Məhkəmə-Hüquq Şurası Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevi cəzalandırd

Məhkəmə-Hüquq Şurası Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevi cəzalandırdı…
İsmayıl Quliyev heç bir səbəb olmadan süründürməçilik edərək, işi 2 il 10 ay uzadıb…
Cəzalanmış hakim İsmayıl Quliyevlə Vəkillər Kollegiyasından qovulmuş Sevil Hacıyevanın işbirliyi…
Hakim olmayan torpağa necə çıxarış verə bilər ?
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu barəsində redaksiyamıza daxil olan şikayətlər əsasında media üzərindən araşdırma aparmalı olduq. Öncə İsmayıl Quliyevin ömür yoluna, avtobioqrafiyasına nəzər salaq. İsmayıl Quliyev 1974-cü ildə ( harada..?) anadan olub. 2000-ci ildə, yəni 26-27 yaşında Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bəs, aradakı illərdə İsmayıl Quliyev harada olub..? İsmayıl Quliyev hərbi xidmətdə olubmu..? Olubsa, niyə tərcümeyi-halında yazmır..? Ümumiyyətlə, maraqlıdır ki, İsmayıl Quliyev 1991-1995-ci illərdə harada olmağını niyə rəsmi tərcümeyi-halında qeyd etmir..? Biz kiminsə tərcümeyi-halına kölgə salmaq fikrindən uzağıq. Amma heç kimə sirr deyil ki, bu gün hüquq-mühafizə orqanlarında, məhkəmələrdə, vəkillər arasında xeyli sayda saxta diplom sahibləri var. Nəhayət, İsmayıl Quliyev hansısa “Rəqabət” kooperativində özünə iş tapır və 2001 – 2008-ci illərdə “Rəqabət” kooperativində işləyir.Və İsmayıl Quliyev yenə 3 il ( 2008-2011-ci illər ) harasa yoxa çıxır. Tərcümeyi-halında heç nə yazılmayıb. İsmayıl Quliyev 2011-ci ildə isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi kimi peyda olur. Və hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir. Görəsən, məhkəmə-hüquq sistemində 1-cə gün iş təcrübəsi olmayan İsmayıl Quliyev birdən birə Sumqayıt İnzibati Məhkəməsi kimi nüfuzlu bir quruma necə yol tapa bildi..?Axı, hakim olmaq istəyən hakim vəzifəsinə namizədlər uzun və mürəkkəb bir yol keçirlər. Hakim vəzifəsinə namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən seçilir. Onların bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, hakim vəzifəsinə yararlı və layiqli olması şəffaf surətdə yazılı və şifahi imtahanlar, ilkin uzunmüddətli tədris kursları (hakimlər üçün baza təhsili) və yekun müsahibə yolu ilə həyata keçirilir.Sonra yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçən namizədlər uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi başa çatdıqdan sonra namizədlərlə Məhkəmə-Hüquq Şurasında söhbətlər olur. Sonda Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.İndi gördünüzmü, məhkəmə hakimi təyin olunmaq üçün uzun və mürəkkəb yol keçməlisən. Görəsən, hakim İsmayıl Quliyev bu yolu keçibmi..? Əgər keçibsə, niyə Məhkəmə-Hüquq Şurası 24 fevral 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı QƏRAR verdi. Səbəb nədir ? Müraciətə səbəb hakimin inzibati işə hər hansı əsaslı səbəb olmadan ağlabatan müddətləri ötürməklə 2 il 10 aya baxması, nəticədə süründürməçilik hallarına yol verməkləuzun müddət ərzində əsassız olaraq iş üzrə yekun qərar qəbul edilməməsi olmuşdur. Deməli, hakim İsmayıl Quliyev HƏR HANSI SƏBƏB OLMADAN, süründürməçilik edərək prosesi 2 il 10 ay uzadıb. Bu barədə mediada kifayət qədər yazılıb. Hakim İsmayıl Quliyevin məmurların sifarişi ilə prosesi uzatması, ədalətsiz qərarlar qəbul etməsi adi hal alıb. Məsələn, hakim İsmayıl Quliyev Sumqayit İnzibati Məhkəməsində iddiaci Daşdəmirov Balasoltan Camaləddin oğlunun iddia tələbinə dair (cavabdeh: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Emlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi ) və iş üzrə üçüncü şəxs qismində Bahadırova Səfurə Müslüm qızı olmaqla 2-1(118)-54/2022 saylı iş üzrə məhkəmə prosesini heç bir əsas olmadan uzadır. Məlumat üçün qeyd edək ki, hakim İsmayıl Quliyev bu məsələ ilə bağlı özü verdiyi qərarı özü də ləğv edib. İndi yenidən bu məsələni heç bir əsaslı səbəb olmadan uzadır. İsmayıl Quliyev verdiyi birinci qərarında yazır ki, guya torpaq sahəsi akt əsasında icra məmuru tərəfindən təhvil-təslim edilib. Amma belə bir akt nə iş materillarında, nə də ümumiyyətlə yoxdur, mövcud deyil. İsmayıl Quliyev məhkəmə tarixində olmayan bir işə, yəni olmayan torpaq sahəsi üçün çıxarışla bağlı qərar verir. Bu adamdan soruşmaq lazımdır ki, olmayan, koordinatları bəlli olmayan torpaq sahəsinə necə çıxarış vermək olar..? Qarşı tərəf bu barədə hakim İsmayıl Quliyevdən