- Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S
- Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
- Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
“Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
Kriminal22 fevral 2021 11:32
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, odlu silah saxlamaqda, hədə qorxu ilə tələb etmədə və bu kimi ağır cinayətlərdə ittiham olunan "Əmioğlu” ləqəbli Sumqayıt şəhər sakini, 51 yaşlı Eldar Cabarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, əvvəllər adam öldürməyə cəhddə, xuliqanlıqda, odlu silah gəzdirməkdə təqsirli bilinərək dəmir barmaqlıqlar arxasına düşən "Əmioğlu” bu dəfə də azadlıqda çox qalmayıb. O, növbəti cinayətə "imza” atdıqdan sonra yenidən "doğma məkana” – həbsxanaya qayıdıb.
Cabbarov keçmiş dustaq yoldaşını oğurlayır, 50 min manat tələb edir
İstintaq materiallarına əsasən Eldar Cabarov qardaşı Təbriz Cabarov, tanışı Şəadət Həsənovla əlbir olaraq keçmiş məhkum yoldaşı, 7 saylı Cəzaçəkmə Müəssisəsində tanış olduğu, azadlığa çıxdıqdan sonra da münasibət saxladığı Sumqayıt şəhər sakini Eldəniz Səmədovu oğurlayaraq ondan pul tələb etməyi planlaşdırıblar.
2019-cu ilin sentyabrında dustaq yoldaşına zəng vuraraq Yasamaldakı "Qanlı göl”ərazisində satdığı torpaq sahəsini almaq istəməsi ilə bağlı aldadaraq yaşadığı evə çağırıb. Söhbət əsnasında doğum günündə iştirak etmədiyini, onu saymadığın bəhanə gətirərək öldürəcəyi ilə hədələyib. Ölmək istəmirsə 50 min manat pul verməli olduğunu deyib. E.Səmədov razılaşıb, öz avtomobilini satıb pulunu ona verəcəyini deyib. Dəstə üzvləri E. Səmədovun "Mercedes Benz E 240” markalı avtomobilini, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini və "bardaçok”da olan 4350 manat pulunu hədə qorxu yoluyla əlindən alıblar.
Yarımtikilidə basdırılan meyit
İstintaq zamanı E.Cabarovun daha bir cinayət əməli ortaya çıxıb. Əməliyyat tədbirləri zamanı onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisində "Mercedes” markalı avtomobili ilə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi müəyyən olunub. E.Cabarov Z.Mircəfərovu öldürdükdən sonta izi itirmək məqsədilə meyiti Apşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən meyitin yeri müəyyən olunaraq ekskumasiya edilib. E.Cabarov qətli törədən zaman istifadə etdiyi "Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib. Onun barəsində məhkəmənin qırarı ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaq zamanı müəyyən edilib ki, E.Cabarov mərhum Zaur Mircəfərovun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilib və buna görə ona haqq verməsini tələb edib. 2019-cu ilin dekabrından 2020-ci ilin fevralına qədər Z.Mircəfərov müxtəlif vaxtlarda E.Cabarova aylıq haqq ödəyib. Axırıncı dəfə isə 200 manat pulu şəxsən özü deyil, hər ikisinin tanışı Qalib Əbdürrəhmanov vasitəsilə Eldara göndərib. Son günlər Z.Mircəfərov tələb edilən pulu E.Cabarova verməyib, onun zənglərini cavablandırmayıb. Bu səbəbdən E.Cabarov onu kirayə qaldığı mənzilə çağırıb. "Qonağ”ını digər qonaqların gözü qarşısında "Makarov” tipli tapança ilə ürəyindən vurub.
"Əmioğlu”nun "Dəvəçili Koba”və "Xalaoğlu”ilə iş birliyi
İstintaq zamanı təqsirləndirilən Eldar Cabarov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib. İlkin ifadələrində 2014-cü ildə türmədən çıxdıqdan sonra Moskvaya getdiyini, iki il orada yaşadığını, mərhum Z.Mircəfərovla da elə Moskvada tanış olduğunu, aralarında dostluq münasibəti yarandığını deyib. Bu münasibət Bakıya qayıtdıqdan sonra da davam edib, ara-sıra görüşüblər.
