YAP-ın 26 illiyi BSU-da qeyd olunub
YAP-ın 26 illiyi BSU-da qeyd olunub
Noyabrın 21-də Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitet rəhbərliyi, professor-müəllim heyəti Ulu Öndərin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos və qarşıdurmalara toxunub: “Həmin dövrdə tez-tez baş verən hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmaların dərinləşməsi üzündən ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.
Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı”.
N.Əliyeva daha sonra Ulu Öndər Heydər Əliyevin qısa müddət ərzində ölkəni ağır siyasi-iqtisadi böhrandan çıxararaq yeni inkişaf yoluna yönəltdiyini qeyd edib. BSU rektoru dahi şəxsiyyət H.Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının ölkədə qarşıdurmalara son qoyduğunu, əmin-amanlığa, sülhə yol açdığını bildirib. N.Əliyeva Ümmilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni-yeni nailiyyətlərə imza atdığını, Azərbaycanı regionun ən inkişaf etmiş ölkəsinə çevirdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının xalqımızı daha böyük qələbələrə aparacağına əmin olduğunu bildirib.
Sonra YAP-a yeni üzv olan BSU tələbələrinə N.Əliyeva tərəfindən üzvlük vəsiqələri təqdim olunub.
Pedoqogika – psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Yeni Azərbaycan Partiyasının nüfuzunun gənclər arasında gündən-günə artdığını, partiya sıralarına hər il minlərlə insanın qoşulduğunu bildirib. O, BSU-da təhsil alan tələbələrin Ulu Öndər ideyalarına sadiq olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həmişə hazır olduqlarını vurğulayıb.
Əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva öz çıxışında partiyanın yarandığı dövrdən onun sıralarında təmsil olunduğunu, Ümummilli Lider Heydər Əliyevlə ilk görüşünü xatırlayıb. O, YAP-ın zamanın tələbi ilə yaranmış bir partiya olduğunu vurğulayıb.
Tərbiyə işləri üzrə prorektor , dosent Xanım Sultanova 1990-cı illərin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvandakı ağır-ictimai-iqtisadi vəziyyət barədə söhbət açıb. Ulu Öndərin həmin dövrdə xalqın həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri xatırlayan X.Sultanova insanların ona necə dərin inam və etibar bəslədiyinin şahidi olduğunu deyib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova ölkə rəhbərinin düzgün siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını bildirib. O, əvvəllər Azərbaycan adı çəkiləndə təəccüblənən xarici ölkə vətəndaşlarının indi odlar yurdu, onun rəhbəri haqqında hər yerdə sevgi və məhəbbətlə danışdıqlarını deyib.
Tədbirin sonunda çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov yeni Azərbaycanın qurulmasını Yeni Azərbaycan Partiyasının əməli işi kimi dəyərləndirib. O, iqtidar partiyasının sıralarında Azərbaycan xalqının ləyaqətli oğullarının birləşdiyini qeyd edib. Sonda prorektor partiyaya 100 illik yubileyini keçirmək arzusunu dilə gətirib.
BSU-nun Mətbuat Xidməti
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 2024 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 2024 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 2024 19:20
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 2024 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 2024 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 2024 23:27
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35