İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
Heç kimə sirr deyil ki, “Azərbaycan” jurnalının bərbad halda nəşrini davam etdirməsi Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyata olan aşağılayıcı münasibətinin göstəricisidir. Başqa cür ola da bilməz. Sizcə, mənim ötən yazılarımda sadaladıqlarımdan AYB sədri və katiblərinin xəbəri yoxdur? Varsa, onda niyə bir tədbir görmürlər?
Hələ Sovetlər dövründən bizə bəlli bir məsələdir ki, qəzet və jurnal nəşri kollektiv əməyin bəhrəsidir. Heç şübhəsiz, “Azərbaycan” jurnalının redaksiya heyətində bir neçə nəfər işləyir və dövlətin ayırdığı vəsait hesabına məvacib alırlar. Bəs onda niyə vəzifə borclarını yerinə yetirmirlər? Doğrudanmı jurnalın bərbad nəşrinə görə kollektiv məsuliyyət daşımamalıdır?
Jurnalın redaksiya heyətində neçə nəfərin işlədiyi, məvacib aldığı bizi əsla maraqlandırmır. Əgər dövlət vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edəcək bir qürum varsa, buyursun, maraqlansın. Yoxdursa, bu anarxiya öz axarında davam edəcək.
Arada dolaşan şayiəyə görə, guya jurnalın əvvəlcədən üç aylıq planlanması olur. Belə ki, hansı yazıların, kimin əsərlərinin qarşıdakı üç ay müddətində çapa gedəcəyi ən azından redaksiya işçilərinə bildirilir. Bu məsələ şayiədən başqa bir şey deyil. Necə planlanma ola bilər? Planlaşdırılmışdısa, niyə o boyda orfoqrafiq və üslub səhvləri olan materiallar çapa gedirdi? İkincisi, əgər planlama vardısa, niyə yanvar və fevral aylarında dörd eyni qəzəl müxtəlif adamların imzası ilə çap olunurdu? Göründüyü kimi, planlanma peşəkar baş redaktorun beynində ola bilər və bundan redaksiya işçilərinin xəbəri olmaz. İnanmıram ki, redaksiya işçiləri çapa gedəcək materiallara əvvəlcədən göz gəzdirməsinlər. Göz gəzdirib bu qədər qüsuru isə görməmək mümkünsüzdür.
Bundan əlavə, redaksiyada poeziya şöbəsi fəaliyyət göstərirdi. Bu şöbənin də nəsr şöbəsi kimi heç bir ixtiyarı, qərarı nəzərə alınmırdı. Dəfələrlə mənə müraciət edənlər əsərlərinin poeziya şöbəsi müdiri tərəfindən bəyənildiyini, baş redaktor tərəfindən isə rədd edildiyini bildiriblər. Hər şeyə baş redaktor qərar verəcəkdisə, onda poeziya, yaxud nəsr bölməsi yaratmağın, onlara məvacib ayırmağın nə lüzumu var? Ədəbi tənqid bölməsi barədə danışmağa dəyməz. Jurnalın baş redaktorunun ədəbi tənqidçiləri görməyə gözü heç vaxt olmayıb. Bu barədə AYB-nin qurultayöncəsi hesabat yığıncaqlarında da kifayət qədər tutarlı arqumentlər səsləndirilib.
Yekun olaraq belə qənaətə gəlmək olur ki, baş redaktor son anda əvvəlcədən nəzərdə tutduğu üç aylıq planlamanın birinci ayını redaksiya işçilərinə açıqlayır və onlar da tələm-tələsik həmin materialları çapa göndərirlər. Nəticə etibarilə bir nəfər – yalnız baş redaktor jurnalın çap məsələsini həll edir. Elə buna görə də jurnal bərbad vəziyyətdə nəşr olunur və buna cavabdeh şəxs elə baş redaktorun özüdür. Məsələdən xəbərdar olan AYB rəhbərliyi, şəxsən Xalq yazıçısı Anar Rzayev isə baş redaktor İntiqam Qasımzadəyə irad tutmaq, nöqsanları aradan qaldırmaq üçün göstəriş vermək iqtidarında deyildir. Hər halda aşkara çıxardığımız mənzərə belə deməyə əsas verir.
