MTN şefi Eldar Mahmudovun qardaşı dedi ki, mənimlə olmasan uşaqlarını öldürəcəm
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşı Oqtay Mahmudov əczaçılıq fəaliyyəti ilə məşğul olan Məlahət Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.
Qaynarinfo-nun məşlumatına görə, Oqtay Mahmudovun iddiasında qeyd olunur ki, Məlahət Quliyeva ona böhtan atıb, eyni zamanda şərəf və ləyaqətini alçaldıb. Keçmiş nazirin qardaşı məhkəmədən Məlahət Quliyevanın Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasını istəyib.
Məsələnin kökündə Məlahət Quliyevanın hüquq-mühafizə orqanlarına Oqtay Mahmudov barəsində etdiyi müraciətlər dayanır.
Məlahət Quliyeva bildirib ki, Oqtay Mahmudov ona qarşı dələduzluq edib, həmçinin MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov vasitəsi ilə ondan rüşvət alıb. Məlahət Quliyeva bildirib ki, bununla kifayətlənməyən Oqtay Mahmudov onu və iki övladını öldürəcəyini deyib:
"Oqtay Mahmudov mənə hədə-qorxu gəlirdi ki, ya mənim olmalısan, ya da qara torpağın. Mənimlə münasibət qurmalısan, yoxsa səni və uşaqlarını öldürəcəm. Oqtay qardaşı ilə əlbir olaraq mənə məxsus aptekə MTN əməkdaşlarını yoxlama aparmaq adı altında göndərib. Sonra məni MTN-ə aparıb. Orada məni Akif Çovdarov qəbul edib bildirdi ki, səni tutduracam. Oqtay və Eldar mahmudovlar dedilər ki, Akif Çovdarov 15000 ABŞ dollar tələb edir, əks təqdirdə səni həbs edəcəklər. Məcbur olub həmin pulu Eldar Mahmudova verdim. Bundan sonra qara günlərim başladı. Onlar mənə bildirdilər ki, hər 6 aydan bir 15000 ABŞ dolları Akif Çovdarova pul verməlisən. Akif Çovdarov tutulana qədər hər 6 aydan bir 15000 ABŞ dolları Oqtay və Eldara pul vermək məcburiyyətində qaldım. Beləliklə, Oqtay və Eldar mahmudovlar məkrli niyyətlərini həyata keçirməklə mənə 400 000 ABŞ dolları ziyan vurublar. Oqtay və Eldarın məni aldatdıqlarını hiss edib, pulların qaytarılmasını tələb etdim. Məni və övladlarımı öldürməklə hədələdilər. Hazırda mənim və övladlarımın həyatı təhlükədə olduğu üçün sizdən xahiş edirəm ki, bizim ailəni nəzarətdə saxlayasınız. Mənə dəymiş ziyanın ödənilməsində və canımı bu dələduzlardan qurtarmaqda köməklik edəsiniz”.
Məlahət Quliyev hüquq-mühafizə orqanlarına müraciət ünvanlamaqla kifayətlənməyərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Toplanmış materiallar 19-cu bölməyə göndərilib. Şikayət araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd edilib. Məlahət Quliyeva prokurorluğa şikayət edib. Prokuroluq iş materiallarını əlavə yoxlama aparılması üçün yenidən 19-cu bölməsinə göndərib. Bölmə bu dəfə də cinayət işinin başlanmasını rədd edib. Məlahət Quliyeva növbəti dəfə prokurorluğa müraciət edib. Prokurorluq da bu dəfə işi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərib. İstintaq Şöbəsinin müstəntiqi Ramal Şahmarov müvafiq araşdırma apardıqdan sonra cinayət işinin başlanılması rədd edilib.
Bütün bunlar Oqtay Mahmudovu məhkəməyə müraciət məcburiyyətində qoyub. Çünki Məlahət Quliyevanın iddialarını böhtan hesab edir.
O, Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Elməddin Hüseynovun qərarı ilə Oqtay Mahmudovun xüsusi ittiham qaydasında şikayətinə baxılmasından imtina edilib. Qərarda qeyd olunub ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Hakim qərarını Məlahət Quliyevanın yaşadığı ünvanın Nizami Rayon Məhkəməsinin yurisdiksiyasında olması ilə əsaslandırıb.
Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
Xəbər lenti
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
Video & Fotoqalereya
Video
Fotoqalereya