- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
Zakir Fərəcovun Sumqayıtı “yaşıllaşdıran” saxta MMC-ləri - FAKT
Məlum olduğu kimi son illər Sumqayıt şəhərində tikinti, quraşdırmadan başqa, ərazilərin yaşıllaşdırılması işlərinin aparılması üçün də dövlət tərəfindən milyonlarla manat vəsait ayrılıb. Bu məqsədlərlə dövlət büdcəsindən ayrıılan vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi ətrafında çoxlu mübahisəli məlumatlar da yayılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bir çox sahibkara müxtəlif vədlər verərək onlardan topladığı pullar hesabına Sumqayıtda abadlıq və yenidənqurma işlərinin görməsi də belə məlumatlardandır. Əgər bu həqiqətən də belədirsə, onda Sumqayıtda sözügedən işlərin görülməsinə ayrılan dövlət vəsaitləri haralara sərf olunur?
Mövzu ətrafında apardığımız kiçik bir araşdırmada ortaya böyük məsələlər çıxdı. Belə ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən satınalmalar yolu ilə həyata keçirilmiş bəzi işlərdə bu özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderə yekun vuraraq “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284 793 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 18.11.2022-ci il tarixdə elan edib.
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “VAHİD” MMC ilə yaşıllıqların salınması işlərinin satın alınması üzrə daha bir satınalma müqaviləsini isə 22 gün əvvəl, yəni 27.10.2022-ci il tarixdə bağladığını açıqlayıb. Bu müqavilənin qiyməti isə 296 475 manat təşkil edib.
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin 22 gün ərzində 581 268 manat məbləğində satınalma müqaviləsi bağladığı bu MMC kimə məxsusdur?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ, qanuni təmsilçisi kimi isə Həsənova Həqiqət Həsən qızı qeyd olunub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçici yoxdu. Seçici siyahısında yoxdursa deməli bu şəxs sözügedən kənddə pasport qeydiyyatında deyil. Pasport qeydiyyatında deyilsə deməli hər hansı bir seçkidə səs verə bilməz. Bəs Sumqayıtın Yaşıllaşdırma İdarəsi Azərbaycanda səs vermək hüququ olmayan, yəni dövlət hakimiyyətinə səs verməyən bir şəxslə belə yüksək məbləğli bir satınalma müqaviləsini hansı əsaslarla bağlayıb, dövlət sifarişi verib?
Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən son anda aldığımız məlumata görə orada Həsənova Həqiqət Həsən qızı adlı şəxs ümumiyyətlə olmayıb. Bu məlumatın özü MMC-nin saxta sənədlərlə yaradıldığını sübut etmirmi? Saxta sənədlərlə yaradılmış bir MMC-nin satınalmalarda iştirakı da elə tenderin də saxtalaşdırılması demək deyilmi?
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bununla bitmir. Aktualinfo.org bir neçə ay öncə, daha dəqiqi iyun ayında qurumun satınalmalarda saxta MMC-lərlə işbirliyində olduğunu açıqlamışdı. Bir daha xatırlatmaq istərdik ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbərliyi hələ 2020-2022-ci illərdə yaşıllıqların salınması işlərinin satın alınmasına yaxın adamlarının adına yaradılmış MMC-lərə yüz minlərlə dövlət vəsaiti köçürüb. Onlardan bəzilərini bir daha diqqətinizə çatdırırq.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-ci ilin avqust ayında yaşıllıqların salınması işlərinin satın alınması üzrə iki tenderin qalibini elan edib ki, bu da “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaşıllaşdırma idarəsi sözügedən MMC ilə ümumi olaraq 390 580 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu MMC-nin dövlət qeydiyyatına alındığı tarix uzaq olsa da, maraqlı məqamları çoxdu.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 06.03.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi), qanuni təmsilçisinin isə Hüseynov Sehran İmran oğlu olduğu göstərilir.
Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əlisoltanlı kəndində məcburi köçkün qəsəbəsi ev 170-də deyil, 210 ünvanında pasport qeydiyyatında olan Hüseynov Sehran İmran oğlunun 1950-ci ildə anadan olduğu göstərilir. Hazırda 72 yaşı olan Sehran Hüseynovun Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin sifarişlərini həyata keçirə bilmək iqtidarında olub, olmaması da artıq sual altındadır.
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2020-ci ilin may ayından 2021-ci ilin noyabr ayına qədər yaşıllıqların salınması işlərinin və əkin materiallarının satın alınması üzrə “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də 9 satınalma müqaviləsi bağlayıb.
