Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?

Bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır; bəs təhlükəsizlik təminatı varmı?
Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq piri adlanan ərazidə gənc qadının faciəli ölümü bir çox suallar doğurub. 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə tullanarkən qayaya çırpılıb və yerindəcə keçinib. Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub. Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur. Qeyd edək ki, Nuranə Məcidova ailəli idi, bir övladı var.
İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Bəs bu faciəvi ölümün məsuliyyəti kimlərin üzərindədir? Günah öləndədirmi, yoxsa bu macəra biznesində belə ölüm təbii hesab edilir?
Azərbaycanda paraşütlə tullanma son illər dəbdədir. Sosial şəbəkələrdə yüksəkdən çəkilən “uçan” fotolar, 15 saniyəlik videoçarxlar minlərlə baxış toplayır. Gənclər arasında “adrenalin” vazkeçilməz kimi təqdim olunur. Paraşüt təlimlərinin qiyməti isə bu hissləri yaşamaq istəyənlərin cibinə uyğunlaşdırılıb:
Qrup təlimi: 500 manat
Fərdi təlim: 1 000 manat
Təcrübəsizlər üçün pilotla birlikdə uçuş Qubanın Qırızdəhnə kəndində 150 manat, Siyəzəndə, Beşbarmaq dağında 100 manatdır. Yəni bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır...
Bəs təhlükəsizlik təminatı varmı? Bu xidmətləri kim təqdim edir və təhlükəsizlik necə təmin olunur? Hava proqnozu necə idi və nəzərə alınmışdımı? Beşbarmaqda uçuş təşkil edən firma hansıdır və rəsmi lisenziyası varmı? Paraşüt klublarının fəaliyyətində sertifikatlaşdırma və sığorta qaydaları tətbiq olunurmu? Suallar çoxdur...
Sorğuladığımız paraşütlə tullanma üzrə təlimçilər deyirlər ki, bu növ idman ekstrim kateqoriyasına aiddir və risklər də az deyil. Paraşütlə tullananlar riskləri də özləri nəzərə almalıdırlar. Yəni paraşütlə tullanan həyatına özü cavabdehdir. Lisenziya məsələsinə gəldikdə isə bu xidmətləri göstərən şirkətlər Dövlət Aviasiya Agentliyinə müraciət edirlər. Lisenziya təsdiqlənirsə, fəaliyyətə icazə verilmiş hesab olunur.
2019-cu ildə də Qusarda bir gənc paraşütlə uçarkən sərt eniş etmiş, ağır bədən xəsarətləri almışdı. O zaman da suallar cavabsız qalmışdı. Yenə də eyni səhnə, eyni sükut...
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu hadisə peşəkar təşkil edilməyən, sığortasız və standartlara uyğun olmayan aviasiya-turizm fəaliyyəti nəticəsində baş verən faciəyə daha yaxın görünür: “Paraşütlə tullanma ciddi risk daşıyır. Bu sahədə pilotlar, avadanlıq və təhlükəsizlik təlimləri mütləq peşəkar sertifikatlar əsasında aparılmalı, hər bir uçuş sığortalanmalıdır. Yoxsa adventürist əyləncə adı altında insan həyatı bahasına "qiymət" təyin edilməsi, yəni qəza ehtimalının uçuş bileti qədər olması qəbuledilməzdir. Paraşüt fəaliyyətini həyata keçirən hər bir şəxs və ya klub mütləq Dövlət Aviasiya Agentliyi və ya müvafiq qurumlar tərəfindən tanınmış olmalı, həmçinin pilotların beynəlxalq və ya yerli sertifikatı olmalıdır. Sığorta məsələsi də heç vaxt unudulmamalıdır. Qadının ölüm faktı ciddi sığorta mexanizminin olmadığını göstərir. Bu cür ekstremal idman növlərində həyat və məsuliyyət sığortası mütləqdir. Təhlükəsizlik prosedurlarının formalaşması da ən ciddi şəkildə gerçəkləşdirilməlidir. Təlimlər, avadanlıq yoxlamaları, hava şəraitinə uyğun qərar qəbuletmə prosesi yazılı, sənədli şəkildə olmalıdır. Qayaya çırpılma faktı bu prosedurların yoxluğu ehtimalını doğurur".
Natiq Ələsgərov deyib ki, hüquqi məsuliyyət açıq olmalıdır: “Ölüm və ya zədələnmə zamanı məsuliyyət daşıyan hər kəsin siyahısı müəyyən edilməlidir. Pilot, klub, təşkilatçı, sığorta şirkətinin cavabdeh olması açıq olmalı, hər kəsə bu məlumatla tanış olmaq imkanı yaradılmalıdır. Bu ölüm cinayət, inzibati və ya mülki iddia, yəni hansı çərçivə ilə davam edəcək, hamısı qeydə alınmalıdır. Natiq Ələsgərov deyir ki, bu kimi hadisələr yalnız "faciə" səviyyəsində qəbul olunmamalıdır. Belə riskli fəaliyyətlər qanunlara uyğun şəkildə hüquqi tənzimlənməlidir. Yoxsa "adrenalin" biletinin dəyəri insan həyatı olacaq. Əgər ölüm hadisəsi peşəkar məsuliyyətsizlikdən yaranıbsa, bu zaman operator-firma istintaqa cəlb olunmalıdır. Ölkəmizdə aviasiya-turizm sahəsində peşəkar qurumların formalaşması, sığortanın mütləq tətbiqi və bu növ fəaliyyətlərin tənzimlənməsi üçün qanunvericilik səviyyəsində islahatlar zəruridir. Hazırda belə görünür ki, belə “adrenalin” uçuşun arxasında həyat üçün təhlükəsiz və qeyri-sağlam variantları ehtiva edən əlverişsiz bir sistem dayanır. Təhlükəsizlik tədbirləri və sığorta mexanizmləri gücləndirilmədən bu cür uçuşlar böyük risklər doğurur".
- Paraşütlə qayaya çırpılıb ölən Nuranənin fotoları
8 iyul 2025 11:11
- Müdafiə naziri dünyanın ən hündür göydələnindən paraşütlə atıldı - ANBAAN VİDEO
23 fevral 2025 02:02
- Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
28 noyabr 2024 09:07
- Qubada paraşütlə uçan həkim faciəvi şəkildə öldü - Yenilənib-Foto
7 oktyabr 2024 10:34
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Qardaş niyə bacısının toyu günü atasını öldürdü? -Təfərrüat
17 noyabr 2022 17:58
- Azərbaycanlı gənc Çexiyada həyat yoldaşını xilas etdi, özü boğuldu-VİDEO
6 sentyabr 2022 13:50
- “Nazim Hikmət ayrılanda dedi: “Oğlum, ölmək istəyirəm!..” (MÜSAHİBƏ)
6 dekabr 2021 16:50
- “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
22 fevral 2021 11:32
- Tarixdə gizli qalan hadisə- Bir gündə 300 nəfər ağlını niyə itirib?
21 fevral 2021 13:02
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40