Ayağım qanqren olub, əlillik verilmir -QAZİ - Fotolar
“Ayağım qanqren olub. İki ildir, müraciət etmədiyim yer qalmayıb. Amma əlillik vermirlər”.
Bu sözləri “Qafqazinfo”ya 44 günlük Vətən müharibəsi qazisi Ayəddin Abdullayev deyib.
Gədəbəy rayon sakini olan 32 yaşlı qazi hazırda Sabunçu rayonunda yaşayır. O deyir ki, ayağındakı problemə görə işləyə də bilmir: “Müharibə zamanı döyüşlərdə aldığım qəlpə yaralarından ayağımın dizdən aşağı hissəsi qanqren oldu. Buna da səbəb həmin qəlpələrin qadağan olunmuş mərmidən olmasıdır. Həmin hissə gərək dezinfeksiya olunaraq təmizlənərdi. Lakin elə adi qəlpə yarası kimi müalicə olunduğu üçün ayağım bu hala qaldı. Əgər mənim ayağımı müalicə edə biləcək həkim varsa etsin, heç əlillik də istəmirəm. Müalicə üçün başqa bir ölkəyə göndərəcəklərsə, o zaman əlillik də versinlər. Ona görə ki, mənim iki azyaşlı- 4 və 5 yaşlarında olan övladlarım var. Cəmi 80 manat təqaüd alıram. Bununla necə ailə dolandırım? Əlilliyimi təsdiq edən sənəd yoxdur. Halbuki artıq ayağımda çürümə təhlükəsi var, yerə basanda dəhşətli ağrılar olur. Hələ bu vəziyyətdə mənə deyirlər k, “get işlə”. Acınacaqlı vəziyyətdəyəm, kirayədə yaşayıram. Qonşuların köməkliyi olmasa, bilmirəm vəziyyət necə olar”.
Qazinin ayağının müalicəsi ilə bağlı Sabunçu Tibb Mərkəzinə sorğu ünvanladıq. Tibb mərkəzindən bildirildi ki, Ayəddin Abdullayev Ramiz oğlu noyabr ayında 4 dəfə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinə müraciət edib: “Vətəndaş müraciətlərinin ikisində Mərkəzə Təcili tibbi yardım vasitəsilə çatdırılıb. Ayəddin Abdullayevə travmatoloji, psixiatrik və cərrahi baxış keçirilib. Ayağındakı yaralara dəri absesi diaqnozu qoyulub. Həmçinin damarları ilə bağlı problemlər aşkarlanıb. Dəri cərrahının baxışı üçün digər xəstəxanaya yönləndirilib. TƏBİB tərəfindən müayinə və müalicəsi üçün isə Bakı Sağlamlıq Mərkəzinə göndərişi verilib”.
A.Abdullayevin əlillik sənədi alması ilə əlaqədar isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə belə cavab verdi: “Gədəbəy rayon sakini 1991-ci il təvəllüdlü Abdullayev Ayəddin Ramiz oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma 88) əsasında 2023-cü ilin 19 may və 21 iyul tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.
Qeyd edək ki, Ayəddin Abdullayev Suqovuşan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşdə göstərdiyi şücaətə görə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Lamiyə Məmmədova
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 2024 17:58
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42