Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
Quba Soyqırımı zamanı kişilərin gözü qabağında qadınlarına təcavüz edib, hamilə qadınların qarınlarını deşərək övladlarını bətnindən çıxarıblar.
Bunu "Report”a müsahibəsində 65 yaşlı Quba şəhər sakini Yavuşa Simanduyev deyib.
Y.Simanduyevin sözlərinə görə, o bu barədə ata-babalarından eşidib:
"Biz onların söylədikləri tükürüpədici hadisələri eşidərək böyümüşük. Dediklərinə görə, ermənilər nəinki azərbaycanlılara, eyni zamanda orada yaşayan digər etnik qruplara qarşı da amansızlıqlar törədib. Atam söyləyirdi ki, o vaxtı ermənilər kim qarşılarına çıxıb, güllələyiblər, insanlara zülm ediblər. Ən dəhşətli məqamlardan biri isə odur ki, kişilərə əzab vermək, qürurlarını sındırmaq üçün onların qarşısında qadınlarına təcavüz ediblər. Hətta bəzi kişilər o anı görməsin deyə, özlərini öldürüblər".
Qırmızı Qəsəbə sakini Nisim Nisimov atasından dinlədiklərini bizimlə bölüşür: "Onu deyim ki, əvəllər ermənilər Qubanın yuxarı hissəsində yaşayıblar. Hətta vaxtı ilə orada onların kilsəsi də olub. Atam 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar olunanda deyirdi ki, onların camaatı qırıb basdırdığı quyular çox olub, ortaya çıxanlar isə hələ ki, bunlardır. Qubada Avşalumov Apsyon adlı bir nəfər var idi. Bir neçə il bundan əvvəl vəfat edib. O danışırdı ki, babası Xaçmazda işləyirmiş. O vaxtı işdən qayıdan zaman 6 nəfər kişini Xaçmaz yolunda öldürüblər. Amma necə öldürüblər, başlarına nə gəlib, tam olaraq bilən olmayıb. Ermənilər çox qəddarcasına davranıblar, qadın, qoca, uşaq demədən qırıblar. Ailələri məhv ediblər. Hətta 11 nəfər ailə üzvünü birdən qətlə yetiriblər”.
Digah kənd sakini Hacıyev Mənsur deyir ki, ulu babaları ermənilərin azərbaycanlılara qarşı nifrətinin olması ilə bağlı müxtəlif əhvalatlar danışıblar:
"Bu hadisə ilə bağlı deyirdilər ki, ermənilər qarşılarına çıxan insanları qırmaqla saylarını azaltmağı düşünüblər. Quba camaatı o vaxtı az itki vermək üçün dağlara üz tutub, günlərlə soyuq havada dağlarda, Alpan, Kürkün meşələrində yaşamaq məcburiyyətində qalıblar”.
Qeyd edək ki, hazırda Quba şəhərində soyqırımının izlərini daşıyan məzarlıq mövcuddur. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilən məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib.
Kompleksin əməkdaşı Əbutalib Turabov bildirib ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan meytinin qalıqları aşkar edilib: "Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə yaşlı kişilərə aiddir. Bu kompleks erməni vandalizminin əyani sübutudur. Araşdırma zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan yəhudi, ləzgi, tat və digər etnik qrupların nümayəndələri də xüsusi amansızlıqla qətlə yetirilərək basdırılıb”.
Xatırladaq ki, ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 2024 16:19
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 2024 17:58
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
Xəbər lenti
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya