- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
- Rasim Tağıyevin oğlu həbs edildi
Əsgərimizə arxadan vurulan zərbə - saxtakar Qarabağ qazisi niyə məhz indi ortaya çıxdı?
Artıq bir aydan çoxdur ki, şanlı Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi üçün düşmənlə çarpışır. Hər birimizin gözü-qulağı cəbhədən gələn xəbərlərə dikilib. Çoxumuzun əli-ayağı işə yatmır, fikrimiz ancaq döyüş bölgəsindədir. İşğaldan azad olunan kəndlərin, şəhərlərin adları açıqlandıqca hamılıqla sevinir, qəhərlənir, əsgərimizin tezliklə bütün torpaqları işğalçılardan azad etməsi üçün dualar edirik. Təəssüf ki, Azərbaycan xalqının yumruq kimi birləşdiyi bu günlərdən sui-istiqadə edən, öz mənfəətini güdən şəxslər də var. Cəmiyyətdə hər kəsin diqqətinin döyüş bölgələrinə yönəldiyini bilən bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edib qanunsuz tikinti işlərinə start veriblər. İronik vəziyyətə fikir verin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin səfərbərliyə çağırılan onlarla əməkdaşı bu gün döyüş meydanında düşmənlə çarpışır, torpaqlarımızın işğaldan azad edilməsi üçün qan tökür, lakin özünü “Qarabağ qazisi” adlandıran bir qrup şəxs cəbhədə olan mühafizəçilərin yoxluğundan istifadə edib neft sənayesinə aid torpaqları zəbt edərək qanunsuz ev tikib satmaqla məşğul olur.
Belə ki, bir müddət öncə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərinin mühafizə ərazisində - Balaxanı qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanında boş torpaq sahəsinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparıldığını aşkar ediblər. Ətrafda yaşayan insanların dediyinə görə tikinti sahibi Hacıyev Azay Abbas oğludur.
O qanunsuz tikintini başa çatdıra bilməyəcəyini görüb işləri bir qrup əlilə həvalə edib. Sakinlərin sözlərinə görə həmin şəxslər Qarabağ müharibəsi əlili olduqlarını deyirlər və tikintini dayandırmaq istəyən şəxslərə bu yolla hədə-qorxu gəlirlər. Təxminən 9-10 nəfərdən ibarət olan bu dəstənin üzvləri hər gün tikinti gedən əraziyə baş çəkir. Həmin əraziyə yaxın ünvanada yaşayan şəxslərdən birinin dediyinə görə, heç polis əməkdaşları belə onların tikinti işlərinə müdaxilə edə bilmir, onlar dərhal hay-küy salıb münaqişə yaradırlar və bununlada guya Qarabağ əlillərini döyürlər görüntüsü yaratmağa çalışırlar. O bu fikirlərini təsdiq etmək üçün bizə əlillərlə polis əməkdaşlarının mübahisəsini əks etdirən video da göstərdi.
Cinayətkar dəstənin başçısı Sərxan Musayev
Dələduz dəstəyə özünü Qarabağ Əlilləri Cəmiyyətinin sədr müavini kimi təqdim edən Musayev Sərxan Yaqub oğlu başçılıq edir. Camalov Rəhman Pəbir oğlu, Şəmilov İlyas Cəbrayıl oğlu, Abbasov Zavur Ağaqulu oğlu və özlərini təqdim etməyən digər 5 nəfər də həmin təşkilatın üzvləri olduqlarını bildiriblər.
Sərxan və onun dəstəsi Balaxanıda növbəti torpaq davası edərkən
Cinayətkar dəstəsinin üzvləri bu ilin iyun ayında da Balaxanıda fərqli məkanda peyda olmuşdu və yenə də neft-mədən ərazisində boş torpaq sahəsini zəbt edib tikinti işlərinə start vermişdilər. Həmin vaxt da onlar heç bir qanuni tələbə məhəl qoymayaraq hay-küy salaraq zorakı yollarla tikinti işlərini başa çatdırmışdılar
Araşdırmamız zamanı məlum oldu ki, “Sərxanın dəstəsi” uzun müddətdir ki, “Qarabağ qazisi” adından istifadə edərək sahibkarları hədələməkdən tutmuş boş torpaq sahələrini zəbt etmək, qanunsuz tikinti işləri aparmaq, dövlət məmuruna qarşı güc tətbiq etməyə kimi bir sıra cinayət əməlləri ilə məşğuldur. Onlar istəklərinə nail olmaq üçün “qanun bizik”, “dövlət bizik” deyərək hay-küy salır, güc tətbiq edirlər. Məsələn bir neçə ay öncə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Kardeşler” restoranına hücum çəkən quldur dəstənin üzvləri obyektin şüşələrini sındıraraq sahibkardan dərhal buranı boşaltmasını tələb ediblər.
