Türk xalqlarında Novruz adətləri
Novruz türk xalqlarının ana bayramı hesab olunur və əbədi həyat mahiyyəti daşıyır. Bu baxımdan Novruz bayramı türk xalqlarının demək olar ki, hamısında oxşar və fərqli adətlərlə qeyd olunur.
Məsələn, Özbəkistanda Novruz bayramı hər zaman böyük təmtəraqla keçirilir.
Belə ki, adətən ölkənin böyük şəhərləri olan Səmərqənd, Buxara, Əndicanda Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. Adətən s hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.
Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.
Qazaxıstanda isə Novruz “Naurız” adlandırılır.
Naurız yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Qazaxıstanda da Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birlərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O, həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birlərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir.
Qazaxlar da tonqal üzərindən atlanırlar. Onu da qeyd edək ki, Qazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Türkmənistanda bayramdan beş-altı gün öncə evlərin təmizlənməsi başlanır.
Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirir. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir.
Qırğızıstanda isə bayram süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur.
Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir, yəni beş barmaqla. Bu ölkədə Azərbaycandan fərqli olaraq Novruz bayramında tonqal qalanmır. Amma evin, həyətin odla pak edilməsi adəti var, necə ki, Azərbaycanda üzərlik yandırılır. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur.
Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.
Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində - Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib.
Bu bölgədə, eləcə də Qarsda, Azərbaycanda olduğu kimi, qapı pusma, “baca-baca” adətləri indiyə qədər də yaşamaqdadır.
Altayda da Novruz bayramı martın 21-də keçirilir.
Lakin altaylar Novruzu fərqli adətlərlə keçirir. Belə ki, “Cılgayak” bayramı adı ilə qeyd edilən bu bayram baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün düzənlənir. Altay türklərinin Novruz - “Cılgayak” bayramları həm keçirilmə ənənəsi, həm də süfrəyə gətirilən nemətlərin çeşidi baxımından digər türk xalqlarından seçilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.
Yakutiyada Saxa türkləri Isıah bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirir.
Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam anlamı daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça əski-lent bağlayır.
Xalidə Gəray
Musavat.com
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA
22 mart 2024 15:48
- Moldova Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
22 mart 2024 09:51
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- NAR ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
20 mart 2024 15:28
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15