Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram
Otuz il əvvəl -1992-ci ilin aprelində İraq prezidenti Səddam Hüseynlə görüşən Azərbaycan Milli Məclisinin büdcə məsələləri üzrə Komissiyasının sədri, deputat Cümşüd Nuriyev həmin məclisdə Şuşanın işğalına hazırlıq getdiyini öyrənib.
Azpost.info bildirir ki, C.Nuriyev illər əvvəl bu görüş barədə KİV-ə verdiyi müsahibəsində maraqlı məqamları açıqlayıb.
Bəs azərbaycanlı deputat İraq diktatorunun qəbuluna necə düşə bilib?
1991-ci ildə İraq Küveyti işğal edəndən sonra Səddam Hüseynə qarşı ABŞ və B.Britaniyanın keçirdiyi “Səhrada fırtına” əməliyyatı bütün dünyanın diqqətlə izlədiyi proses idi.
Həmin il C. Nuriyev “Azərbaycan” qəzetində Səddam Hüseyni dəstəkləyən məqalə yazaraq bu müharibədə haqlı olduğunu bildirib. İraqın Bakıdakı sovet vaxtından fəaliyyət göstərən konsulluğu həmin məqaləni Bağdada göndərir və Səddam Hüseynə təqdim edirlər.
Bundan sonra da Səddam Hüseyn özünün 55 ilik ad günü mərasimində iştirak etmək üçün C.Nüriyevə şəxsi dəvət göndərir.
C.Nuriyevin sözlərinə görə, 1992-ci ilin aprelin 21-də Türkiyədən İordaniyaya uçub. “O zaman Azərbaycanda Baş nazir Rəhim Hüseynov idi. O, mənə məktub da verdi ki, Səddama çatdırım. Məktubda Azərbaycanın müstəqilliyinin İraq tərəfindən tanınması xahiş edilirdi”.
C.Nuriyevi İraqda Səddam Hüseynin müşaviri Əbdüllətif Bəndəroğlu qarşılayır, ona tərcüməçi verilir.
Həmin ad günü mərasiminə Rusiya Xarici kəşfiyyat Xidmətinin direktoru Yevgeni Primakov və Rusiya Liberal –Demokrat Partiyasının sədri Vladimir Jirinovski də dəvətli olub.
C.Nuriyev bildirir ki, aprel ayının 27-də nümayəndə heyətini Səddam Hüsenin oğlu Uday qəbul edib. Udey o zaman İraq Olimpiya Komitəsinin prezidenti olub.
Görüşdə həmçinin sonralar İraqın prezidenti olacaq Cəlal Tələbani, şimali İraqın kürd lideri Məsud Bərzani də iştirak edib.
Nümayəndə heyətini axşam Səddam Hüseyn qəbul edib.
C.Nuriyev diktatora ad günü hədiyyəsi olaraq Azərbaycandan xalça aparıb. Görüşdə o, xalçanı və Baş nazir Rəhim Hüseynovun məktubunu Səddam Hüseynə təqdim edib.
Görüş zamanı məlum olub ki, Səddam Hüseynin Azərbaycan haqqında həddən artıq məhdud məlumatı var. Bircə onu bilirdi ki, neft ölkəsidir.
“Primakov Azərbaycan haqqında 1-2 kəlmə söz dedi. Ondan sonra Heydər Əliyevi soruşdu. Səddam Hüseyn Heydər Əliyevi tanıyırdı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olanda Səddam Hüseynə görüşləri olub. Yaxın Şərq ölkələrinin H. Əliyev kurasiya edirmiş. Səddam Primakova dedi ki, Azərbaycandan yeganə tanıdığım Heydər Əliyevdir. Azərbaycan haqqında dolğun məlumatı yox idi”-deyə C.Nuriyev xatırlayıb.
“Səddam Hüseyn dərhal Azərbaycanın müstəqilliyinin tanınması barədə göstəriş verdi. O da öz növbəsində üzərində şəkli olan qızıl saat verdi mənə. Yoldaşıma da eyni qızıl saatdan hədiyyə etdi. Sonra qızıl suyu ilə işlənmiş şəxsi vizitkasını verdi. O da qalır məndə”.
Səddamın verdiyi vizitka “bağlı qapıların” açarı sayılırmış.
“Vizitkanın üstünlüyü o idi ki, mən nə zaman İraq ərazisinə girsəm birbaşa prezidentin qonağı hesab olunuram. Mən vizitka ilə Nəcəfdə Həzrəti Əlinin evinə ziyarətə getdim, Kufəyə getdim. Hara deyirdim, ora aparırdılar. Kərkükə gedib türkmənlərlə görüşdüm”.
Onun sözlərinə görə, görüş üçün İraqın Rusiyadakı səfiri Hüseyni tərcüməçi kimi təyin ediblər.
Bəs Şuşanın işğal ediləcəyi barədə məlumatı necə əldə edib?
“Görüşdən çıxdıqdan sonra iştirakçılar arasında danışıqlar ərəbcə gedirdi. Tərcüməçi Hüseyn məndən soruşdu ki, “sizdə Şuşa, Laçın adlı yer var?” dedim var. Tərcüməçi dedi ki, məclisdə iştirak edənlər söhbətdə deyirlər ki, mayın 9-u Şuşa ermənilərə veriləcək. Ondan bir həftə sonra da Laçını verəcəklər. Mən dedim axı bu mümkün deyil. Soruşdum ki, bu söhbəti kimlər edir? Tərcüməçi tam da olmasa qismən Tələbani, Bərzanidən qaynaqlandığını bildirdi. Yevgeni Primakov da mənim yanımda ərəbcə danışırdı. Jirinovski də ərəb dilində heç pis danışmırdı. Bir sözlə, hamısı ərəbcə danışırdı. Mən də vaxtından əvvəl səfərimi başa vurub gəldiyim reyslə Bakıya qayıtdım və may ayının 5-də bu məsələni Milli Məclisdə gündəmə çıxardım. Heç kim mənə inanmadı”.
9 mayda Şuşa işğal olunur. Ondan 10 gün sonra Laçın düşmən əlinə keçir.
Azpost.info
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07