- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
- Rasim Tağıyevin oğlu həbs edildi
"Xoşum gələn xanımları..." — Aqil Abbasdan ŞOK ETİRAFLAR
"İstəyirdilər ki, dostumun bacısını mənə alsınlar, dedim ki, başımı kəsin, amma..." (Aqil Abbasın bu müsahibəsi ilk dəfə elektron KİV-də təqdim olunur) “Qadın musiqinin gözlə görünənidi...” Bu, Aqil Abbasdı. Hamımızın tanıdığı, çox şeylərdən çox- çox danışmış Aqil Abbas. İndi də sevgidən və sevgilərindən danışacaq... - Ancaq zahirinizə görə?
Modern.az Milli Məclisinin deputatı, Əməkdar jurnalist, yazıçı Aqil Abbasla ilə illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibə Aqil Abbasın gənclik illərində yaşadığı sevgi macəralarından bəhs edir.
***
- Qadın mənimçün anadı, bacıdı. Bir də gözəllikdi. Dünyada musiqidən gözəl şey yoxdu. Qadın da musiqidi, sadəcə, gözlə görünənidi. Gözəllik nisbidi. Mənimçün gözəl olan qadın başqasına eybəcər görünə bilər. Əsas şirinlikdi. Qadında o varsa, nə qədər çirkin olsa da, gözəgəlimli görünəcək. Elə qadın var ki, baxırsan, qaş, göz...hamısı yerində. Di gəl, adamın ürəyinə yatmir ki, yatmır. Manikenlər kimi. Çünki canlı deyillər. Qadın gərək lətafətli olsun, su kimi axsın. Axır vaxtlar mən toylarda əsl qadın rəqsi görməmişəm. Qabaqlar qadınların bir süzməyi vardı ki! İndikilər kişilərlə “Tərəkəmə” oynayırlar.
- Deməli, “qadının həm zahiri, həm də daxili gözəl olmalıdı” fikriylə siz də razısız...
- Daxili gözəllik daha vacibdi. İnsanın içindəki gözəllik həmişə üzünə çıxır. Məsələn, elə də qəşəng adam deyiləm, amma məni qəşəng bilirlər...
- Bunu qadınlar deyir?
- Qadınlar da, kişilər də.
- Yəqin daha çox qadınların xoşuna gəlirsiz...
- Deyə bilmərəm. Hər halda, mənə laqeyd deyillər.
- Tanınan adam həmişə diqqətdə olur. Qəşəng, ya çirkin, fərqi yoxdu. Toya girirsən, hiss eləyirsən ki, hamının gözü səndədi. Küçəyə, camaat arasına çıxırsan, yenə elə.
- Bəlkə, qadınlar ancaq şan-şöhrət aşiqidilər?
- Yox, mən elə demək istəmədim. Demirəm ki, o xanımların hamısı mənə vurulurlar. Mən qadınlar haqqında pis fikirdə deyiləm. Həmişə onlara hörmətlə yanaşmışam.
- Deyirlər, bir dəfə - 8 Martda Azərbaycan Nəşriyyatındakı bütün qadınlara qərənfil bağışlamısız...
- Düzdü. Noolar ki? Qadınları sevindirmək savabdandı. Amma bir xasiyyətim də var: yalandan kompliment deməyi xoşlamıram. Öldürsən də, çirkinə gözəl demərəm.
- Bəs deyirlər, çirkin qadın yoxdu...
- Niyə yoxdu?! Çirkin qadın da var, kişi də. Mənimki gözəllərdi. Yüz qız dursun gözümün qabağında, gözəl olmasa, birinə də baxmaram!
- Bir də deyirlər, Aqil müəllim gözəl xanımları o saat işə götürür. İşçiyə ehtiyac olmasa da.
- Bir az uydurmadı. Xoşum gələn xanımları heç vaxt öz yanımda işə götürmərəm. Bura mənim ailəmdi, ailəmə kəm gözlə baxa bilmərəm. Amma kim istəməz ki, işə götürdüyü adam xoşsifət olsun. Oğlan, ya qız. Biri var, hər gün üzləşdiyin adamı görüb eynin açıla, biri də var, hər görəndə ürəyin bulana.
- Gözəllik aşiqləri tez-tez vurulur. Bəs siz?