Qanqsterin ifadəsindən: "Zaur mənə maddi köməklik edirdi, ara-sıra marixuana gətirirdi. Onun narkotik satışı ilə məşğul olub-olmadığını bilmirəm. Qalib Əbdürrəhmanovla da Zaurun (Zaurla Qalib öz aralarında bir-birinə "xaloğlu” deyə müraciət ediblər-red.) vasitəsilə tanış olmuşdum. Zaur Qalibi mənə "Dəvəçili Koba” kimi təqdim etmişdi”.
"Gecə vaxtı niyə mənimlə görüşməyə can atırsınız?”
E.Cabarovun ifadəsinə görə, ötən il fevralın 21-də Qalib ona zəng vurub Zaurla birgə "Zəngəzur” saunasına getdiklərini deyib, onu da dəvət ediblər. Lakin E.Cabarov evdə qonağı olduğu üçün getməyib: "Zaur özü də zəng vurdu, dedim qonağım qadındır, gələ bilmərəm. Bir az keçmiş Qalib bizə gəldi, söhbət zamanı dedi ki, Zaur da səninlə görüşmək istəyir, bəlkə onu da çağırım. Dedim, sözünün canını de, gecə vaxtı niyə mənimlə görüşməyə can atırsınız? Dedi ki, Zaur payımı yeyib vermir, səni eşidər, mənə kömək elə. Dedim başqa yerdə danışıb söhbət edərik, bu evi tanımasın”.
Zaurla rahat söhbət etməkdən ötrü Eldarın Masazırda kirayələdiyi evə gediblər, Zaur özü də ora gəlib.
"Əmioğlu” ifadəsində deyir: "Zaurun qanı qara idi. Dedim Zaur, niyə Qalibnən yola getmirsən? Aranızdakı pul söhbəti nədir? Zaur da əsəbi halda " İrandakı bilər, mən bilərəm, Qalib kimdir? Sən niyə bu söhbətə qarışırsan? ” cavabı verdi. Dedim, səsinin tonunu aşağı sal, qarışma deyirsən, qarışmaram. Onun mənimlə bu cür danışmasına əsəbləşib əlimin arxası ilə ağzından sillə vurdum. Qəflətən ayağa durub əlini belinə atdı. Belindəki bıçağın knopkasını açanda cəld ayağa qalxıb silahı çıxarıb ayağına tuşladım. Əlində bıçaq mənə sarı gələndə dedim ki, üstümə bıçaq çəkirsən? Bu sözdən sonra elə bil Zaur ayıldı, bıçağı qatladı. Qalib Zaurla mənim arama girib bizi sakitləşdiridi. Zauru görmürdüm, tapançanı şalvarın kəmərinə salmaq istədim. Zaur tullanıb tapançanı tutdu. Əli ilə buranda əlim ağrıdı, qışqırdım, bu an güllə açıldı. Güllə Zaurun ürəyindən dəydi”.
E.Cabarov Zauru öldürmək niyyəti olmadığını, hadisənin səbəbkarının Qalib olduğunu deyib: "Onu öldürmək niyyətim olmayıb. Əgər olsaydı neçə saat çöldə idik, onda öldürərdim. Mübahisə vaxtı Qalib Zauru tutsaydı, mən silah çıxarmazdım. Mən heç vaxt Zaurdan haqq almamışam. Zaurla heç bir konfliktim olmayıb. Həmin gün Zauru çağırmamışdım, özü gəlmişdi”.
"Meyiti mələfəyə bükdüm, liftə qoyub aşağı düşürdüm...”
