Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?

Diplom alan şəxslərin imtahan tarixlərində Şimali Kiprə getməməsi miqrasiya məlumatlarında sübut olunub; ekspertdən şok açıqlama: “Bu saxtakarlıq təsdiqlənərsə...”
Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.
Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı miqrasiya qeydləri ilə təsdiqlənib.
İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının - YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.
Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlayıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub.
Bahçeşehir Kipr Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol məsələ ilə bağlı Musavat.com-a bildirib ki, 17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.
Həmin faktlar öz təsdiqini tapsa, saxta yolla diplom alanlarla bağlı müvafiq ölçü götürülməlidirmi? Ümumiyyətlə, Türk Kipri ilə bağlı məsələ Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən araşdırıla bilərmi?
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzetində 2025-ci il iyunun 17-də dərc olunmuş və Bahçeşehir Kipr Universitetində Azərbaycandan olan şəxslərə guya dərslərə qatılmadan, hibrid sistem adı altında saxta doktorantura diplomlarının verilməsi ilə bağlı irəli sürülən iddialar Azərbaycan ictimaiyyəti üçün ciddi narahatlıq doğurur: “İddialar təsdiqlənərsə, bu təkcə bir universitetin deyil, bütövlükdə elmi dərəcə sisteminin nüfuzuna, elmi etikaya və dövlət idarəetməsində səriştə prinsipinə ağır zərbə ola bilər. Təhsilin forma və məzmun birliyinin pozulması, elmi dərəcənin ”kağız üzərində prosedur" formasında təqdim olunması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.
Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 31-ci maddəsinə əsasən, xarici ölkələrdə verilmiş elmi dərəcələrin və adların tanınması və onların hüquqi nəticələr doğurması yalnız müvafiq icra hakimiyyəti orqanı - Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu tanınma yalnız həmin dərəcənin qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq əldə edildiyi hallarda mümkündür. Qanunun 31.2-ci maddəsində isə birbaşa qeyd olunur ki, qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olmayan elmi dərəcələrin tanınması qadağandır. Əgər iddialar doğrudursa və doktorluq dərəcələri dərsə qatılmadan, təqvimdən kənar süni imtahanlar vasitəsilə əldə edilibsə, bu, açıq şəkildə həmin qanun müddəalarının pozulması deməkdir və belə diplomların tanınması hüquqi baxımdan əsassızdır.
Araşdırmalarda qeyd olunur ki, diplom alan şəxslərin imtahan tarixlərində ümumiyyətlə Kiprdə olmaması miqrasiya məlumatları ilə sübut olunub. Bu, yalnız etik deyil, həm də hüquqi baxımdan saxtakarlıq əlaməti daşıyır. Əgər bir şəxs tədris və imtahan prosesi zamanı fiziki olaraq təhsil aldığı ölkədə iştirak etməyibsə, o zaman həmin şəxsə verilən elmi dərəcə formaldır və elmi səviyyəni təsdiqləmir. Nəticə etibarilə, həmin diplomun Azərbaycanda nostrifikasiyası - yəni tanınması - həm qanuna, həm də elmi dəyərlərə ziddir".
Ekspert əlavə edib ki, 2023-cü ilə qədər Azərbaycanda illik nostrifikasiya üçün müraciət edən xarici diplom sahiblərinin sayı 2500-ə yaxın olub və bunların 18%-i Türkiyə və Şimali Kipr universitetlərindən əldə edilmiş sənədlərlə müraciət edənlərdir: “Bu da göstərir ki, Kipr ali məktəblərinin verdiyi diplomların Azərbaycanda tanınmasında xüsusi pay mövcuddur. Lakin bu cür halların artması ümumilikdə bu istiqamətdən gələn diplomlara qarşı güvəni sarsıdır və dövlət orqanlarında, xüsusilə akademik və inzibati sahələrdə çalışanların dərəcələri ilə bağlı ictimai şübhələri artırır.
Müsbət cəhət ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə nostrifikasiya prosesində şəffaflıq və nəzarəti artırıb. Artıq bəzi ölkələrin təhsil müəssisələri üzrə diplomların daha detallı yoxlanılması, müvafiq imtahanların tətbiqi və sənədlərin orijinallığının yoxlanılması istiqamətində irəliləyiş var. 2022-ci ildən etibarən Nazirlik Gürcüstan, Ukrayna və Şimali Kipr kimi regionlardan gələn diplomlara qarşı fərdi qaydada təhlil və təftiş mexanizmi tətbiq edir. Bu tendensiyanın daha da gücləndirilməsi vacibdir.
Dünya təcrübəsində bu tip halların qarşısını almaq üçün təhsil diplomlarının beynəlxalq keyfiyyət təminatı orqanları - məsələn, ENIC/NARIC şəbəkəsi - vasitəsilə qarşılıqlı verifikasiya sistemləri mövcuddur. Estoniyada, Almaniyada və Kanadada xarici diplomların tanınması zamanı ali məktəbin akkreditasiya statusu, proqramın tamlığının sübutu və fiziki iştirak sənədləri (məsələn, giriş-çıxış möhürləri, tələbə kartları, tədris günləri) tələb olunur. Azərbaycanda da buna bənzər şəkildə diplomların yalnız təqdimatına əsasən deyil, ətraflı elektron və hüquqi təhlili əsasında tanınması prosesi genişləndirilməlidir.
