Türk liderlərin Qəbələdən dünyaya mesajları

Azərbaycan Prezidenti TDT-nin Zirvə görüşündə hərbi təlimlər keçirməyi, Ərdoğan isə müdafiə nazirlərinin toplaşmasını təklif etdi
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Sammitdən əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, toplantı “Sülh və təhlükəsizlik” mövzusuna həsr olunub: “Təhlükəsizlik bütün ölkələr üçün əsas prioritet olaraq qalır. Türk dünyası ortaq ailədir və qlobal güc mərkəzi kimi formalaşmaqdadır”.
Liderlərin bir araya gəlməsindən öncə isə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib. “Yeni Müsavat” xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Zirvə toplantısı başlanana qədər Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Sonra Prezident TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb, birgə foto çəkdiriblər.
“Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz”. Bunu Prezident zirvə toplantısında deyib. Dövlət başçısı TDT-yə uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkür edib: “Bu gün TDT ciddi geosiyasi mərkəz kimi formalaşır. Ortaq tarix və etnik köklərimiz bizi bir ailə kimi birləşdirir”.
Prezident vurğulayıb ki, ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq vacibdir: “Sevindirici haldır ki, TDT-nin rəsmi zirvə görüşləri ilə yanaşı qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib”. O bildirib ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün vacib amildir: “Dünyanın üzləşdiyi geosiyasi təhdidlər fonunda qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü iclasın mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”.
Prezident qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək: “Biz Ermənistanın işğalını heç vaxt unutmayacağıq, şəhidlərimizin xatirəsini əziz saxlayacağıq, onların qanını biz döyüş meydanında aldıq”.
Prezident deyib ki, 2022-ci ildən bəri Orta dəhlizlə yük daşımalar artıb: “Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Sülh, regional bağlantılar və iqtisadi inkişafla bağlı olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təminində özünü əvəzolunmaz və etibarlı tərəfdaş kimi təsdiqləyib. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik".
İ.Əliyev q eyd edib ki, Azərbaycan TDT-yə üzv ölkələrə bir çox önəmli sərmayələri icra edir. O bildirib ki, bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Bunun çox hissəsi Türkiyə iqtisadiyyatına qoyulan sərmayələrdir. Ümumilikdə, atılan addımlar Türk dünyasında dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir”.
Dövlət başçısı gələn il I Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli keçirilməsini təklif edib. Eyni zamanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”, - deyə Prezident Əliyev təşəbbüs irəli sürüb.
Həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək olan qardaş ölkələrə təşəkkür edib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq: “Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir”.
Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxardığını vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır: “Azərbaycan həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik”.
Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında deyib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir: “Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların öhdəsindən daha yaxşı gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik olacaq”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev öz növbəsində TDT-nin Kibertəhlükəsizlik Şurasının təsis edilməsini təklif edib: ""Azərbaycan və Ermənistan arasında sülhlə bağlı birgə bəyanatın imzalanmasını təqdir edirəm. Bu mühüm addım 30 illik münaqişənin həllində həlledici rol oynayacaq. Qazaxıstan TDT+ formatını təklif edir. Bununla biz təşkilatımızın nüfuzunu artırmış olarıq".
Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O bildirib ki, bu gün bir çox məsələlərə etinasız yanaşan beynəlxalq sistemlə qarşı-qarşıyayıq: “Təşkilatımızın dəyişən şərtlərə ayaq uyduran, beynəlxalq məsələlərdə ortaq duruş sərgiləyən təşkilata çevrilməsini arzu edirik. Müxtəlif təhlükəsizlik sınaqları ilə məşğul olduğumuz şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür. Bu mənada TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək”.
“Türk dünyasının bölgəmizin sabitliyində və təhlükəsizliyində daha mühüm rol oynayacağına inanırıq”. Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə belə deyib O bildirib ki, bu gün təşkilatın qətiyyətli mövqe ortaya qoyması vacibdir. Ərdoğan Türk dövlətlərinin birgə müdafiə potensialının formalaşdırılmasını zəruri sayıb, bu aspektdə iyul ayında müdafiə nazirlərinin keçirilmiş toplantısını yüksək dəyərləndirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, TDT-nin beynəlxalq təşkilat kimi rolunun gücləndirilməsi üçün Strateji Dostluqla bağlı Sazişin qəbul edilməsi prosesi yekunlaşdırılmalıdır: “Biz iqtisadi və ticari münasibətlərimizin sənaye sahəsində də gücləndirilməsini, Türk dövlətlərinin Sənaye Alyansının təsis edilməsini təklif edirik. Praktiki əməkdaşlığımız konkret layihələrlə həyata keçirilməlidir”.
“Avropadan fərqli olaraq burada müharibə, qeyri-qanuni miqrasiya, ailə dəyərlərini sıxışdıran nələrsə yoxdur”. Bunu isə Macarıstanın Baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmətdir: “Bunlar burada var. Bu gün burada güclü liderlər toplaşıb”.
HAZIRLADI: Emil SALAMOĞLU,
“Yeni Müsavat”
- Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi
3 oktyabr 2025 21:53
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 2025 22:57
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 2025 12:01
- 15 ildən sonra dünyaya gələn evin tək oğlu idi... - Doğum günü olan ŞƏHİDİMİZ
24 avqust 2025 22:43
- Bir vaxtlar dünyaya pambıq satan Özbəkistan... ABŞ-dan pambıq alacaq
16 avqust 2025 00:34
- Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub - Tokayev
15 avqust 2025 14:04
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Türk adlarına qoyulan qadağa Pezeşkianı HƏRƏKƏTƏ GƏTİRDİ
12 avqust 2025 11:00
- Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu
2 avqust 2025 00:25
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37