Bir ayənin yanlış tərcüməsi
Atif İslamzadə
Filologiya üzrə fəlsəfə doktoru
Qurani-Kərimdə bəzən bir sözün yanlış tərcümə olunması çox böyük fəsadlara yol açır. Z.Bünyadov, V.Məmmədəliyev və N.Qasımoğlunun tərcümə etdiyi mübarək Qurani-Kərimdə sabit olan eyni ayədə də çox təəssüf ki, ciddi nöqsana yol verilmişdir. Öncə onu qeyd edək ki, hər üç tərcüməçiyə sayğı duyuruq. Ancaq nöqsanları qeyd etməklə gələcəkdə bu kimi yanlışlıqlara yol verilməməsinə ümid edirik. Bu baxımdan Qurani-Kərimə daxil olan “İbrahim” surəsinin dördüncü ayəsində tərcümə yanlışlığının hansı mənfi nəticələrə gətirib çıxara bildiyinə diqqət çəkmək istəyirik. Bu ayədə peyğəmbərlərin hər qövmdən gələcəyi bildirilir:
“Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin” (İbrahim surəsi, ayə 4) (Qurani-Kərim. Tərcümə edənlər: Bünyadov Z. Məmmədəliyev V. Bakı: Azərnəşr, 1992, 711 s. göstərilən mətn s.221).
“Öz qövmünün dilində göndərdik hər peyğəmbəri, aydınlatsın ayələri soydaşlarına. İstədiyi kimsəni azdırar, istədiyi kimsəni doğru yola yönəldər Allah” (İbrahim surəsi, ayə 4) (Qurani-Kərim (tərcüməçi N.Qasımoğlu ) Bakı: Azərnəşr, 1993, 368 s. 123).
Təəssüf ki, tərcüməçilərin diqqətsizliyindən bu ayədə olan “rəsul” sözü “peyğəmbər” sözü kimi tərcümə edilmişdir ki, bu da müəyyən təhrifə səbəb olmuşdur. Məlumdur ki, rəsul və nəbi isimləri arasında məna etibarilə ciddi fərq özünü göstərməkdədir. Diqqət çəkək ki, farscadan dilimizə keçən “peyğəmbər” sözü, ərəbcədə olan “nəbi” sözünün qarşılığıdır. Bu ayədə isə nəbi deyil, rəsul sözü işlənmişdir: “Ve maerselna min resulin illa bilisani qevmihi liyubeyyine lehum feyuzillulahu men yeşau ve yehdi men yeşau ve huvel ezizul hekim” (İbrahim surəsi, ayə 4).
Xatırladaq ki, bu ayədə işlənən “qövm” sözü bu gün dilimizdə “qohum” kimi işlənməkdədir ki, bu da qohum xalqlara ən az bir rəsul gəlməsi anlamındadır ki, qohum xalqların ümumi bir qövm anlayışını ortaya qoyur. Ayədən belə anlaşılır ki,
Hər qövmün dilində danışan rəsul göndərilmişdir. Əgər bu ayə qövm kimi tərcümə olunarsa, o zaman aydın olar ki, qohum xalqlara bir rəsul göndərilib. Misal üçün türk mənşəli xalqlar, sami-hami xalqları, slavyan mənşəli xalqlar və s. yalnız bir və yaxud bir neçə rəsul görmüşlər. Ancaq bu söz qövm yox, millət kimi tərcümə olunduqda çox böyük çaşqınlıq meydana gəlir. Hətta bir çox məkrli şəxslər Qurani-Kərimə isnad edərək özünü öz millətinin peyğəmbəri elan edə bilər və iddia edər ki, bu millətə hələ peyğəmbər gəlməmişdir. Hər millətə peyğəmbər gəlişi kimi hökm meydana çıxsa, onda gərək azsaylı və çoxsaylı bütün millətlərə peyğəmbər gəlmiş olsun. N.Qasımoğlu görünür ki, bu anlama ciddiyyətlə yanaşmış və bu sözü elə ərəbcədə olduğu kimi tərcümədə qövm olaraq saxlamışdır. Ancaq N.Qasımoğlu da rəsul sözünü peyğəmbər kimi tərcümə etməklə başqa bir nöqsana yol vermişdir. Məlumdur ki, peyğəmbərlər iki cür olur: rəsullar və nəbilər. Bir qism peyğəmbərlər həm nəbi, həm rəsuldur. Digərləri isə yalnız nəbidir. “Nəbi” sözü mənşəcə ərəb dil tərkibinə aid söz olaraq fars mənşəli “peyğəmbər” sözü ilə eyni məna ifadə edir. Uca Allahın insanlar üçün göndərdiyi risalə rəsullara gələn məktubdur. Risalə nəbilərə, yəni peyğəmbərlərə gəlmir. Peyğəmbərlər rəsullara gələn kitabın, məktubun, suhufun (səhifənin) təbliğçiləridir. Bu barədə Bünyamin Atəş H.Cisriyə istinadən yazır ki, “Nəbi” kəlməsi xəbər mənasına gələn “nebe” kökündən alınmışdır. Özünün peyğəmbər olduğunu xalqa bildirən və ya Allah tərəfindən gələn hökmləri xəbər verən deməkdir. Yəni nəbilər ehkamla gəlmir, gələn ehkamları təbliğ etməklə vəzifələndirilir (Bünyamin Atəş “Peyğamberler tarihi”. İstanbul, Çağaloğlu nəşr, 1987. X baskı. Göstərilən mətn s. 49, 50).
