Fuad Poladovun xanımı - Müsahibə
Müsahibə12 mart 2021 11:00
Fuad Poladovun xanımı Gülüstan Poladova Moderator.az-ın suallarını cavablandırıb.
- Gülüstan xanım, öncə sizi salamlayıram. Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirəm.
- Siz sağ olun, buyurun.
- Fuad müəllim sonuncu dəfə 2 gün öncə Milli teatr günü Teatr muzeyində keçirilən tədbirdə xatırlandı. Sizi də həmin tədbirdə gördük.
- Bəli, Teatr muzeyində keçirilən tədbir Milli teatr gününə həsr olunmuşdu. Muzeyin direktoru Sevinc xanım mənə zəng edib bildirdi ki, Xalq rəssamı Arif Hüseynov Fuadın “Ağa Məhəmməd Şah Qacar” tamaşasındakı Qacar obrazının qrafika janrında portretini çəkib və muzeyə hədiyyə edib. O ailəsinin də bu tədbirdə iştirak etməsini istədi. Mən və bacısı tədbirdə sevərək iştirak etdik. Fuad Poladova qarşı olan bu sevgi və diqqət məni hədsiz sevindirir. Mən həmişə onunla fəxr etmişəm. İndi də edirəm.

- “Ağa Məhəmməd Şah Qacar” tamaşasını Fuad bəy çox sevirdi?
- Bəli, lap çox. O ümumiyyətlə ciddi və xarakterik obrazları çox sevirdi. Bu tamaşanı isə 50 dəfə oynamışdı.
- Amma teatrdan incik düşmüşdü.
- Danışırdısa, deyirdisə demək ki, incik düşdüyü məqamlar var idi. Onun teatrdan incik düşməsinin səbəbini də yalnız özü bilirdi. Heç vaxt teatrda olan hadisəni gəlib evdə danışmazdı.
- Nədənsə Fuad Poladovun ailə üzvlərini mediyada çox nadir hallarda görürük.
- Fuad müəllim sağlığında da xoşlamırdı ki, ailə üzvləri efirlərə çıxsın, müsahibə versin. O bunlardan çox uzaq idi. Mənə də dönə-dönə tapşırırdı ki, jurnalistlərə danışma. Onun xasiyyəti mənə və oğluma da keçib. Dəfələrlə efirlərə də məni dəvət ediblər, nədənsə getməmişəm.

- Sizi qorxudan nəsə bir sual var?
- Xeyr, heç nədən və heç kimdən çəkinmirəm, sadəcə olaraq çox göz önündə olmağı xoşlamırıq. Nə mən, nə də oğlum. Bizim ailədə qayda-qanun belədir ki, biz xoşlamırıq hər yerə çıxıb mənasız danışaq. Mənə elə gəlir ki, bu artıq bir şeydir.
- Fuad Poladovun sizə vəsiyyəti nə olmuşdu?
- O mənə xüsusi olaraq nəyisə vəsiyyət etməyib. Xəstə olanda bir gün də xəstəxanada yatmadı. Ev şəraitində müalicə alırdı. O həyatı boyu mənə elə vəsiyyət edirdi, biz daima müzakirələr aparırdıq, söhbət edirdik. Bir şeyi xahiş etmişdi ki, qoyma məni teatrdan götürsünlər. Amma konkret teatr adı çəkməmişdi.
- Sevmədiyi insanlar tipləri hansılar idi?
- İkiüzlü, yaltaq, hərşeydə pislik axtaran insanları sevmirdi və bizə də tövsiyyə edirdi ki, bu cür insanlarla yaxınlıq etməyək.
- Sənətkarın sənətini ailədə yaşadanlar varml?
- Xeyr, heç kəs yoxdur.
- Gələcəkdə nəvələrinizin Fuad müəllimin sənətinin davam etdirməsini istərdinizmi?

- Nə bilim həyat göstərər. Arzuları olsa edərlər. Biz heç kəsi məcbur edə bilmərik. Gərək istək olsun.
- Ev muzeyinin yaradılmasını istərdinizmi?
- Bunu mən etməliyəm? Mən bilən bizə təklif gəlməlidir.
- Təklif gəlməyəndə sənətkarın ailə üzvləri edir bunu.
- Mənim elə bir imkanım yoxdur axı. Bizdə də elə bir şey yoxdur ki, buna görə gedib kimdənsə xahiş edib, nəsə istəyək. Olmayıb, olmayacaq da.
- Fuad Poladovdan sizə bu günki gündə yadigar nələr qalıb?
- Onun qəzetləri, şəkilləri, şəxsi əşyaları, mükafatları və s. Düzdü bəzi arxivini mən Teatr muzeyinə hədiyyə etmişəm, amma çox hissəsi məndədir.
- O arxivin içərisində elə bir əşya varmı ki, o əşyaya baxanda hər şey bir daha gözünüzdə canlanır?
- Fuad Poladov həmişə mənim xatirəmdədir, elə bir əşya lazım deyil ki, yada düşsün.
- Xasiyyəti necə idi?
- Adi bir insan idi, danışırdı, gülürdü, ailədə necə lazımdır elə idi. Hər şey normal idi.
- Ailədə maddi vəziyyətiniz necədir?
- Mən işləmirəm, amma şükür Allaha, övladlarım işləyir. Hər şey normaldır.
- Adətən sənətkar dünyasını dəyişəndən sonra onun sənət yoldaşları həmin sənətkarın ailəsi ilə də əlaqələrini soyudur. Sizdə də belə oldumu?
- Sözün düzü, mən çalışıram heç kəsdən heç nə gözləməyim, onda adam rahat yaşayır. Amma elə adamlar var ki, hər zaman zəng edib oğlumdan da, məndən də hal-əhval tuturlar, soruşurlar. Amma belə ümumilikdə mən heç kəsdən heç bir şey gözləmirəm, nə zəng, nə də başqa bir şey. Ona görə də heç kəsi qınamıram.
- Sənətdə ən yaxın dostları kim idi?
- Onun ən yaxın dostları demək olar ki, hamısı dünyasını dəyişib. Hamlet Xanızadə ilə yaxın dost idi. Bu sahədə çox dostları var idi.
Oxşar xəbərlər
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
