Amerika kəşfiyyatına 40 min səhifəlik məxfi informasiya ötürən agent – “Qırmızıların qənimi”
O, 1972-ci ildə ABŞ-ın Bonndakı səfirliyinə gizli məktub göndərib, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Səfirlik əməkdaşları Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli əməkdaşı Riçard Kuklinskinin məktubuna dərhal reaksiya veriblər. Bir neçə günlük araşdırmadan sonra Polşa ərazisində Kuklinski ilə ABŞ səfirliyinin iki əməkdaşının gizli görüşü keçirilib.
Kuklinski müvafiq təlimatlar aldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi fəaliyyətə başlayıb. Bu fəaliyyətin müqabilində ona yüksək “qonorar” vəd edilib.
Qeyd edək ki, 1930-cu ildə Varşavada anadan olan Kuklinski əvvəlcə Polşada ali hərbi təhsil alıb, daha sonra təhsilini SSRİ-də Voroşilov adına Hərbi Akademiyada davam etdirib.
Qısa müddət ərzində Kuklinski hərbi karyerasında böyük uğurlar əldə edib və o, sosialist blokuna daxil olan Polşanın Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək vəzifəyə təyinat alıb.
Məhz bu vəzifədə xidmət edərkən Kuklinski 1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində iştirak edib. “Dunay” əməliyyatı və “Praqa baharı” kimi tarixə düşən bu hadisələr Kuklinskinin siyasi baxışlarını dəyişib. 1994-cü ildə qələmə aldığı xatirələrdə Kuklinski “Dünay” əməliyyatı haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Bu əməliyyatda iştirak edən qoşunların əsas hissəsi SSRİ-dən idi. Hadisələrin canlı şahidi kimi onu deyə bilərəm ki, sovet hərbçilərinin təcavüz ehtirası qədərindən də artıq idi. Mən bu hadisədən sonra belə qənaətə gəlmişdim ki, SSRİ istənilən vaxt, sosialist blokuna daxil olan istənilən ölkədə öz siyasi maraqlarını təmin etmək üçün Praqa hadisələrini düşünmədən təkrar edə bilər. Bu, məni hədsiz dərəcədə narahat edirdi...”
Kuklinskini narahat edən digər bir məsələ Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Boleslav Xaxo ilə qeyri-rəsmi söhbətləri olub. General bu söhbətlərdə Kuklinskiyə SSRİ-nin qərb məsələlərinə görə istənilən vaxt Polşa ilə hərbi konfliktdə girəcəyinə şübhə etmədiyini bildirib.
Bu narahatlıqlar 1972-ci ildə Kuklinskini gələcək planları ilə bağlı yeni qərarlar verməyə məcbur edib və yuxarıda qeyd etdiyimiz kimi o, ABŞ-ın Bonndakı səfirliyi vasitəsi ilə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa başlayıb. 1981-ci ilə qədər Amerika kəşfiyyatına işləyən Kuklinski Mərkəzi Kəşfiyyat İdarəsinə 40 min səhifədən artıq məxfi məlumatlar ötürüb. Bu, Kuklinskinin agent kimi məhsuldarlığının əsas göstəricisi olub. ABŞ rəsmiləri Kuklinskini qəhrəman kimi qəbul ediblər, onu Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu və ən məhsuldar agenti kimi dəyərləndiriblər. 1982-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Keysi ABŞ prezidenti Ronald Reyqana ünvanladığı məktubda Rıçard Kuklinski haqqında yazıb: “Son 40 ildə Rışard Kuklinski kimi kommunizmə zərbə vuran ikinci bir şəxs olmayıb. O qırmızıların qənimidir...”
Bu “zərbə”lərə görə Kuklinski Reyqan tərəfindən ABŞ-ın ən yüksək dövlət mükafatlarından biri sayılan “Distinguished Intelligence” medalı ilə təltif edilib.
Kuklinski agent kimi fəaliyyət göstərərkən onu hansı təhlükələr gözlədiyini də yaxşı anlayıb. Bu ərəfədə onun haqqında müəyyən, ancaq sübuta yetirilməyi mümkün olmayan şübhələr də yaranıb. Nəhayət, 1981-ci ildə Kuklinski özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Amerikaya qaçıb.
1984-cü ildə Polşa Hərbi Tribunalı polkovnik Rıçard Kuklinskiyə qiyabi ölüm cəzası hökmü çıxarıb. Bununla da onun Polşaya qayıtması mümkünsüz olub.
