“Bayramda papaq atmaq olmaz, qeyrət rəmzidir...”
“Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır”.
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Faktxəbər-ə açıqlamasında deyib: “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də, təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.
A. Əhmədlinin bu iddiası cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun bu təklifini təqdir etsələr də, digərləri bunun əleyhinə çıxaraq, bunun populist çıxış olduğunu bildiriblər.
Tanınmış kulturoloq İlqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında papağın qapıya atılması məsələsinə münasibət bildirərək, bunda pis heç nə görmədiyini vurğulayıb: “Xalqın içindən gələn adət-ənənələri xalqa heç kim unutdura bilməz. Bu adət-ənənələr dünən də olub, bu gün də var, sabah da olacaq. Bu xalqın genindən gələn bir şeydir və belə də qalacaq. Adət-ənənəni mütləq şəkildə gələcək nəsillərə ötürmək lazımdır”. Kulturoloq qeyd edib ki, əvvəllər dərvişlər evləri gəzərək xurcunlarını şirniyyatla, nemətlərlə doldururmuşlar: “Hətta bizim kəndə də dərvişlər gəlirdi. Qapıya gələn insanları əliboş qaytarmaq olmaz”. “Papaq atmaq həmişə olub və olacaq da. Hər şeyi qeyrətə yazsaq, çox şeyi etməməliyik. Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur. Əksinə, xoş əhval-ruhiyyə yaratmaq üçün edirlər. Bu rəmzi xarakter daşıyır” — İlqar Hüseynov deyib. Kulturoloqun iki devalivasiyadan sonra hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq bayramın daha təmtəraqlı keçirilməsinə münasibəti belə olub: “Xalq ən çətin günlərində də, hətta müharibə vaxtı da bu bayramı qeyd edib. Bu gün bolluqdur. Çörək boldursa, deməli, bayramı qeyd edə bilərik. Ən çətin yaşayan ailə də öz bayram süfrəsini aça bilir. Adət-ənənəmizi qorumalıyıq”.
NUH.az
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 2026 00:10
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
8 may 2026 11:08
- Etibar Məmmədov rəsmi Bakının qərarını bəyənmədi
7 may 2026 16:39
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Yumurta bişirərkən bu detala diqqət etmirik — Zəhərlənməyə yol açır
6 may 2026 00:17
- SAKURA BUDAĞI, Vilnüs universiteti və...AYDIN bəyin yaratdığı VEYSƏLOĞLU
5 may 2026 16:28
- Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və...
2 may 2026 23:41
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
3 may 2026 13:27
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