- İndi yox, on il bundan qabaq eləydim. Müharibə başlayandan dönüb başqa adam olmuşam. Sevgi- filan mənimçün əhəmiyyətini itirib. Amma hərdən sevmək istəyirəm. Fikirləşirəm ki, bax bu qızı sevəcəm. Görürəm, alınmır. Gözüm tutan bir xanıma zəng eləyirəm ki, mənim səndən xoşum gəlir, gəl, görüşək. O da razılaşır. Bu mənə ləzzət eləmir. Fikrət Qoca deyir, bir qızı sevirdim, gedib ürəyimi açdım; o da qayıtdı ki, mən də səni sevirəm. Dedim, day bu nooldu, mən gözləyirdim ki, sən “yox” deyəsən, bir az həsrət çəkəm.
- Deməli, sevgi qarşılıqsız olanda gözəldi?
- Bəs necə?! Belə bir şey yazmışdım: oğlan bir qızı sevir. Amma təsadüfən gecəni gözəl bir qadınla keçirməli olur. Gözəl xanım və indiyə kimi qadının nə olduğunu bilməyən oğlan... Xoşbəxtlikdən az qalır başına hava gəlsin. Birdən-birəsə gözündə hər şey sönür. Bayaqdan ağlını başından alan qadın indi gözünə ət parçası kimi görsənir. Əti ürpənir. Fikirləşir ki, deməli, sevdiyi qıza da çatsa, belə olacaq. Ona görə də o qızdan qaçır. Nəysə... Qabaqlar sevmişəm. Özü də yaxşı.
- Yəni necə?
- Birinci sevgim nə təhər olubsa, sonralar da eləcə sevmişəm.
- Bəs deyirlər, hər kəs bircə dəfə sevir?
- Yalan sözdü, şairlərin uydurmasıdı. Əslində, sevgi- zad da boş şeydi. Şairlər uydurub yeridiblər beynimizə. Fikirləşiblər ki, bu yolla insanları düzlüyə çəkmək olar. Sevən adam pislik eliyə bilməz axı! Güya ki, Məcnun Leylinin dərdindən çöllərə düşüb. Heç qızın da dərdindən dəli olarlar? Yəqin, Məcnun elə əvvəlin dəlisiymiş.
- Sevginin şairlərin uydurması olduğunu nə vaxtdan “kəşf” eləmisiz?
- Uşaqlığımdan, kitabları oxuyandan.
- Bəs niyə bilə-bilə şairlərin “toruna” düşmüsüz?
- Mən Məcnun olmamışam. Aqil kimi sevmişəm.
- Necə?
- Mənim sevgim insani sevgi olub. Füzulinin belə bir beyti var:
“Canı üçün kim ki, cananın sevər, ol canın sevər.
Cananı üçün kim ki, canın sevər, ol cananın sevər.”
Mən həmişə özümçün sevmişəm. Özümü heç bir qadına fəda eləməmişəm. Həyat yoldaşımdan başqa. Həqiqi sevgim ancaq ona olub. O birilərindən bircə sözün üstündə küsüb getmişəm, ayrılmışam. Heç kimin dərdiylə dəli olmamışam.
- Bayaq deyirdiz, bir neçə dəfə aşiq olmusuz, indiki sözünüzdənsə belə çıxır ki, ancaq xanımınızı sevmisiz...
- Nə deyim..? Hələ birinci sinifdə müəllimimi sevirdim. Əlinin ətri indi də yadımdadı... 9-cu sinifdə də bir qıza vurulmuşdum. Küçənin bir tərəfində o gedirdi, o biri tərəfində də mən. O tərəfə keçmək olmazdı,ağdamlıydı axı. Qardaşları məni bir günə salardılar ki! Gecələr yatmamışamsa, evlərinin ətrafında fırlanmışamsa, saatlarla yolunu gözləmişəmsə, demək, bu, sevgidi. Vurulmaq deyil. Vurulmaq odu ki, bu gün görürsən, sabah yadından çıxır. Amma sevgidə bəxtim gətirib. Şirin dilim, şeytan gözlərim var. Adamların ürəyini ovsunlamağı bacarıram.
- Nədən bililirsiz?
- Dost- tanış məni çox istəyirsə, deməli, belədi. Hələ olmayıb ki, bir qız mənə “yox” desin.
