Direktor: "AMEA-da cinayətləri aşkarladım, işdən qovdular"
Maraqlı23 noyabr 2020 15:58

"AMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşkarladığım neqativ və cinayət əməlləri səbəbindən əsassız olaraq məni vəzifədən azad etdilər".
Bunu Kult.az-a açıqlamasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Sevil Zülfüqarova deyib. O bildirib ki, 8 aylıq fəaliyyəti dönəmində kitabxanada üzə çıxardığı saxtakarlıqlardan sonra onunla bağlı belə bir qərar verilib:
"Bu vəzifəyə təyin edildikdən sonra kitabxanada ciddi islahatlar həyata keçirmişik. Üzə çıxardığım neqativ hallar AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başlamışdı. Ötən həftənin əvvəlində COVİD-19-a yoluxmağıma baxmayaraq, mənim işə gəlməyimi təkid edərək işdən çıxarılacağımla hədələyirdilər. Əslində isə məni 2014-2019-cu illər ərzində kitabxanada baş verən nöqsanları açıq şəkildə bildirdiyimə, təqsirkar şəxslərin cəzalandırılmasını tələb etdiyimə görə vəzifədən azad etdilər”.
S.Zülfüqarova aşkarladığı oğurluq və nöqsanların bir hissəsini açıqlayıb:
"2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hazırda 1 milyon 383 min 610 kitablıq fondu qalıb. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da, tətbiq edilməyib. Əvəzində "kustar” üsulla sertifikatsız, lisenziyasız proqram yığılıb və ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinib. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin kitabxanadakı kompüterlərin və digər texniki avadanlıqların da lisenziyası yoxdur. Bu azmış kimi 122 min 567 manat dəyərində 113 kompüter, 18 proyektor oğurlanıb.
Bundan başqa, 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238 min 449 manat olan 42 adda avadanlıq (dəyəri 35 min manat olan book-driver, 23 min kitab üçün dezinfeksiyaedici aparat – şkaf, 28 min 500 manat dəyərində Printer Manaxron H.plaz.r., 18 min manat dəyərində surətçıxarma aparatı "Konika”, 14 min manat dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz və s.) MEK-dən çıxarılıb. Bu gün MEK-in Bərpa konservasiya şöbəsində bərpaya ehtiyacı olan minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.
2014-cü ilə qədər elektron kitabxananın yaradılması, minlərlə PDF faylı MEK-in elektron bazasında öz əksini tapmayıb.
2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15 min 37 nüsxə kitab göstərilsə də, hazırda fondda 10 min 15 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə kitab isə müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da "oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.
Həmçinin 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun "C” formatında ("C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara inventar nömrələri yazaraq "C” formatına qoyulub ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyil. Beləliklə, yoxlama zamanı "C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olundu (Şöbə müdirinin izahatı əsasında). MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılıb.
Bundan başqa, MEK-də 2014-cü ilə qədər çalışmış ixtisaslı kadrların siyahısına nəzər yetirdikdə, 2014-2016-cı illər ərzində onlarla savadlı, bacarıqlı, ixtisaslı kadrın işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının hansı səbəbdən baş verdiyi məlum deyil. Yeni direktor vəzifəsinə təyin edildiyim keçən 8 ay pandemiya şəraitinə təsadüf etdiyinə baxmayaraq, qısa müddət ərzində fondun böyük bir hissəsi zirzəmidən, suyun içərisindən çıxarılaraq yuxarı mərtəbələrə daşınıb. Lakin nöqsanları aradan qaldırmağa çalışsaq da, kitabxananın sıfra enmiş nüfuzunu tam bərpa etmək mümkün olmadı”.
Keçmiş MEK direktoru qarşılaşdığı haqsızlığa görə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib.
Qeyd edək ki, AMEA noyabrın 20-də keçirilən iclasda Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarovanı MEK-in direktoru vəzifəsindən azad olunması barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 2025 11:01
- Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq
27 iyun 2025 00:01
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 2025 08:19
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 2025 12:02
- Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...
18 iyun 2025 22:02
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 2025 14:53
- Akademik İsa Həbibbəyli 15 min manat maaşla dolana bilmir?! Sabiq deputatın SENSASİON yazısı
11 iyun 2025 10:17
Xəbər lenti
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
Video & Fotoqalereya
Video
Fotoqalereya