AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR

Könül Aydın Nəhmətova
Filologiya üzrə fəlsəfə doktoru
2024-cü il buraxılış və qəbul imtahanlarının testlərində və tapşırıqlarında Azərbaycan dili fənni üzrə suallarda ciddi elmi səhvlər müşahidə edilir. Bu nöqsanlar daha çox oxu və yazı bacarıqlarının yoxlanmasında özünü göstərir.
Mart ayında buraxılış imtahanının test tapşırığında mətnin problemi ilə tezisin qarışdırılması məsələsini Feysbukda canlı yayım vasitəsilə izah etmişdim. İndi isə Jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanında esse yazı işi üzrə yol verilmiş nöqsana rast gəlirik.
4 avqust tarixində Jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanında belə bir mövzu təqdim edilmişdir: “Bəzi insanlar düşünürlər ki, pul xoşbəxt olmaq üçün vasitə deyil. Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?”
Öncə bunu qeyd etmək vacibdir ki, esse mövzusu məna əlaqələrinə görə mətnin struktur tiplərindən biri nəzərə alınaraq formalaşdırılmalıdır. Mətnin struktur tipləri dedikdə ardıcıllıq, səbəb-nəticə, ziddiyyət, problem-həlletmə xarakterli kompozisiyalar nəzərdə tutulur. Hər bir struktur modelinə görə başlıqların yazılmasının öz şərtləri vardır ki, esse üçün təqdim edilmiş tapşırıq şərti bunlardan birini düzgün şəkildə əks etdirməlidir. Verilmiş tapşırığın şərtində imtahanı təşkil edən ekspertlərin hansı bilik və bacarıqları yoxlamaq istədiklərini dəqiq müəyyənləşdirmək olmur. Sualın qoyuluşu heç bir modelə uyğun görünmür.
Esse tapşırığının şərtində problematik sual qoyulursa və burada “bəziləri”, “bir sıra inasanlar”, “bir qism adamlar” kimi ifadələrdən istifadə edilərək mövqe qoyulursa, bu, ziddiyyətli essenin yazılacağına işarə edir. Bu zaman həmin mövqe mübahisəli bir məsələyə aid olur və iştirakçıya əks arqumentlərlə çıxış etmək imkanı verir. Bu növ essenin məqsədi namizədin opponentinin fikirlərini təkzib etmək bacarığını yoxlamaqdır.
İndi gəlin DİM-in təqdim etdiyi tapşırığı onun məzmunu baxımından təhlil edək. Taapşırıq şərtinin birinci cümləsini parafraz edək:
“Bəzi insanlar düşünürlər ki, pul xoşbəxt olmaq üçün vasitə deyil.” – Bəzi insanlara görə, xoşbəxtlik üçün puldan vacib amillər vardır.
İkinci cümləni parafraz edək:
“Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?” – Sizcə, xoşbəxt olmaq üçün vacib olan amillər nələrdir?
“Bəzi insanlara görə, puldan vacib amillər vardır. Sizcə, xoşbəxt olmaq üçün vacib olan amillər nələrdir?” - belə bir esse mövzusunda ziddiyyətli, müqayisəli bir məsələ görə bilmirik. Bu suallar məzmunca səbəb-nəticə xarakterli essenin strukturuna gətirib çıxarır. Amma tapşırığın şərtində “bəzi insanlar düşünürlər” ifadəsi ilk oxunuşda ziddiyyətli essenin kompozisiyasını yada salır və iştirakçını yanıldır.
İndi isə essenin məzmnunu təsəvvür etməyə çalışaq.
Mətnin giriş hissəsində iki böyük problem qoyulur: “Bəzi insanlara görə, xoşbəxtlik üçün niyə pul deyil, başqa amillər daha vacibdir?”, “Mənə görə, xoşbəxt olmaq üçün hansı amillər vacibdir?” Belə bir məzmunun formalaşdırılmasında əsas problem ondadır ki, bir esse mətnində məsələyə eyni prizmadan iki dəfə baxmaq iştirakçının hansısa mühüm bacarığını yoxlamaq üçün əsas deyildir. İki fərqli tərəfin – bəzi insanların və mənim eyni yanaşmamızı mətndə iki dəfə əsaslandırmaqdan başqa bir nəticəyə nail olmayacağıq. Bu isə heç bir esse növünə aid tapşırıq modeli ola bilməz və Yazı standartlarında belə bir meyar yoxdur.
Esse mövzusunu formalaşdırmaq üçün lazım olan bilirklərdən biri də arqumentativ və inandırıcı essenin fərqidir. Ziddiyyət xarakterli esse arqumentativ essedir. İnandırıcı esse isə verilmiş hər hansı bir fikrin isbatını əhatə edir. Bu növ esse strukturuna görə sadə essedir və namizədin fikrini əsaslandıra bilmək bacarığını yoxlayır. Belə essenin mövzusunu formalaşdırmaq üçün bir aforizm və ya ictimai yanaşmaya münasibət bildirmək və fikrini əsaslandırmaq tapşırığı verilir. DİM-in qabiliyyət imtahanında rəqdim etdiyi mövzunu inandırıcı esse mövzusu kimi belə dəyişmək olar: “Cəmiyyətdə belə bir yanaşma vardır ki, pul xoşbəxt olmaq üçün əsas amil deyildir. Siz xoşbəxtliyi nədə görürsünüz?” Belə bir mövzu esse müəllifinin pulun niyə əsas amil olmadığını və onu xoşbəxt edən səbəblərin əsaslandırılmasını əhatə edəcəkdir.
Arqumentativ essenin əsas xüsusiyyəti əks arqumentlərlə çıxış etməkdirsə, inandırıcı esse, sadəcə, fikrin əsaslandırılması, müəllif mövqeyinə inandırma tələb edir. Bu fərqi bilmədən esse tapşırığının şərtini yazmaq yuxarıda izah etdiyimiz problemlərə yol açır.
Məqalədə bəhs etdiyimiz mövzu – mətnin strukturu həm Oxu, həm də Yazı məzmun xəttinin standartlarına aiddir. Buraxılış imtahanının test tapşırığında mətnin problemi mövzusu ilə bağlı səhvi də nəzərə alaraq bu qənəatə gəlirik ki, Azərbaycan dili fənninin Oxu və Yazı məzmun xətləri üzrə standartarda nəzərdə tutulmuş bilik və bacarıqarı yoxlamaq üçün mütəxəssilərimizin özlərinin akademik biliklıri və metodoloji səriştələri çatışmır.
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
9 oktyabr 2025 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
9 oktyabr 2025 15:37
- Prezident Tacikistana səfərə getdi (FOTO)
9 oktyabr 2025 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Millimiz Fransaya 8-0 məğlub oldu
9 oktyabr 2025 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
9 oktyabr 2025 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
8 oktyabr 2025 21:42
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17