Eyni yerdə B.Atəş göstərir ki, 313 rəsulun gəlişi barədə İslam tarixində sabit fikir mövcuddur. Demək bu ayə dəqiqliklə aşağıdakı kimi tərcümə olunmalıdır:
“Biz hər bir rəsulu yalnız öz qövmünün dilində göndərdik ki, ona izah edə bilsin” (İbrahim surəsi, ayə 4)
Əgər ayə bu şəkildə çevrilərsə, o zaman Qurani-Kərimin hökmü yerində olar və məqsədyönlü şəkildə müslimanlığın, eləcə də bəşəriyyətin gələcəyi İnanc kitabından hiyləgər siyasi məqsədlər üçün istifadə etmək imkanı məhdudlaşa bilər.
Bütün qohum xalqlara bir və ya bir neçə rəsulun gəlişi anlayışı bütün dağılmış daşları yerinə yerləşdirir. Çünki dünyada sonuncu peyğəmbərin gəlişinə qədər hər halda 313 qohum xalqdan çox xalq mövcud olmamışdır. Qohum xalq anlamı hətta əlli-yüz xalqın bir mənşədən gələn xalq olduğunu göstərməklə bir rəsul görməsi ilə ayənin həqiqətini təsdiq edə bilir. Əksinə olduqda isə hətta Muhamməd əleyhissəlamdan sonra rəsul və nəbi, bizim qavrayışımızla peyğəmbər gəlməyəcəyi haqda hökm şübhə altına düşür. Qurani-Kərimin “Əhzab” surəsinin 40-cı ayətində olan hökmlə Allahu-Təala sonuncu və xatəm peyğəmbərlik haqqında olan bütün yanlış iddialara son qoymuşdur: “Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və nəbilərin sonuncusudur” ( Əhzab, 40).
Göründüyü kimi ayədə açıq-aşkar rəsul və nəbi vəzifəsinə Muhamməd əleyhissəlamla son verildiyi bildirilir. Əgər “İbrahim” surəsindəki rəsul sözü peyğəmbər, yəni nəbi kimi tərcümə olunarsa, qövm də millət kimi çevrilərsə, o zaman belə çıxır ki, hələ bütün millətlərə peyğəmbərlərin gəlişi sona çatmayıb. Əlbəttə, bu da göstərdiyimiz kimi Qurani-Kərimdə Uca Allahın hökmlərinin inkar olunmasına gətirib çıxarar.
Biz bir tərcümədə bir sözün, başqa bir tərcümədə isə iki sözün necə fəlakətə yol açdığını, hətta bilmədən olsa belə Qurani-Kərimi bütünlüklə inkar etdiyinə diqqət yetirməklə, həmçinin onu göstərmək istəyirik ki, nəinki söz, hətta nöqtə və vergül belə mətnin mahiyyətcə təhrif olunmasına səbəb ola bilər. Ümid edirik ki, gələcək tədqiqatçılar özlərindən əvvəlki tədqiqatlara dəyər verməklə bərabər, bu tədqiqatlarda olan nöqsanları aradan qaldırmağa çalışacaqlar.
NUH.az
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Videodakı mənim qızım deyil - Deputat Günay Ağamalı
26 noyabr 2025 20:45
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 2025 13:33
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 2025 09:51
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 2025 22:47
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
