 
  
			  
                                
                           
				   
							
							
							
						
                            
                                
                                    
                            
							
							
							
Türkiyə - Azərbaycan qardaşlığına yeni töhfə - Deputаt Əli Məsimli
Müsahibə6 mart 2025 17:25
                                         
  
Dünya düzəninin hazırkı təlatümləri, qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyllərinin təsiri ilə regional münasibtlərin genişləndirilməsi və dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib. Belə bir şəraitdə  bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi həm ölkə, həm də regional kontekstdə xüsusis aktuallıq kəsb edir. Bu baxımdan qardaş Türliyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək,genişləndirmək və dərinləşdirmək öbyektiv zərurətə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Ankaraya işgüzar səfəri həmin ideyalara xidmət edən səfərlərdəndir.İki qardaş dövlətin başçıları arasında keçirilən görüşdə regional və qlobal hadisələrin müzakirəsi ilə yanaşı, Azərbaycanla  Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri,qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin bu il martın 5-də Ankarada videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə dövlət başçıları mərasimdəki çıxışlarında  bir sıra mühüm məsələlərə toxunub və vacib  mesazlar veriblər.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi.Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.Türk dünyasının birləşməsi yolunda Türkiyə Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında xüsusi vurğulayıb ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır.İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq. Türkiyə Prezidenti  İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasiminin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inamını ifadə edib.
Doğrudan da İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəməyə imkan verir. Bu layihənin reallaşdırılması Azərbaycanın öz resursları vasitəsilə Naxçıvanın birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq və bu əsasda muxtar respublikanı enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki riskləri aradan qaldıracaq. Naxçıvanın qaz təchizatıda  enerji tədarükü şaxələnəcək,yalnız bir mənbədən asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi möhkəmlənəcək.Ən əsası isə İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin qısa zaman kəsinində reallaşdırılması Türkiyə-Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir. 
Oxşar xəbərlər
                                - Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
                                            31 oktyabr 2025 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
                                            31 oktyabr 2025 11:07
- Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 2025 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            31 oktyabr 2025 11:10
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 2025 13:37
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
                                            30 oktyabr 2025 10:36
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 2025 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
                                            29 oktyabr 2025 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir  
                                            29 oktyabr 2025 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 2025 14:04
Xəbər lenti
                                - Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı  
                                            31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı  
                                            31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
                                            31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
                                            31 oktyabr 11:07
- Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN  anası: İndi RAHAT  ÖLƏ  BİLƏRƏM 
                                            30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir 
                                            30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat  
                                            30 oktyabr 13:10
- AZADLIQ  AŞIĞI  da  DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR  DƏFƏ...))  lmir...
                                            30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı  SAXLANILDI  
                                            30 oktyabr 11:32
- NAR-ın   Çoox Şanslı  lotereyasının ilk avtomobil qalibi sükan arxasında
                                            30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
                                            30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
                                            30 oktyabr 10:17
- BAKCELL   bu gün  Zeekr 001  hədiyyə edəcək - Son saatlar!
                                            30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
                                            29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir  
                                            29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
                                            29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi 
                                            29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir 
                                            29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir 
                                            29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
                                            28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
                                            28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
                                            28 oktyabr 15:15
- Bu gün  QAÇAQ  SƏFİRƏ-nin   yaxın adamının məhkəməsidir 
                                            28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi  OĞLU   üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ 
                                            28 oktyabr 13:03
Video & Fotoqalereya
                                Video
                                        
                                    Fotoqalereya
                                        
                                    
 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    