Qarabağı azad etmək Poladın ən böyük arzusu idi, deyirdi ki.. - Milli Qəhrəmanın bacısı
Cəmiyyət28 sentyabr 2025 12:04

“Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onların canı-qanı hesabına torpaqlarımız işğaldan azad olundu. Hər il sentyabr ayının 27-si simvolik bir gündür. Belə götürəndə 1988-ci ildən ermənilər torpaqlarımızı işğal etməyə başlayıblar. Hər zaman igid oğullarımız rəşadətlə bu hücumların qarşısını alıb, layiqli cavablarını veriblər. Fərqli-fərqli vaxtlarda qısa müddətli müharibələr olub. İstər Aprel döyüşləri, istər Tovuz döyüşləri, istərsə də 44 günlük müharibədən sonra Antiterror tədbirləri..
Budəfəki müharibə bir qədər uzun və yekun müharibə oldu. Bütün ölkə olaraq bu gün bütün şəhidlərimizin məzarlarını yad edirik. Əzizini itirmək, bir daha onu görməmək duyğusu ilə yaşamaq çox ağırdır. Həm şərəfli, həm də acılı bir gündür. Şərəflidir ona görə ki, onlar tarix yazıblar, torpaqları azad ediblər. Acıdır ona görə ki, bir daha onları görmək şansımız olmayacaq. Anım tədbirlərində biz də iştirak etməyə çalışırıq. Belə tədbirlərdə anamı görmək arzusunda olurlar, o da yaşlı insandır, səhhətində problemlər olur. Bu gün iki tədbirə dəvət olunmuşdu, təəssüflər olsun ki, səhhəti ilə bağlı iştirak edə bilmədi. Çünki məzar ziyarəti bir az uzun çəkdi. Növbəti günlərdə yenə də hər il olduğu kimi anım tədbirlərində iştirak etməyə çalışacağıq”
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O daha sonra əlavə edib:
“Poladın ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bizim Poladla münasibətimiz çox yaxşı idi. Hər dəfə oturub söhbət edirdik, arzularından danışırdı, uzun-uzadı istəklərini deyirdi. Amma hərbi sahəyə gedəndən sonra demək olar ki, vaxtı olmadı. Evə gələndə də qaçaraq işlərinin arxasınca gedirdi. Çox uzun-uzun oturub söhbət edə bilmirdik. Həmişə deyirdi ki, “inşallah azadlığa çıxacağıq, ermənilər bizim ordumuzun, oğullarımızın qarşısında tab gətirə bilməyəcək”. 28 il ancaq bunun üçün çalışıb. Bütün gücü-qüvvəsi ilə, əlində olan və olmayan imkanlarla bunun üçün çalışıb. Sakit, səssiz işlərini görürdü. Çox şükür ki, əməyi boşa getmədi. Onun Tovuz hadisələri zamanı şəhid olması bütün xalqı ayağa qaldırdı. Məhz bu hadisələrdən sonra bütün millətimiz müharibənin başlanmasını tələb etdi və ard-arda könüllü olaraq hərbiyə yazıldılar. Bundan sonra siyasi iradə xalqın gücü ilə birləşərək bizi qələbəyə doğru apardı. Polad həmişə deyirdi ki, “250-300 şəhidlə mən Qarabağı azad edərəm”. Onun bəlli bir planları, strategiyası var idi. O yüksək ali hərbi təhsil almışdı. Çox savadlı idi. Biri var döyüşçü, biri də var savadlı döyüşçü. O hərbi taktikanı, o yerlərin coğrafiyasını çox gözəl bilirdi. Xəritələri öz əli ilə çəkirdi. Mən bunların şahidiyəm. İnsanın beyni durmadan hərbi üçün çalışırdı. Bu bir fitri istedad idi. Polad 44 günlük müharibədə iştirak etsəydi bizim itkilərimiz qat-qat az olacaqdı. Mən bunu sizə tam əminliklə deyirəm. Əfsuslar olsun ki, müharibədə iştirak etmək ona qismət olmadı. Mən həmişə deyirəm, bizim ən böyük sərvətimiz torpağın altındadır - şəhidlərimizdir” deyə Milli Qəhrəmanın bacısı bildirib.


Oxşar xəbərlər
- Prezident Tacikistana səfərə getdi (FOTO)
9 oktyabr 2025 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Millimiz Fransaya 8-0 məğlub oldu
9 oktyabr 2025 01:29
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Berdiməhəmmədov Qəbələdədir
7 oktyabr 2025 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
6 oktyabr 2025 22:55
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
Xəbər lenti
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
Video & Fotoqalereya
Video
Fotoqalereya