Əgər Bahçeşehir Kipr Universitetində bu cür qeyri-qanuni təcrübələr sübuta yetirilərsə, Azərbaycan tərəfindən aşağıdakı tədbirlərin görülməsi qaçılmaz olacaq: həmin diplomlar üzrə nostrifikasiya prosesinin dərhal dayandırılması, diplomla vəzifəyə təyin olunmuş şəxslərin mövqelərinə yenidən baxılması, mövcud nostrifikasiya qərarlarının ləğv edilməsi, müvafiq şəxslərin inzibati və ya hüquqi məsuliyyətə cəlb olunması. Eyni zamanda, bu halların baş verməsinə imkan yaradan universitetlərlə əməkdaşlıq, tələbə göndərişi və ya tanınma əlaqələrinin də dayandırılması müzakirə olunmalıdır.
Nəticə etibarilə, bu məsələ yalnız bir universitetin reputasiyasına deyil, Azərbaycan Respublikasının təhsil sisteminin və dövlət idarəçiliyinin səmərəliliyinə toxunan məsələdir. Təhsildə saxtakarlıq və formal diplomlaşma tendensiyası dayandırılmadığı halda, nə elmi inkişafdan, nə də səriştəyə əsaslanan dövlət quruculuğundan bəhs etmək mümkün olmayacaq. Bu səbəbdən dövlət orqanları, ictimaiyyət və medianın bu məsələni ciddi şəkildə izləməsi və hüquqi mexanizmlərin işə salınması zəruridir. Təhsilin nüfuzu və cəmiyyətin etimadı yalnız şəffaflıq, səmimiyyət və keyfiyyət üzərində inşa edilə bilər".
Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq, cavablandırıldığı təqdirdə yayımlayacağıq.
- Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Elçi də göndərmək istədi, razı olmadıq – ÖZƏL
21 iyun 2025 00:08
- Azərbaycanda axund 16 yaşlı qızı qaçırdı- AXTARIŞDADIR
20 iyun 2025 23:36
- Qadın SAXTA diplomla 20 il PSİXİATR işləyib
20 iyun 2025 09:20
- - Titanik - faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?
19 iyun 2025 23:11
- Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...
18 iyun 2025 22:02
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 2025 13:51
- Tısbağa uşağı öldürdü - Görün necə
12 iyun 2025 11:57
- TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
11 iyun 2025 22:06
- Sayt rəhbəri və oğluna HÖKM oxundu
11 iyun 2025 12:52
- Şagirdlərin ağzını - SKOÇ - layan müəllimə XƏBƏRDARLIQ
11 iyun 2025 10:30
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 13:58
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 13:51
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 12:36
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 12:27
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 11:06
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 10:52
- Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
21 iyun 10:38
- Deputat Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaş qəbulu keçirib
21 iyun 01:33
- Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Elçi də göndərmək istədi, razı olmadıq – ÖZƏL
21 iyun 00:08
- Azərbaycanda axund 16 yaşlı qızı qaçırdı- AXTARIŞDADIR
20 iyun 23:36
- Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinin bariz nümunəsi...
20 iyun 22:21
- Ərdoğanla Paşinyan arasında GÖRÜŞ
20 iyun 21:45
- Həbsdə olan sabiq icra başçıları (SİYAHI)
20 iyun 20:57
- Suraxanıda 17 yaşlı oğlanın intiharı dəhşətli cinayətlərin üstünü açdı- Manyak qonşu tərəfindən zorlanıbmış
20 iyun 14:58
- DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI- EKSKLÜZİV
20 iyun 14:44
- DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu - FOTO/VİDEO
20 iyun 13:06
- Naxçıvanda icra başçılarını Prezident təyin edəcək
20 iyun 12:53
- SON DƏQİQƏ! Xameneinin bunkeri yenidən vuruldu
20 iyun 12:21
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
20 iyun 11:14
- Daha bir rayonda yasda EHSAN verilməsi ləğv edildi
20 iyun 11:08
- Fərhad Əhmədovdan milyonlarla rüşvət alan Fransa vətəndaşı Bakıda məhkəmə qarşısında
20 iyun 11:01
- NAR-ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
20 iyun 10:04
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 09:54
- Azərbaycanın qızıl idxalı 18 DƏFƏ artdı - 4 ayda 27 TON
20 iyun 09:43
- Qadın SAXTA diplomla 20 il PSİXİATR işləyib
20 iyun 09:20
- Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir
20 iyun 09:03
- BAKCELL -PwC illik CEO sorğusu-nda iştirak edib
20 iyun 01:56
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 00:23
- Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
19 iyun 23:33
- - Titanik - faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?
19 iyun 23:11