“Məni aldadan şirkət eks-deputatındır, hətta özü ilə də görüşmüşəm”
Abşeron rayonunda yerləşən “Kəpəz –M” Mənzil Tikinti Kooperativlərindən (MTK) ev alan vətəndaş mənzilinin digər şəxsə də satıldığını deyir.
Şikayətçi Hüseynağa Heydərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Kəpəz-M” MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti 596 ünvanında yerləşən binadan üç mənzil alıb. Üç mənzildən ikisi üç otaqlı, biri isə bir otaqlıdır. Ümumilikdə vətəndaş bu mənzillərə görə şirkətin nümayəndəsinə 157 min manat ödədiyini deyir. Onun sözlərinə görə, şirkətə yalnız bir otaqlı mənzil üçün 20 min AZN borcu qalıb.
Hüseynağa Heydərov iddia edir ki, ödənişi şirkətin satış təmsilçisi Tamerlan Tağıyevə şəxsən ödəyib: “Hazırda məndə yalnız bir evin (56 saylı mənzil) çıxarışı var. Digər mənzillərə (10 və 39 saylı mənzillərə) dair isə müqavilə və maliyyə arayışlar var. Çıxarışı olan evim MTK tərəfindən başqa adama satılıb. Həmin şəxs qapını sındıraraq mənzilə başqa qapı qoyub və hazırda orda yaşayır. O, şəxs bildirir ki, onun əlində bu mənzilin alınmasına dair müqavilə var. Bu şəxs “Kəpəz – M” MTK-nın işçisidir. Maraqlı məqam odur ki, həmin şəxs digər evi məhz 56 saylı evin üstündə, 12-ci mərtəbədədir. Deməli, 2020-ci ilin sonunda biz evi almışıq, onu təmir etmişik, bütün prosesləri görmüşük. Guya bu adam, bizdən qabaq 2019-cu ildə alıb. Əgər elədirsə, niyə həmin şəxs bir dəfə də olsun təmir gedən vaxtı gəlib bizdən burada nə etdiyimizi soruşmur? Çox absurd vəziyyətdir. 10 saylı mənzildə təmiri demək olar ki, bitirmişdik, artıq ona da çıxarış alırdıq”.
Şikayətçinin sözlərinə görə, 2021-ci ilin aprel ayında ona bu mənzilin Tamerlan Tağıyev tərəfindən, şirkətin xəbəri olmadan satıldığı deyilib: “Şirkət də ondan şikayət edib və hazırda Tamerlan Tağıyev həbsdədir. Məhkəmə prosesləri zamanı Tamerlan Tağıyev özü də məndən pulu aldığını, onu şirkətə - Kəpəz MTK-ya verdiyini etiraf edir. Şirkət öz növbəsində qeyd edir ki, məsələdən xəbəri yoxdur. O, şirkətdən xəbərsiz evi satıb, pulları cibinə qoyub və xərcləyib. Mən öz izahatımda, ifadəmdə bildirmişəm ki, yaranmış vəziyyətdə günahkar “Kəpəz – M” MTK-dır. Tamerlan Tağıyev sadəcə oranın işçisidir. Şirkət ona bütün səlahiyyətləri verib, sayğacların quraşdırılması, onlara nəzarət, şirkətin möhürü, ipoteka kreditini rəsmiləşdirmək üçün etibarnamə də onda olub. İndi isə şirkət deyir ki, mən bu şəxs barədə heç bir məsuliyyət daşımıram.
MTK-ya məxsus binada 8 mənzillə bağlı eyni vəziyyət yaşanır. Ümumilikdə, Tamerlan Tağıyev yarım milyona yaxın məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur”.
H. Heydərov eyni zamanda iddia edir ki, adıçəkilən MTK sabiq deputat Mahir Aslanova məxsusdur. Onun dediyinə görə, məsələ ilə bağlı hətta Mahir Aslanovla şəxsən görüşüb: "O, mənə hazırda istintaqın getdiyini, yalnız istintaq bitikdən sonra nəsə edə biləcəyini bildirdi".
Səsləndirilən iddialarla bağlı MTK-nın direktoru Rəşid Quliyevlə əlaqə saxladıq. O, evlərin şirkət tərəfindən satılmadığını deyib: “MTK olaraq biz o mənzilləri satmamışıq. Hazırda bu işlə bağlı istintaq işi aparılır. İstintaq getdiyinə görə, mən bu barədə çox danışa bilməyəcəm”.
Rəşid Quliyev həmçinin qeyd edib ki, Tamerlan Tağıyev bir müddət əvvəl “Kəpəz M” MTK-nın satış təmsilçisi olub.
Məlumat üçün bildirək ki, bu iş üzrə Bakı Ağır Cinayətlər məhkəməsində çərşənbə günü növbəti proses baş tutub. Şirkətin təmsilçiləri ötən dəfə olduğu kimi, bu həftə də məhkəmə iclasına qatılmayıblar. Hakim Azad Məcidov şifahi şəkildə şirkətin vəkilindən növbəti iclas zamanı şirkətin direktoru Rəşid Quliyevin iştirak etməsini tələb edib.
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35