Bu müqavilələrə isə ümumi olaraq 2 524 928 manat dövlət vəsaiti atrılıb. İndi gəlin görək “ARSENAL-M” MMC kimə məxsusdur? Yuxarıda adını çəkdiyimiz “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynov Sehran İmran oğlunun qızına.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 03.10.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336, qanuni təmsilçisinin isə Hüseynova Yusalə Sehran qızı olduğu göstərilir.
Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısı üzərindən apardığımız araşdırmalarda “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi göstərilmiş BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336-da 1976-cı il təvəllüdlü Hüseynova Elvira Sehran qızının pasport qeydiyyatında olduğu göstərilir. Bu isə Hüseynova Yusalə Sehran qızının bacısı olduğu deməkdir.
Hüseynova Yusalə Sehran qızı isə 1973-ci il təvəllüdlüdür və Saatlı rayonunun Əlisoltanlı kəndindəki məcburi köçkün qəsəbəsi 174 ünvanında daimi pasport qeydiyyatındadır.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında “ARSENAL-M” MMC-nin başqa hansısa bir tenderin qalibi olması barədə məlumat yoxdu. Burada MMC-nin dövlət sifarişini hansı səviyyədə yerinə yetirməsi artıq maraqlı deyil. Çünki işin çoxu kağız üzərində görülüb. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə bağladığı müqavilələrdən MMC-nin noyabr ayının 21-nə 66 740.05 manat vergi borcu var idi. Hazırki günə MMC-nin borcu artaraq 67 533.13 manat olub.
MMC-yə reyestrdən son dəfə verilmiş çıxarış elə dövlət qeydiyyatına alındığı gün olub. Bu isə o deməkdi ki, ümumiyyətlə vergi ödəməyib. Elə buna görə də MMC-nin qanuni təmsilçisi Yusalə Hüseynova 2022-ci ildə estafeti atasına məxsus “ASTROİT” MMC-yə verməli olub. Hazırki günə 1784.43 manat da “ASTROİT” MMC-nin vergi borcu var və güman ki, 40-50 min vergi borcu yarandıqdan sonra bu MMC də aradan çıxarılacaq.
O ki, qaldı son iki ildə Sumqayıtda yaşıllıqların salınması işlərinin satın alınmasının qalibi olan MMC-lərin qanuni təmsilçilərinə. Həsənova Həqiqət Həsən qızına, ata-bala Hüseynov Sehran İmran oğlu və Hüseynova Yusalə Sehran qızına. Ola bilsin ki, bu şəxslərin adlarına yaradılmış MMC-lərdən heç xəbərləri belə yoxdu. Yaxud da, kasıb məcburi köçkün ailəsinə müəyyən miqdarda pul verib bu işləri Yaşıllaşdırma İdarəsinin rəisi öz adamlarının əli ilə gördürür. Dövlət Vergi Xidmətinin və Mərkəzi Seçki Komissiyasının məlumatlarından da görsəndiyi kimi bu şəxslər məcburi köçkün qəsəbələrində pasport qeydiyyatındadırlar. Cəbrayıl rayon sakinləridir. Bəs Cəbrayıl rayonundan məcburi köçkün olmuş bu şəxslərin Sumqayıtın yaşıllaşdırma İdarəsi ilə nə kimi əlaqəsi, bağlılığı var?
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin rəisi də Cəbrayıl rayonundandır. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan İlyas Həsənovdur. O, İlyas Həsənov ki, yaşı artıq 75 keçib, amma Yaşıllaşdırma İdarəsinin rəisi kreslosunu buraxmır ki, buraxmır. Amma xüsusilə vurğulamaq istərdik ki, iş təkcə İlyas Həsənovluq deyil. Burada Zakir Fərəcov faktorunun olduğunu da unutmamaq lazımdır.
Dövlət satınalmalarının vahid internet portalından, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısından və Dövlət Vergi Xidmətinin reyestrindən əldə etdiyimiz bu məlumatlar təkzibolunmaz faktlardır. Bəs onda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, elə həmin quruma tabeli Dövlət Vergi Xidməti, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu saxta MMC-lərin fəaliyyətini niyə araşdırmır? Səbəb Əli Həsənov, Zakir fərəcov faktorudu, yoxsa… (Aktualinfo.org)
AZƏRBAYCANREALLIĞI.COM
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
1 may 2024 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50