- Bunu necə bacarırsız?
- Sirdi. Deyim başqası da öyrənsin?
- Öyrənəndə nə olar ki?
- İnsan eqoist olmalıdı. Şopenhauer deyir ki, 3 cür eqoist var: birincilər- başqasının piyilə ayaqqabısını təmizləyirlər, ikincilər- yaxşılıq eləyən kimi onu üzə vururlar. Üçüncülərsə, elədiklərini heç kəsə bildirmirlər. Mən ikincilərlə üçüncülərin arasındayam. Bir də görürsən, elədiyimi deyirəm.
- Eqoistliyiniz qadınları qaçırmır ki?
- Dünəndən qaçırsın. Heç vecimə də deyil. Mən elə adamam ki, istədiyimə mütləq nail olmalıyam. Doqquzuncu sinifdə vurulmuşdum. Qızsa məni adam yerinə qoymurdu. O vaxt elə bilirdim, saqqal saxlasam, boynumu büküb yolda dursam, qızın ürəyi yumşalacaq. Sonra başa düşdüm ki, qadınlar belə kişiləri sevmirlər. O, ailə qurdu, mən də evləndim. 20 ildən sonra bir dəfə maşınla gedəndə onu gördüm. Düşüb tanışlıq verdim. Dedim, həmin Aqiləm, sənin dərdindən dəli olan. Tanıdı. Telefonumu ona verdim. Səhəri iki maşın gül aldım. Uşaqlara tapşırdım ki, gedərsiz bu gülləri pilləkənlərə düzə-düzə çıxarsız qapısına. Özüm də evinə zəng vurdum ki, çölə çıx, sənə sürpriz eləmişəm. Çölə çıxıb məəttəl qaldı. Bircə gün sonra mənə zəng vurdu ki, Aqil, səninlə görüşmək istəyirəm. Düz 20 gün dalbadal onunla görüşdüm. Axırıncı gün ondan ayrılanda dedim ki, 20 il sənin həsrətini çəkmişəm. Hər ilə bir gün düşür. Bundan sonra ancaq dost ola bilərik. İndi, həqiqətən də, dostuq. Hər il aprelin 1-i gəlib ad günümü təbrik eləyir.
- Belə-belə xatalarınıza görə xanımınız dava-dalaş salmır ki?
- Peyğəmbər Əleyhissalamın Xədicədən sonra 3 arvadı olub. Bir gün Ayişədən soruşublar ki, peyğəmbəri o biri arvadlarına qısqanmırsan? Cavab verir ki, mən peyğəmbəri ancaq Xədicəyə qısqanıram. Çünki peyğəmbərin əsl sevdiyi Xədicəydi. Mənim xanımım da bilir ki, onu bütün qadınlardan çox sevirəm.
- Onunla necə tanış olmusuz?
- İstəyirdilər ki, dostumun bacısını mənə alsınlar. Mən də dedim ki, başımı kəsin, dostumun bacısını almayacam. O mənim də bacımdı. Qaçıb gəldim Bakıya.
Bir günsə İradəyə yaxınlaşıb xahiş elədim ki, mənə qulaq assın. Dedim, səndən xoşum gəlir, evlənmək istəyirəm, bircə gün də vaxt verirəm: fikirləş! Əgər “hə” deyəsi olsan, xəbər ver, atamı göndərim sizə. O da səhəri “hə” dedi. Atam Şahmar Əkbərzadəni də götürüb getdi Məmməd Arazgilə. Atasının da razılığını alıb tezcə toy elədik.
- Birdən-birə bu fikrə düşmüşdüz, yoxsa onu sevirdiz?
- Əvvəldən şair qızı kimi hörmətim varıydı. Əsas məsələsə başqaydı. Mənim qanım təmiz qandı. Həmişə deyirəm ki, mən təmiz qanlı Qarabağ atıyam. İstəyirdim ki, qanımı təmiz qanla calaşdırım. Məmməd Arazla qohum olmaq millətçün də savabıydı. Mənim balalarımın qanından elə-belə adamın qanı axa bilməzdi!
Səfurə Çərkəzqızı
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Arvadımın ölümündə mənim əlim olub - Qazaxıstanın sabiq naziri
4 aprel 2024 12:03
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58