Kommunist rejiminin süquta uğraması Kuklinskinin Polşaya yollarını açıb. 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra hərbi tribunalın 1984-cü ildə çıxardığı hökm ləğv edilib, o, tam bəraət alaraq Polşaya qayıdıb.
Hələ Amerikaya qaçmazdan əvvəl Kuklinski ilə bağlı diqqət çəkən məqamlardan biri də onun son dərəcə zəngin həyat sürməsi olub. O, sonralar bununla bağlı açıqlamalar da verib:
“Mən Varşavada böyük ev tikdirmişdim, bir neçə şəxsi avtomobilim var idi. Sözsüz ki, bu diqqətdən yayına bilməzdi və bunlar maaş hesabına da ola bilməzdi. Mərkəzi Kəşfiyyat İdarəsi mənim işimi yüksək qiymətləndirirdi və işimin qarşılığında mənə kifayət qədər yüksək məbləğlər verilirdi. Əslində burada qeyri-adi bir şey görmürəm. Ən əsası odur ki, mən Amerikaya göndərdiyim məxfi hərbi informasiyalarla öz vətənimi, Polşanı qırmızıların təcavüzündən qoruyurdum...”
Vaxtilə Polşada “vətən xaini” kimi ittiham olunan Kuklinskiyə sonralar elə Polşada da yüksək qiymət verilib. 2016-cı ildə Polşa prezidenti Andjey Duda polkovnik Rıçard Kuklinskini ölümündən sonra briqada generalı rütbəsi ilə təltif edib.
Qeyd edək ki, Kuklinski 2004-cü ildə, 73 yaşında Varşavada vəfat edib. /Musavat.com/
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
4 noyabr 2024 13:29
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
1 noyabr 2024 14:39
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
1 noyabr 2024 10:16
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Bu gün Özbəkistanda parlament seçkiləri KEÇİRİLİR
27 oktyabr 2024 11:19
- Rusiya məktəblərində hicaba qadağa qoyuldu
27 oktyabr 2024 09:34
- OSMANLI İMPERİYASI BU İMİŞ ....
10 noyabr 21:33
- Millət vəkili Əli Məsimli Zəfər Günü bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmişdir
10 noyabr 21:05
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 16:43
- İraqda yeni qanun layihəsi- Qızları 9 yaşında ƏRƏ verəcəklər
10 noyabr 16:19
- Mustafa Kamal Atatürkün ANIM günüdür
10 noyabr 12:30
- Olaf Şolts İlham Əliyevə zəng etdi
10 noyabr 10:13
- İLK DƏFƏ! TALİBAN nümayəndələri BAKIYA GƏLİR
10 noyabr 10:01
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
09 noyabr 18:57
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SIYAHI YOXDUR - VİDEO
09 noyabr 18:30
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
09 noyabr 18:15
- BMT Baş katibi həftəsonu Bakıya gəlir
09 noyabr 12:33
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
09 noyabr 12:17
- Sadhqulu da COP29-da iştirak edəcək
08 noyabr 21:11
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
08 noyabr 18:54
- Trampın qələbəsi ilə bağlı unikal aksiya – SEKS ORUCU- Kişilərdən İMTİNA EDİN
08 noyabr 18:36
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
08 noyabr 14:36
- Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ
08 noyabr 13:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
07 noyabr 17:43
- Sumqayıtda 300-dən çox ALMAN ƏSİRİN basdırıldığı qəbiristanlıqdan GÖRÜNTÜLƏR - görün kimlər ziyarət edir... VİDEO
07 noyabr 17:27
- Qürur və qüdrətin ildönümü: Azərbaycanın zəfər yoluna bir baxış
07 noyabr 17:16
- Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar - Yenilənib
07 noyabr 14:40
- Harris Trampı TƏBRİK ETDİ
07 noyabr 14:33
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
07 noyabr 14:23
- SON DƏQİQƏ - Tramp ABŞ-ın yeni, 47-ci prezidenti OLDU
06 noyabr 12:07
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
06 noyabr 12:00
- DANIŞIR BAKI
06 noyabr 11:47
- Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü BAŞLADI - FOTOLAR
06 noyabr 11:23
- ABŞ-ın prezidentləri: İndiyə qədər seçilənlər və onların iqtidar dövrləri - TAM SİYAHI
05 noyabr 11:07
- Ərdoğan Qırğızıstandadır - Fotolar
05 noyabr 10:51
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
05 noyabr 10:37