"Əmioğlu” səhər saatlarında Zaurun meyitini evdən təkbaşına çıxarıb zirzəmidə basdırdığını deyib: "Zaura qəbir qazmaq üçün yer axtarırdım. Taksi çağırıb axşam həmin yerə gəldim. Masazırdakı kirayələdiyim binanın yaxınlığındakı yarımtikilinin zirzımisində qəbir qazdım. Mənzilə qalxıb Zaurun maşınının açarlarını götürdüm. Maşını blokun qabağına sürdüm. Sonra meyiti mələfəyə büküb dəhlizə çıxartdım.Meyiti liftə qoyub aşağı düşürtdüm və maşının qabaq oturacağına yerləşdirdim. Birbaş yarımtikiliyə gəldim. Meyiti maşından çıxarıb sürüyüb qəbir qazdığım yerə gətirdim, üstünü torpaqla örtdüm. Polis əməkdaşları tərəfidnən saxlanıldıqdan sonra Zaurun meyitini basdırdığım yeri onlara göstərdim”.
Məhbəs yoldaşının oğurlanması ilə bağlı epizoda gəlincə isə, "Əmioğlu” deyib ki, Eldənizin ona 50 min manat borcu (Zərərçəkmiş E.Səmədov ifadəsində "Əmioğlu”ya heç bir borcu olmadığını deyib-red.) olub, dəfələrlə ondan pulunu geri istəyib: "Yasamaldakı evi 35 minə, maşını isə 15 min manata dəyərləndirmişdilər. Dedim, ev lazım deyil, heç olmasa maşını mənim adıma keçirt”.
Öldürülən narkotik alverçisinin arvadı: "Ailəsinə, uşaqlarına çox bağlı idi...”
Zərərçəkmiş Yeganə Mircəfərova ifadəsində Zaurla 2005-ci ildə ailə qurduqlarını, birgə nikahdan iki övladları dünyaya gəldiyini, ərinin çox mehriban, ailəsinə, uşaqlarına bağlı bir insan olduğunu deyib. Zaur əvvəl müxtəlif yerlərdə fəhlə işləyib, hərdən ticarət məqsədilə Rusiyaya gedib-gəlib, sonradan isə H.Z.Tağıyev qəsəbəsində icarəyə çay evi götürərək onu işlədib. Hadisədən bir gün əvvəl gecə saat 11-də işdən gələn Zaur arvadına deyib ki, paltarlarımı yığ, Qaliblə saunaya gedirəm: ” Gecə saat 03-də Zaura zəng vuranda dedi ki, narahat olma, yoldayam, gəlirəm. Ondan sonra Zaurun telefonuna zəng çatmadı. Məcbur qalıb Qalibə zəng vuranda dedi ki, Zaur məni evə düşürəndən sonra Xırdalana sarı getdi. Fevralın 25-də Zauru Sumqayıt şəhər sakini Eldar adlı şəxsin öldürdüyünü öyrəndik. Zaurun narkotik istifadəçisi olması barədə ölümündən sonra eşitmişəm. Onun hərəkətlərində hər hansı dəyişiklik hiss etməmişəm”.
Hadisənin birbaşa şahidi, təqsirləndirilənin və mərhumun yaxın dostu "Dəvəçili Koba” ləqəbli Qalib Əbdürrəhmanov ifadəsində Zaur Mircəfərovu uşaqlıqdan tanıdığını, bir-birlərinə "xaloğlu” deyə müraciət etdiklərini, "Əmioğlu”nu isə 2019-cu ilin dekabrında Zaurun vasitəsilə tanıdığını göstərib: "Hamı onu kriminal aləmdə hörmətli şəxs kimi tanıyırdı. Sumqayıtda ona "Əmioğlu” deyə müraciət edirdilər. Zaur demişdi ki, səni də "Əmioğlu” ilə tanış edəcəyəm, onun Rusiyada tanışları var, çətinə düşsən sənə köməklik edərlər. Həmin ərəfələrdə mən Rusiyaya gedib-gəlirdim, orada təmir işləri görürdüm. Bu yolla ailəmi saxlayırdım”.
Şahid təsdiqləyir: "Əmioğlu” Zaurdan haqq tələb edirdi...
Şahid ifadəsinin davamında deyib ki, narkotik satışına görə Eldar Zaurdan haqq tələb edib. Zaur da 2019-cu ilin dekabrından başlayaraq narkotikin satıına mane olmaması üçün Eldara pul verib. Bir sözlə, Eldar Zauru müdafiə edib, hər hansı mübahisənin onun lehinə həll olmasına köməklik göstərib. Zaur da Eldara görə Sumqayıtda rahat alverini eləyib. Axır vaxtlar Eldar Zauru bezdirib deyə sonuncu onun telefonlarına cavab verməyib.