Sərxan Musayev dəstəsiylə “Kardeşler” restoranına hücum edərkən
Video link:
Cinayətkar dəstənin üzvləri ötən il Heydər Əliyev prospektində fəaliyyət göstərən sahibkarı şantaj edərkən də gündəmə gəlmişdi. Onların məqsədi obyekt sahibini ordan çıxartmaqla müəssisəyə yiyələnmək olub. “Qarabağ qazisi” olduqlarını əllərində bayraq edib rekertlik edən quldur dəstənin iç üzünü açan, saxtakarlığını sübut edən məqamlardan biri isə onların artıq gerçək Qarabağ əlili olan Əlişir Musayevin obyektinə hücum çəkməsi olub. Əgər onlar həqiqətən Qarabağ qazisidirlərsə, öz döyüş yoldaşlarının obyektinə niyə hücum çəkirlər?!
Araşdırmalar onu göstərir ki, bu şəxslər əslində Qarabağda düşmənə bir güllə belə atmayıb. Əksəriyyəti Rusiyada müxtəlif cinayətkar qruplaşmaların tərkibində fəaliyyət göstərib orada şəxsi münaqişə zəminində ayağını, qolunu, gözünü itirib, Azərbaycana qayıtdıqdan sonra isə saxta sənədlərlə özlərini Qarabağ qazisi kimi təqdim etməyə çalışırlar.
Video link:
Sərxan Musayev təxminən bir il öncə
Həmin vaxt o yenə də neft kəmərinin mühafizə zonasını zəbt etdiyindən mühafizəçilərlə münaqişəyə girmiş, əvvəlcədən planlı şəkildə əraziyə topladığı bir qrup şəxs mühafizəçilərə hücum çəkmişdi. Nəticədə SOCAR-ın bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri almışdı.
SOCAR-ın mühafizəçiləri tərəfindən döyülməsi təəssüratı yaratmaq üçün özünü döyüb, köynəyini cıran saxtakar “Qarabağ əlili”
Analoji hadisə 2017-ci ildə Suraxanıda da baş vermişdi. Sərxan yenə neft ərazisini zəbt edib qanunsuz tikinti işləri aparan zaman mühafizəçilərlə münaqişə yaranmışdı. Bununla belə SOCAR rəhbərliyi humanistlik nümayiş etdirərək Sərxanın əlil olmasını nəzərə alıb neftlə çirklənmiş ərazilərdə yox, normal şəraiti olan yaşayış massivindən özünə torpaq alıb ev tikməsi üçün ona təxminən 40 min manat pul vermişdi. Lakin o nankorluq edərək Biləcəridə, Balaxanıda və digər ərazilərdə neft sənayesinə aid torpaqları zəbt etməyə davam edir. Onun imkansız şəxslərə satdığı bəzi evlər neft kəmərinin düz üstündə tikilib. Həmin boru xəttlərində hər an qəza, partlayış baş verə bilər. Bu isə o deməkdir ki, Sərxanın tikib satdığı evlərdə yaşayan insanların həyatı hər an təhlükə ilə üz-üzədir.
Sərxan Musayev və ətrafına topladığı şəxslərin törətdiyi cinayətlərin cəzasız qalması onları oxşar əməllər törətməyə sövq edir. Əgər onların bir neçə ildir törətdiyi cinayət əməllərinə vaxtında hüquqi qiymət verilsəydi, yəqin o bu gün başına dəstəsini yığıb yeni ərazilər zəbt etmək barədə düşünməzdi.
Sərxan Musayevin 2019-cu ildə yaratdığı şounu təkrar etmək cəhdinin qarşısı alınmalıdır. Onun mühafizəçilər və polis əməkdaşları ilə kütləvi dava yaratmaq cəhdləri birbaşa dövlətimizin əleyhinə yönəlmiş təxribatdır. Çünki cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda ölkə gündəminin hansısa daxili çəkişməyə yönəldilməsi xoşagəlməz mənzərinin yaranmasına gətirib çıxarda bilər.
Sərxan və onun dəstəsinin törətdiyi cinayət əməllərinin xəritəsi
Düşmənlə təmas xəttindən həyəcanlı xəbərlərin gəldiyi bu günlərdə gerçək döyüşçülər, həqiqi veteranlar cəbhəyə üz tutur, ordumuzun, əsgərlərimizin yanında olmağa çalışır, onlarla çiyin-çiyinə vuruşmağa can atırlar. Lakin bəzi saxtakarlar isə müharibə veteranı adından istifadə edib Bakıda xalqın torpağını zəbt edib, özünə biznes qurmaq haqqında planlar cızır, heç özləri də bilmədən düşmən dəyirmanına su tökürlər.
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58