Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT

CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü ilin aprel ayında Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Balaxanı qəsəbəsi, “Fazenda” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Yataq otağında, döşəmədə, üzü üstə uzanıqlı vəziyyətdə 2006-cı il təvəllüdlü Rəşid İmanovun meyiti aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Rəhim Əsədov 2024-cü ilin aprel ayından “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşid İmanovla əlaqə saxlayaraq, iyunun 14-ü saat 11 radələrində, Rəşidin Balaxanı qəsəbəsində yaşadığı evə gedib. Rəhim orada Rəşid İmanovun onunla oral sekslə məşğul olmaq təklifini qəbul etməyərək, əmlakını ələ keçirməyi qərarlaşdırıb. Pul vəsaitini və “iPphone” markalı mobil telefonunu ələ keçirmək məqsədi ilə hücum edərək, Rəşidin boğazından tutub və üzü üstə döşəməyə yıxıb. Dərhal sonra mətbəxə keçərək, ordan məişət təyinatlı bıçağı götürüb otağa qayıdaraq, Rəşid İmanovun boğazına və boynuna xəsarətlər yetirib. Nəticədə zərərçəkən ölüb.
İş üzrə dindirilmiş Rəhim Əsədov bildirib ki, 2006-cıdə Yevlax şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Şuşa rayonun Xəlifəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə Bakı şəhərində, Ramana qəsəbəsinin Südçülük sovxozunda yaşayıb:
“Hadisədən təxminən 2 ay əvvəl sosial şəbəkədə “Ağa” adlı profili işlədən Rəşid İmanovla tanış olmuşam. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığım ünvanda görüşmüşük. Mayın 10-da “Whatapp” tətbiqində yazışarkən Rəşid məni yaşadığı evə dəvət etdi. Görüşüb, ondan borca 50 manat pul aldım. İyunun 13-ü saat 22 radələrində “Whatapp”da danışarkən Rəşid növbəti gün məni yenidən evə çağırdı. Ayın 14-ü saat 11 radələrində ondan 100 manat almaq məqsədi ilə yaşadığı ünvana getdim. Rəşid məni qarşılayaraq, çay içməyi təklif etdi, mən isə cavabımda vaxtım olmadığını və pul üçün gəldiyimi dedim. Rəşid ünvanıma nalayiq ifadələr işlədəndə, əsəbiləşərək boğazından tutub onu döşəməyə yıxdım. Söyüş söyməkdə davam edən tanışımı öldürməkdən ötrü mətbəxdən bıçağı götürdüm. Döşəmədə uzanan Rəşidin saçından tutub başını bir az yuxarı qaldırdım.
Bıçaqla boğazına zərbələr endirdim. Rəşidin öldüyünü görüb masa üzərində olan mobil telefonu götürüb evi dərhal tərk etdim. Hadisənin şahidi olmasa da, həmin gecə polis əməkdaşları yaşadığım ünvana gəlib məni 12-ci şöbəyə apardılar”.
Rəhim Əsədov əlavə edib ki, hadisə zamanı özü xəsarət almayıb. Qaydasız döyüşlə məşğul olduğu üçün qısa zamanda Rəşidin müqavimətini qırıb. Rəşid onu bir dəfə yumruqla vurmaq istəsə də, zərbədən yayınıb. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə təsiri altında olmayıb.
Məhkəmə iclasında Rəhim Əsədov bildirib ki, Rəşid İmanovdan borca aldığı pulu qaytarmayıb: “Hadisə günü ondan ikinci dəfə yenə borc almaq üçün evinə getdim. Rəşid ünvanıma söyüş söyməsəydi bu hadisə baş verməzdi. Hadisəni törətdikdən sonra mərhumun telefonunu izi itirmək niyyəti ilə götürdüm, sonra könüllü onu polis əməkdaşlarına təqdim etdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadəsində göstərib ki, o, Salyan rayonunun Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Böyük oğlu Rəşid müxtəlif restoranlarda aşpaz kimi çalışıb:
“Özüm Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmuşam. İyunun 15-də 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi məni yanına çağıraraq, dedi ki, oğlum öldürülüb və buna görə mən təkadamlıq kamerada saxlanılmalıyam. Bu hadisə cəzamın bitməsinə 9 gün qalmış baş verdi. Bu xəbəri eşidəndə əvvəl oğlumun düşmənlərim, yəni qətlə yetirdiyim şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşündüm. Amma azadlığa çıxandan sonra mənə məlumat verdilər ki, oğlumu Rəhim adlı həmyaşıdı vurub. Rəşid sağlığında sakit təbiətli, davaya meyili olmayan uşaq idi. Ailə üzvlərim bir ildir ki, Balaxanı qəsəbəsində, kirayədə yaşayırdılar”.