Əmin ola bilərsiniz ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin məsələdən xəbəri var. Öz əlaltılarının ona çatdırıb-çatdırmadıqları barədə heç nə deyə bilmərik. Bəlkə də İntiqam Qasımzadənin qorxusundan ona bu barədə heç kim bir söz deməyib. Bunu mən “Azərbaycan” jurnalının bərbad nüsxələrini AYB katiblərinə şəxsən təqdim edəndə aşkara çıxarmışam. “Sən İntiqam Qasımzadəyə irad tuta bilərsən?” deyə üstümə cocuyanlar da olub. Sonda mən də yüzlərlə sadəlövh cızma-qaraçı kimi AYB sədri Anar Rzayevin məsələdən xəbərsiz olduğunu düşünmüşəm və vəziyyəti ictimailəşdirənə kimi açıq-aşkar onu xəbərdar etmək qərarına gəlmişəm. Bunun üçün rəsmən məktub yazaraq şəxsən sədrin özünə çatdırmışam. Sədr isə məsələyə reaksiya vermək, nöqsanları araşdırmaq, aradan qaldırılması üçün tədbir görmək əvəzinə katiblərinə mənimlə söhbət aparmaq göstərişi verib. Dərhal vəziyyətin nə yerdə olduğunu anlamışam.
İntiqam Qasımzadə AYB-də özü üçün bir toxunulmazlıq sindromu yaradıb. Belə çıxır ki, o, hamıdan bacarıqlıdır, savadlıdır və heç kim ona bir söz deyə bilməz. Hətta mənim üçüncü yazım saytlarda yayılandan sonra AYB kabinetlərində bunu pıçıltı ilə bir-birinə danışır və “Bəyəm İntiqam Qasımzadədən yazmağa icazə verilib?” deyə ağız büzürlər. Belə bir şayiə də gəzir ki, guya bir dəfə İntiqam Qasımzadə Anarın yazılarını bəyənməyib, sədrin otağına gələrək vərəqləri onun qabağına tullayıb (şişirdərək “sifətinə çırpıb” deyənlər də var), “Al, yenidən işlə, düzəldəndə təqdim edərsən”, deyib. Bununla da hamının gözünün odunu alıb.
İntiqam Qasımzadənin haqsızlığına tuş gələn onlarla məşhur imza bu gün fikrini bildirməyə çəkinir. Azərbaycan ədəbiyyatına biganə olanların öz yaradıcılığına müsbət yanaşması mənimçün inandırıcı görünmür. İnsan ərsəyə gətirdiyi əsərə doğma övladı kimi münasibət bəsləmirsə, onda bu yaradıcılıq hissi onda sünidir, ötərgidir. Bütün varlığı ilə yaradıcılığına bağlanan insanlar mütləq mübariz olurlar və haqları uğrunda mübarizədən heç vaxt çəkinmirlər. İctimai şəraitə uyğun müəyyən bir dövrdə qələbə qazanmamaq da mümkündür. Heç bir halda bu əsas vermir ki, haqq işin uğrunda mübarizədən geri çəkiləsən.
Yuxarıda qeyd olunduğu kimi İntiqam Qasımzadənin “toxunulmaz”lıq sindromu AYB sədri Anar Rzayevin və katiblərin onunla “ehtiyatlı” davranmasına bir sübutdur.
İntiqam Qasımzadə bu toxunulmazlığı kimin sayəsində qazanıb?
Ona bu toxunulmazlığı yaradan adama sədaqətlidirmi?
Araşdırmalarımız davam edəcək.
Böyük hörmət və ehtiramla:
Əli BƏY AZƏRİ
Qeyd: Yazılarımı yayımlayan saytlara obyektiv və qərəzsiz yanaşmanın dayağı kimi baxır və dərin təşəkkürümü bildirirəm. Oxuyub bəyənməyə qorxan, rəy bildirmədən yayınan ədəbiyyata və şəxsən öz yaradıcılıqlarına biganələrin hərəkətini anlaşıqlı qarşılayıram. Bir nəfər oxumasa belə bunları yazmağı özümə mənəvi borc bilirəm.
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- SSRİ-də edam edilən yeganə yeniyetmə: Niyə ölümə məhkum olundu? - ŞOK SƏBƏB
9 mart 2024 17:02
- Nəcməddin Sadıkov məhkəməyə çağırıldı
22 fevral 2024 15:52
- Bu rayonların xəstəxanalarına direktor təyin edildi
19 fevral 2024 15:44
- Dövlət Gəmrik Komitəsinin 4 əməkdaşına general-mayor rütbəsi verildi (SİYAHI)
29 yanvar 2024 17:46
- Lukaşenko hakimiyyətinin sonu çatır: Yeni qanun niyə imzalanıb?
5 yanvar 2024 20:46
- Nəcməddin Sadıxovun çarəsi olsaydı, başımı kəsərdi...
22 dekabr 2023 14:29
- İsraildə ölənlərin sayı 600-ə çatdı
8 oktyabr 2023 18:53
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35