Şahidin ifadəsindən: "Hadisə baş verən gün Zaurun xahişi ilə onunla birgə Eldarın evinə getdik. Zaur Eldarı öpmək istədi, amma Eldar çox soyuq görüşdü. Dedi ki, sən qudurmusan, mənim telefonlarıma cavab vermirsən? Onda maşınını burda qoyub gedərsən. Zaur belə bir şeyin olmadığını deyındə Eldar əsəbi halda "mən yalançıyam?” deyib siqaretin kötüyünü onun alnına basdı. Zaur da ayağa qalxıb "çaşmısan?” deyib Eldarı itələdi. Əlini yalandan belinə ataraq onu qorxutmaq istədi. Zaurun belində heç nə yox idi. Eldar silahı çıxarıb hazır vəziyyətə gətirəndə qarşısına keçib atəş açmamasını xahiş etdim. Mənə, "sən öl, qabağımdan çəkilməsən, səni vuraram” dedi. Atəş Zaurun sinəsindın dəydi. Zaur ona "Əmioğlu, məni niyə vurdun” deyib döşəməyə yıxıldı. Eldar cavabında "Məni zibilə saldın” dedi. Həmin vaxt Zaurun tanışı İlahə adlı qadın da bizim yanımızda idi. O, yaralını xəstəxanaya aparmağı təklif etsə də Eldar güllənin ürəyindən dəydiyini, artıq keçindiyini bildirdi”.
Şahidin ifadəsinə görə, Eldar həm ona, həm də İlahəyə hədə-qorxu gələrək silaha əllərini toxundurmağı tələb edib. Bunu onunla əsaslandırıb ki, silaha toxunsalar hadisə barədə heç kimə xəbər verməyəcəklər.
"Eldara dedim ki, Zaurun ailəsi məndən şübhələnəcək, axırıncı dəfə mənimlə birgə evdən çıxıb. Ona görə belə dedim ki, getməyimə icazə versin. Sonra dükana gedəcəyimi deyib oradan çıxdım. Mən meyitin basdırılmasına kömək etməmişəm. Zaurla mənim aramda heç bir pul söhbəti olmayıb. Münasibətlərimiz yüksək səviyyədə olub. Bir-birimizə pul borcumuz olmayıb. Bu haqda Eldardan heç nə xahiş etməmişəm. Zaur Məndən 20 min manat borc pul almayıb. Zaur narkotik satışından Eldara aylıq haqq verirdi. Mübahisə də buna görə idi”,-şahid hadisənin təfərrüatları haqda daha sonra bunları deyib.
Oxşar xəbərlər
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 2025 21:35
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 2025 12:41
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 2025 15:37
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 2025 13:33
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 2025 12:11
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 2025 14:07
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 2025 16:33
Xəbər lenti
- Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S
02 noyabr 02:21
- Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
02 noyabr 02:08
- Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
01 noyabr 21:10
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
01 noyabr 20:30
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
01 noyabr 13:26
- TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
01 noyabr 12:56
- İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib
01 noyabr 11:24
- Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT
01 noyabr 11:17
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
01 noyabr 10:05
- Kəklikotunun möcüzəvi faydaları
01 noyabr 09:44
- Ramiz Mehdiyevin gəlini Nigarın ATASI KİMDİR ?
01 noyabr 02:38
- Rüşvət alan MEŞƏBƏYİ həbs olundu
01 noyabr 02:24
- Azərbaycanda İLK - MEYİT-dən 19 yaşlı gəncə ÜRƏK KÖÇÜRÜLDÜ
31 oktyabr 23:51
- Xalq artisti xəstəxanaya yerləşdirildi
31 oktyabr 22:45
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı
31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN anası: İndi RAHAT ÖLƏ BİLƏRƏM
30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat
30 oktyabr 13:10
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı SAXLANILDI
30 oktyabr 11:32
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 10:17
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 00:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
