53 MİN insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür

Əsrin fəlakəti - 53 min insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür
Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.
2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti” adlandırıb.
Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.
Yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.
Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verilib. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəlib. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.
Komandalar fevralın 6-da Türkiyəyə gedərək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.
Zəlzələ bölgəsində 2 302 000 binada və 6 227 000 müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir. (Report.az)
Oxşar xəbərlər
- Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polisdən SENSASİON AÇIQLAMALAR
1 iyun 2025 18:46
- Körpə ikən 300, böyüyəndə 206: Sümüklərimizin sayı böyüdükcə niyə və necə azalır?
31 may 2025 09:09
- Numeroloq doğum tarixindəki 4 gizli kodu açıqladı: Onlar nə deməkdir?
27 may 2025 00:34
- Özümü məhkəmənin qabağında yandırmalı olsam belə... məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdiFOTO
22 may 2025 14:19
- Bizim Kainat yurdumuz (Esse)
22 may 2025 12:58
- Şabranda qazi və hamilə arvadının öldüyü qəzanın DETALLARI
20 may 2025 00:43
- Türk xalqı qədər cahil toplum yoxdur - deyən Cəlal Şengör həbs oluna bilər
18 may 2025 21:12
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
Xəbər lenti
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
06 iyun 14:21
- Putin Rusiya müsəlmanlarını təbrik etdi
06 iyun 14:08
- Qurban bayramınız mübarək!
06 iyun 13:26
- Sənədsiz evlərlə bağlı proses başlayır
06 iyun 13:17
- Pezeşkian Ermənistana gedir
06 iyun 13:07
- Bu meyvə qaraciyərin DƏRMANI imiş – MÖCÜZƏ
06 iyun 01:15
- 260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna -molodes -?
06 iyun 00:36
- Litva və Belarusun birləşdirilməsinin faciəli sonu - xalqların -dostluğu- qırğınla bitib
06 iyun 00:17
- Prezident xalqı TƏBRİK ETDİ
06 iyun 00:01
- Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm – Alışanovun həbsdəki qardaşı oğlu danışdı
05 iyun 15:15
- Bakıda yoldaşımı Opera Teatrına işə götürmədilər…Bu riskə hazır deyiləm –Rəşid Behbudovun nəvəsi ilə müsahibə/FOTO
05 iyun 10:48
- Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? - MÜHÜM AÇIQLAMA
05 iyun 10:24
- Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza... (FOTO)
05 iyun 10:03
- 12 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan olundu - SİYAHI
05 iyun 09:21
- Elçibəy iyun qiyamı barədə –Surət Hüseynovu həbs edə bilmədik, Heydər Əliyev edə bildi
05 iyun 02:42
- Şahin Şərifovu Qarabağ qazisi güllə ilə öldürüb
05 iyun 02:20
- ŞAD XƏBƏR - Pensiyalar vaxtından əvvəl veriləcək
05 iyun 02:06
- Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
05 iyun 01:52
- Çində yeni xidmət: Qadınlar yad kişilərə qucaqlaşmaq üçün 12 DOLLAR ÖDƏYİR
04 iyun 23:14
- Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir?
04 iyun 21:16
- Azərbaycanda ömür qısalır – Dünya üzrə 166-cı yer
04 iyun 20:08
- Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq
04 iyun 19:57
- Azərbaycanlı deputatın mandatı əlindən alındı
04 iyun 19:46
- Bu avtomobil yolu təmir olunacaq – Sərəncam
04 iyun 13:19
- Azərbaycanda tələbələrlə bağlı dəhşətli STATİSTİKA -14 min qovuldu, 76 tələbə vəfat etdi
04 iyun 12:22
- BSU rektoru öz yalanını özü ifşa etdi – Foto
04 iyun 12:12
- Azərbaycanın =yaşıl gündəliyi =
04 iyun 11:56
- Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM -əsas- axtardı – Video
04 iyun 09:59
- Sabirabadda DƏHŞƏT: Nənə, 2 nəvə və gəlin yanaraq ÖLDÜ
04 iyun 09:38
- Məşhur iş adamını şir parçaladı - FOTO
04 iyun 09:25
Video & Fotoqalereya
Video
Fotoqalereya