Uşaqlar üçün ölüm kabusu - antibiotiklərlə necə davranmalı...
Vaqif Qarayev: “Kor-koranə uşaqlara antibiotik verirlər, vaxtında müdaxilə edib tənzimləməsək, xəstəni itirə bilərik”
Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb. Hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib. Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, az öncə Bakıda bənzər faciə yaşanmışdı. Məktəbli qız tibb bacısı tərəfindən antibiotik sınağı zamanı anafilaktik şokdan ölmüşdü.
Bəs belə halları necə önləməli? Artıq yoluxucu xəstəliklərin özünü daha çox göstərdiyi soyuq payız-qış dövrünə girmişik. Sirr deyil ki, bəzən valideynlər infeksion xəstə olan uşaqlarına antibiotik vurdururlar. Guya bununla uşaq xəstəlikdən daha tez sağalacaq. Ancaq bu zaman antibiotiklərin ən ağır fəsadlarından olan güclü allergiyadan onlar bixəbər olurlar. Valideynlər nələrə diqqət etməlidir?
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Antibiotiki mütləq həkim təyin etməlidir. Telefonla yox, virtual yox, qonşu, tibbi bacısının məsləhəti ilə yox. Aptekdən də soruşmasınlar. Hər zaman aptekdə diqqət edirəm, alıcı deyir uşağın qızdırması var, əczaçı üç antibiotiki çıxarıb göstərir. Bəzən dözməyib qışqırıram ki, sən qızdırmanın səbəbini bilirsən ki, bu qədər antibiotik çıxarırsan. Kor-koranə valideynlər uşaqlarına antibiotik verir. Bilirəm, bəzi həkimlər də antibiotikə çox meyllidir. Təbabətin öz qayda-qanunu var. Müayinə olunmalıdır, qanın ümumi müayinə göstəricilərinə mütləq baxılmalıdır. Qanın ümumi analizi çox sadə analizdir. Ancaq oradakı göstəricilərdən həkim qənaətə gəlir ki, virus başqadır, bakteriya başqa. Biz hər şeyə virus deyirik. COVİD-dən sonra virus təhlükəli "cin" olub. Virus infeksiyalarında antibiotik təyin olunmur. Analizdən, həm müayinələrdən biz onu görürük. Amma bakterial infeksiya analizdə göstərir. Əgər göstəricilər yuxarıdırsa, biz mütləq antibiotiklər təyin etməliyik. İkincisi, tibb tələb edir ki, antibiotiklər ancaq xəstəxana şəraitində vurulsun. Əgər antibiotik təyin ediriksə, deməli, bu uşaqda ciddi problem var. Deməli, o, xəstəxana şəraitində, tibbi personalın nəzarəti altında olmalıdır. Amma bizdə bu yoxdur. Çünki bir qayda da var. Antibiotiklər həkim resepti əsasında buraxılmalıdır. Aptekin ixtiyarı yoxdur ki, müştəriyə reseptsiz antibiotik versin. Bizdə aptekdə heç soruşmurlar da. Valideyn həkimdən telefonla soruşub yazır. Satıcı da telefondakı yazıya baxır, sonra dərmanı verir. Bu düzgün deyil. Bizdə, ümumiyyətlə, dərman bazarında hərc-mərclik hökm sürür. Düzdür, aptek satışla məşğul olur, amma tibbi müəssisə hesab olunur. Dünyanın hər yerində belədir. Amma bizdə kim daha çox satacaq, o daha yaxşıdır".
Vaqif Qarayev
Həkim antibiotiklərin əks-təsir etməsinin digər səbəblərini də açıqlayıb: “Sovet dövründə bu qədər antibiotik yox idi. Dəriiçi sınaq qoyulurdu. Sınaq dərman dəri altına yeridilsə, onun kristalları mütləq dərini şişirdəcək. Qızartı yaradacaq, nəticə də bu olacaq ki, bu orqanizm antibiotik götürmür. Misal üçün uşaqlara "mantu" vurulur, o, dəri altına vurulmur. Eyni qayda da antibiotik dəriiçi vurulmalıdır. Burada da peşəkarlıq tələb olunur. Amma sınaq olsa da, heç bir qızartı, şişkinlik yoxdursa belə, allergiya gözləniləndir. Ona görə deyirlər ki, antibiotiklərin təyinatı və yeridilməsi xəstəxana şəraitində olmalıdır. Bizdə bir çox tibb bacıları sınağı səhv qoyurlar. Düz etsə belə, bir hadisə olanda belə heç nə edə bilmirlər. Bir qayda da var, harada iynə otağı varsa, poliklinika, xəstəxana varsa, orada şok əleyhinə komplekt olmalıdır ki, bir hadisə baş verən kimi tibbi personal onu şokdan çıxara bilsin. Təbabətdə belə bir ifadə var, “ildırımvari” anafilaktik şok. Bir neçə saniyənin içərisində antibiotik anafilaktik şok yaradır. Bir neçə saniyənin içərisində biz xəstəyə kömək etməsək, onu itiririk. Ona görə deyirlər ki, antibiotiklər tibb personalının nəzarəti ilə vurulmalıdır. Şokun ən birinci əlaməti, qan təzyiqi kəskin aşağı düşür. Vaxtında müdaxilə edib, tənzimləməsək, xəstəni itirəcəyik. Yalnız bölgələr deyil, Bakıda da belə hadisələr çox baş verir. Burada valideynin də günahı var, amma həkimlərin günahını da istisna etmirəm. Poliklinikalarda hər uşağın şəxsi kartı olur. O dəftərçənin görünən yerində yazılmalıdır ki, uşağın antibiotikə reaksiyası var. Əslində o dəftərçələr də aradan götürülməlidir, uşaqla bağlı məlumatlar elektronlaşmalıdır. Hər bir uşağın elektron kartı olmalıdır. Valideyn o kartı verməlidir, o kart kompüterdə açılmalı, uşağa aid məlumatlar görünməlidir. Valideynlər hər hansı antibiotikdən sonra uşağında səpki, qusma, diskomfort hiss edirlərsə, mütləq növbəti həkimə gedəndə deməlidir ki, filan dərmandan sonra reaksiya olub.
Pensillin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Amma bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəriiçi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev isə bildirib ki, payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir: “İnfeksiyaların müalicəsi yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.
İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yanlış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olunan qayda ilə qəbul edilə bilər".
Səhiyyə Nazirliyi antibiotik istifadəsi zamanı bir sıra qaydalara əməl etməyi tövsiyə edir: “Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir. Antibiotik qəbul edən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir. Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir. Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün yalnız həkim təyinatı üzrə antibiotik qəbul etməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46