soruşanda o, deyir ki, hara düşür düşsün də, sizdən nə gedir ki..?BTİ-nin nümayəndəsi isə deyir ki, məhkəmə qərarı icra olunmayıbsa, bunun icrası mümkün deyil. Hakimə bildirəndə ki, olmayan torpaq sahəsi ilə bağlı qərar versəniz biz yenidən 2-3 il məhkəmələrə gedib-gəlməliyik. Hakim İsmayıl Quliyev isə deyir ki, mən elə-belə çıxarış verirəm, sizin “toçkalara”, sizin torpaq sahəsinə düşmür ki…İndi təsəvvür edirsinizmi, bu hakim hansı məntiqlə işləyir..? Mövcud olmayan, koordinatları bəlli olmayan torpaq sahəsinə havadan çıxarış vermək olar..? Hansı ki, belə bir absurd qərarı İsmayıl Quliyev vaxtilə vermişdi və öz imzası ilə özü verdiyi qərarı ləğv elədi. İndi yenidən həmin oyunu oynamaq istəyir. Şikayətçi tərəf bildirir ki, İsmayıl Quliyev ötən dəfə də qərar vermək üçün müşavirəyə getdi və 10-15 dəqiqiədən sonra gəlib elan etdi ki, müddəti 10 gün uzadıram, yəni məhkəməni 10 gün təxirə salır.
Onu da qeyd edək ki, məhkəmə işində iddiaçı kimi adı keçən Daşdəmirov Balasoltan Cəmaləddin oğlu qalmaqallı, Vəkillər Kollegiyasından qovulan, haqqında cinayət işləri açılmış Sevil Hacıyevanın atasıdır. Deyəsən hakim İsmayıl Quliyevlə Sevil Hacıyeva yaxşı tapışıblar. Biri cəza almış hakim, o biri isə qovulmuş vəkil…Məsələnin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. Və Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Sumqayıt İnzibati Məhkəməsi sədrinin fikirlərini öyrənməyə çalışacağıq.
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 2025 00:01
- Özümü məhkəmənin qabağında yandırmalı olsam belə... məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdiFOTO
22 may 2025 14:19
- QMİ Qurban bayramı ilə bağlı fətva verdi
22 may 2025 11:42
- Sumqayıtda qəzada ölən şəxs qazi imiş
21 may 2025 18:35
- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə - A Ç I Q M Ə K T U B
21 may 2025 14:27
- Azərbaycanda doğum səviyyəsi hansı rayonda nə qədərdir? – Tam siyahı
19 may 2025 23:16
- Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi
19 may 2025 19:36
- Keçmiş nazirin Azərbaycandan çıxışına STOP qoyuldu - Borc qalmaqalı
19 may 2025 19:07
- Məktəbdə yıxılan müəllimənin qolu qırıldı- Direktor 1000 manat cərimələndi
18 may 2025 18:51
- Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən ETİRAZLAR
18 may 2025 12:24
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 00:01
- Şahbaz Şərif Azərbaycana gələcək
22 may 20:46
- Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
22 may 15:15
- Özümü məhkəmənin qabağında yandırmalı olsam belə... məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdiFOTO
22 may 14:19
- Bizim Kainat yurdumuz (Esse)
22 may 12:58
- Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı
22 may 12:12
- QMİ Qurban bayramı ilə bağlı fətva verdi
22 may 11:42
- 2 milyonluq yeyinti - Direktor həbs edildi
22 may 11:39
- ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü
22 may 11:36
- Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 may 11:09
- Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın - Lavrov
22 may 01:04
- Pakistan ordusunu geri çəkir - Razılaşma
22 may 00:51
- Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
22 may 00:32
- Rusiyada Stalinə maraq niyə artır?
22 may 00:23
- NАR-ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk B4B kitabı təqdim olundu
21 may 23:51
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
21 may 23:07
- Həccə gedəcək ən gənc azərbaycanlı zəvvarın 13 yaşı var
21 may 19:45
- Sumqayıtda qəzada ölən şəxs qazi imiş
21 may 18:35
- Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?
21 may 14:36
- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə - A Ç I Q M Ə K T U B
21 may 14:27
- Səfirliyimizə hücum edənin edamında kimlər iştirak edib?
21 may 13:25
- İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA
21 may 13:01
- Yeni təyin edilən nazir kimdir? - DOSYE
21 may 12:56
- Qadınlar üçün ən faydalı yemək açıqlandı – TEZ-TEZ YEYİN
21 may 00:49
- Hərbi hissələr üçün 200 min manat dəyərində telefon alınır
21 may 00:22
- Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
20 may 22:01
- Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır
20 may 21:41
- İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış etdi (YENİLƏNİB)
20 may 19:25
- Dilçilik İnstitutunun direktoru: - Tak çto -...
20 may 17:59
- Bakcell süni intellekt təlimi təşkil etdi
20 may 17:39