” ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi. Bununla da 800 min manat qənaət etmiş olardıq. Axı bu, absurddur”.
Attraksion və obyektlərdən yığılan pullar
"İstintaq belə qənaətə gəlib ki, kassirlər attraksion və obyektlərdən yığılan pulları konkret işçilərə veriblər və həmin pullar da mənimsənilib. Amma bu epizod üzrə mənim əleyhimə ifadə verən şahid yoxdur. Hansı günahıma görə mənimlə belə davranırlar?”
Dondurma köşklərinin sahibi İlqar İsmayılova nə qədər pul verib?
"Başqa bir epizodda yazılıb ki, "Maraşpark” dondurma köşklərinin sahibi İsrafil Bascıl Bulvar idarəsinə 4 ildə 736 min 500 manat pul ödəyib. Müstəntiq də onun əl yazısı ilə yazılmış sənədi sübut kimi götürüb. 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil”.
Popkorn köşkləri ilə bağlı 300 minlik mənimsəmə
"Bu epizod üzrə 380 min 313 manat mənimsəmədə ittiham olunuram. Sübut kimi isə sahibkar Tohid Abbasovun ifadəsi əsas götürülüb. Tohid deyib ki, guya mən 2016-cı ildə rəis gələn kimi onu bulvardan kənarlaşdırmışam. 6 ay sonra isə mənimlə görüşüb. Guya ona demişəm ki, "sən get VÖEN-lə işlə, mən sənə maaş verəcəyəm, əvəzində də bütün gəlirləri səndən alacağam”. Əgər belə niyyətim varsa, nə üçün tanımadığım, hətta bulvardan qovduğum üçün mənə düşmən olan biri ilə belə danışığa gedim?! Hə, bir də Tohid Abbasov və digərləri sahibkar kimi gəlir götürməsəydilər, köşklərin sayını hər il artırmazdılar”.
Gül və kol bitkiləri ilə bağlı ittiham
"Bu epizodda yazılıb ki, mən Bulvar İdarəsinin istixanası ola-ola "Girasol” MMC-dən 175 672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da çox absurd ittihamdır. Əvvəla, Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışını nisbətən azaldaq. Gül alışından pul mənimsəmək istəsəydim, niyə istixana yaradırdım?!”
İlqar Mustafayev mənimsəmə epizodlarından əlavə, vergidən yayınma ittihamını da qəbul etməyib.
Məhkəmə oktyabrın 20-si qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və "Girasol” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.
Oxşar xəbərlər
- Prezident Tacikistana səfərə getdi (FOTO)
9 oktyabr 2025 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
8 oktyabr 2025 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Füzuli məscidinin təməli qoyuldu
7 oktyabr 2025 15:53
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
Xəbər lenti
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
Video & Fotoqalereya
Video
Fotoqalereya