Rüstəm İmanov bildirib ki, azadlığa çıxandan 2 gün sonra Rəhimin Nizami adlı qohumu 1000 manat pul gətirərək “həbsxanadan təzə çıxmısan, lazım olar” deyib. Ümumilikdə təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2200 manat pul verilib. O, Rəhim Əsədovdan şikayəti olmadığını qeyd edib.
Şahid Fərid Əliyev ifadəsində göstərib ki, Rəşid onun dostu İsmayıl İmanovun əmisi oğlu olub:
“İyunun 14-də qəsəbədə yerləşən marketin qarşısında İsmayılla görüşdüm. Rəşidə zəng vursaq da, cavab vermədi. Bir müddətdən sonra Rəşidin anası İsmayıla zəng edərək, oğlundan narahat olduğunu bildirərək, evlərinə gedib ona baxmağımızı istədi.
Birlikdə darvazadan həyətə keçib, qapısını döysək də, açan olmadı. Daha sonra pəncərədən evə girməkdən ötrü, İsmayıl qonşudan kəlbətin götürərək, mismarları çıxardı. Yataq otağına daxil olanda Rəşidi yerdə üzü üstə uzanıqlı vəziyyətdə gördük. Halım pisləşdiyi üçün dərhal otaqdan çıxdım. İsmayıl mənim telefonumdan polisə və təcili tibbi yardıma zəng vuraraq, bu barədə məlumat verdi”.
Mərhumun anası, şahid Günel İmanova bildirib ki, yoldaşının təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir. Şəxsən o, Rəhim Əsədova ən ağır cəza verilməsini xahiş edib.
Şahid Adilə Əsədova bildirib ki, həyat yoldaşı 2011-ci ildə ürək tutmasından vəfat edib:
“Oğlum Rəhim Ağdaş şəhərində Humanitar kollecdə təhsil alıb. Hərbi xidmətə yollanmağa hazırlaşırdı. İyunun 14-də səhər Rəhim yemək yeyib evdən çıxıb və
günortadan sonra geri qayıdıb. Həmin gecə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yalnız onda oğlumun Rəşid adlı oğlanı yaşadığı evdə bıçaqla öldürdüyünü öyrəndim”.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.
Məhkəmədə son söz söyləyən Rəhim Əsədov özünü verilmiş ittihamla bir daha təqsirli bilməyib. O özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli hesab etdiyini deyib. Hadisə yerindən uzaqlaşarkən mərhuma məxsus telefonu quldurluq niyyəti ilə deyil, cinayətin izini gizlətmək üçün götürdüyünü vurğulayıb.
Məhkəmə Rəhim Əsədovun əməllərinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif olunmasını və ona müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 2025 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 2025 10:55
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 2025 11:32
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 2025 11:57
- Tanınmış iş adamı həbsdən buraxıldı
25 iyul 2025 10:04
- Rusiya çeçen müxalifin anasını ağır şəkildə cəzalandırır
25 iyul 2025 09:49
- Cənab Zeynal Nağdəliyev, Sizin Ağsu RİH-də baş verənlərdən xəbəriniz varmı ?
25 iyul 2025 09:25
- NƏRMİNİ İLKİN ÖLDÜRMƏYİB, qərar ləğv edilsin -Ali Məhkəmə qərar verəcək
24 iyul 2025 09:18
- Əli Cam və oğlu azadlığa çıxdı
23 iyul 2025 14:29
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42